Классика

Обложка
SəyavuşГусейн Джавид
Dramaturqun mənzum faciələrindən biri də beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.
...ещё
Обложка
Adam istəsəGülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseynoğlu «Yana-yana», «Adam istəsə», «Xəzərin qoynunda» adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.
...ещё
Обложка
Kandid və ya optimizmФрансуа-Мари Аруэ Вольтер
Kandid və ya optimizm Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir. Povestin 1758-ci ildə yazıldığı ehtimal olunur və bir il sonra birdən-birə beş ölkədə alman dilindən tərcümə ilə nəşr olunur. Dərhal bestsellerə çevrilir və uzun illər ədəbsiz olması bəhanəsilə qadağan olunur. Volter özü bu əsəri bekarçılıqdan yazdığını söyləyib və bəzi hallarda müəllifliyindən boyun qaçırıb.
...ещё
Обложка
Sənin qar üzərindəki izinləГабриэль Гарсиа Маркес
Böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin dərinliklərinə asanlıqla yol tapır. Markes söz sehirbazıdır, hamını bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, sözün qüdrətinə inandırmağı bacarır. Kitabdakı povest və hekayələr də böyük söz ustasının yaradıcılığının daha bir yönünü açmağa yardım göstərir.
...ещё
Обложка
Qızlar söz istəyirNurəddin Babayev
Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu əsərlərdən «Oğluma məktublar», «Qızlar söz istəyir», «Qızlar,sözüm sizədir», «İşıq və məhəbbət», «Ürəklər bir olanda» xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. Nurəddin Babayevin bu qəbildən əsərləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Bu əsərlərdə ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunulur.
...ещё
Обложка
Kuma - Manıç çökəkliyiAzad Qaradərəli
“Kuma-Manıç çökəkliyi” – romanı ilə müəllifin bundan əvvəlki iki roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan oxucunu hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır.
...ещё
Обложка
Orman adamı 2-ci kitabFərhad Yalquzaq
Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı.Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“».Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.
...ещё
Обложка
Orman adamı 1-ci kitabFərhad Yalquzaq
Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı.Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“».Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.
...ещё
Обложка
KötükNial Qriffits
Darren və Alister Liverpulu köhnə bir maşınla tərk edirlər. Onlar birqollu şəxsi balaca bir şəhərdə axtarmaq üçün bu yola çıxdılar. Bu birqollu şəxs onların bossuna pul atıb. Odur ki, onların bossları da bu iki ağıldan kəmi onun digər qolunu qopartmaq üçün göndərib. Kitabda bu birqollu adamın adı çəkilmir. O, alkoqlosuz, narkotiksiz, qolsuz və uzun müddət yanında olan, lakin sonra onu satan qadınsız yaşamağa öyrəşməyə çalışır. Hərdən dəhşətli dərəcədə darıxır. Buna baxmayaraq dözür. Sonda isə ali bir qüvvənin vəziyyətə müdaxiləsi açıqca sezilir. Romanın pratoqonisti elə yazıçının özüdür, çünki yazıçı da roman qəhrəmanı kimi aşağı yaşlarda rahat həyat yaşamayıb.
...ещё
Обложка
QisasЭйваз Махмуд Зейналов
“Qisas fikri hadisənin özü kimi qəfil, gözlənilmədən doğulmadı. Tədricən, hətta sonrakı hadisələrin, kənar amillərin təsiri ilə formalaşıb möhkəmləndi…” – Eyvaz Zeynalovun “Qisas” romanındandı bu fikirlər… Bu romanda cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.
...ещё
Обложка
GülüstanŞərif Ağayar
Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.
...ещё
Обложка
DələduzРоберт Вальзер
Robert Valser (1878-1956). Hər bir insanın tərcümeyi-halını, nə qədər insafsızca olsa da, bir neçə rəqəmə sığdırmaq mümkündür.Robert Walser 1878-ci ildə İsveçrədə, Biel şəhərində anadan olub. Ancaq daha yaxşı olar axırdan başlayaq: Robert Valser 1956-cı ilin 25 dekabrında, Herisau qəsəbəsindəki psixiatrik xəstəxanada ölüb. Yeni il qabağı şaxtalı havada onun meyidini balaca uşaqlar tapıb və polisə xəbər veriblər. R.Valser 1933-cü ildən həmin xəstəxananın pasiyenti idi. Burada yaşadığı 24 il müddətində heç bir şey yazmadı. Ölümündən sonra şöhrət qazandı. Bu gün onun adı M.Prust, Kafka, C.Coys kimi böyük yazarlarla bir sırada çəkilir. Külliyyatı 20 cilddən ibarətdir.“Dələduz” romanı haqqında. R.Valser bu əsərini karandaşla, çox kiçik hərflərlə, mikroqramlarla yazıb. Onu çapa hazırlamaq, redaktə etmək dörd filoloqun çalışmasıyla böyük zəhmət bahasına başa gəlib. “Dələduz” öz həcminə görə R.Walserin karandaşla yazılmış və xilas edilmiş ən iri həcmli əsəridir. R.Walser bu əsəri təxminən 1925-ci ilin iyun-avqust aylarında yazıb. İndi artıq itib-batmış olan “Teodora” və “Tobolda” romanlarından fərqli olaraq bu romanı heç vaxt çap etdirməyə cəhd göstərməyib.Əsərin adını da nəşriyyat qoyub, çünki əlyazmada əsərin adı olmayıb. “Dələduz” öz strukturu etibarilə yazarın başqa əsərlərindən ciddi şəkildə fərqlənir. Roman zahirən tamamlanmış kimi görünsə də, bunun son nöqtəsi qoyulmuş bir mətn olduğunu söyləmək çətindir. “Dələduz” R.Valser nəsrinin özünə məxsus fraqmentarlığının manifesti hesab olunur.
...ещё
Обложка
PostmodernizmGencay Şaylan
Postmodern fəlsəfi-tənqidi baxış dünyada çox yayğın olsa da ölkəmizdə bu termin o qədər də ciddiyə alınmamaqda, əsasən neqativ mənalandırılmaqdadır. Postmodern tənqidi baxışın nə qədər önəmli, ciddiyə alınmalı və həqiqət payının yüksək olduğu bu kitabda öz əksini tapmışdır. Kitabda postmodernizmin əsasları peşəkar səviyyədə təsvir edilməklə yanaşı, bu tənqidi baxışın əsas fikir daşıyıcıları və onların düşüncələri haqqında da ətraflı məlumat verilib.
...ещё
Обложка
GünahkarFərahim Cəfərov
“Günahkar” romanı Fərahim Cəfərovun ilk romanıdır. Romanda iki tələbə qız biri- birilərinə yaşadıqları faciəli taleləri haqqında danışırlar. Mühit onları zorlayır, təhqir edir, bu insanlar öz gerçək simalarını itirirlər. Sabrina və Ellada təqribən oxşar tale yaşayıblar. Onların hansının daha bədbəxt olmasını müəyyən etmək çətindir…Bir qədər əziyyət çəkdikdən sonra tibb bacısı Ellada Fərəcova, öz himayəsində olan ruhi xəstələrdən biri Sabrina Nuriyevanı, öz həyatını ona danışmağa razı sala bilir. Amma əvvəlcə tibb bacısı öz həyatını danışmalıdı. O, öz həyatını, başına gələnləri danışdıqca Sabrina dəhşətə gəlir. Öz həyatını danışıb qurtardıqdan sonra növbə xəstəyə çatır, amma Elladanın işdən qovulması hər ikisini məyus edir. Vəziyyətlə barışmalı olduqları halda, Sabrina onu məcbur edir ki, yanında qalsın və axıra qədər onun danışacaqlarına qulaq assın, amma o bilir ki bu mümkün deyil. Ona görə Sabrina xəstəxanadan qaçmaq qərarına gəlir və tibb bacısının köməyi ilə qaça bilir. Xəstəxanadan qaçmaqda məqsədi ona borcunu ödəmək idi. Axı o tibb bacısına öz həyatını danışmalıdı… Bütün şəhər polisi gücləndirilmiş iş rejimində onları axtarmaqlarına baxmayaraq yalnız səhərə yaxın tapa bilirlər. Amma çox gec olur…
...ещё
Обложка
MustafaQan Turalı
Hadisələr XXI əsrin ilk illərində baş verir. Bakı Dövlət Uni­ver­sitetinin tələbəsi olan Mustafa­nın eşqi “uğursuzluq zola­ğı”ndan çıxa bilmir. Eşq­dən sonra qurşandığı mütaliə onu sosializmə aparır. Amma bu yolda çox əzablar çəkəcək, çox məh­ru­miyyətlər görəcəkdi. İstedadlı bir gəncin fərdi və ictimai miqyasda çəkdiyi bə­laları anladan roman məğlubiy­yətdən bəhs edir…
...ещё
Обложка
BələdçiЭйваз Махмуд Зейналов
“Bələdçi” romanının əsas qəhrəmanı Rüstəm çox gəncdir. Əsgərlikdən təzə qayıdıb. Yaxşı oxusa da arzuladığı instituta qəbul olunmayıb. Elə buna görə də, kənd arasına çıxmağa utanır, hamıdan qaçır. Gözlənilmədən yük vaqonu bələdçisi işləyən qohumu Nuruşdan ona qoşulmaq təklifi alır. Hüquqşünas olmaq istədiyi halda yük vaqonu bələdçisi olur. Rusiyaya çaxır, konyak daşıyır. Yollarda və Rusiyanın şəhərlərində rus qızları ilə təkrarsız sevgi macəraları yaşayır…“Qisas” romanının qəhrəmanı isə orta yaşlarında istedadlı bir alimdir. Lakin əyriliklərin baş alıb getdiyi bir cəmiyyətdə özünü təsdiqləyə bilmir. Təsadüfən polis rəisi tərəfindən təhqirə məruz qalır. Onu öldürmək, qisas almaq istəyir. Məqsədinə çatmaq üçün cürbəcür vəsaitlərə əl atır. Başına maraqlı, həm də qeyri-adi hadisələr gəlir.Müəllifdən.
...ещё
Обложка
ÜçatılanИльяс Эфендиев
“Geriyə baxma, qoca” romanında əks olunan estetik qayə “Üçatılan” povestində daha aydın və sərrast ifadəsini tapır. “Üçatılan”da feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı illər bədii təhlil obyekti kimi götürülür. Bu isə, ictımai-siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda əhəmiyyətli zaman fərqi deməkdir. “Üçatılan” povestindəki sosial mühit hətta ”Geriyə baxma, qoca”nın əhatə etdiyi son zaman kəsiyindəki mühitdən də fərqlənir. Sovet hökumətinin gəlişini “Geriyə baxma, qoca”da hirs-hikkə ilə qarşılayanlar, ən yaxşı halda gözləmə mövqeyi tutub mütərəddid mövqe nümayiş etdirənlər ”Üçatılan”da artıq baş verənləri gerçək həqiqət kimi qəbul etmək məcburiyyətində qalmışlar. Povestdəki müxtəlif xarakterli və mövqeli obrazların dilində tez-tez səslənən “indi əyyam başqadır” sözləri bu həqiqətin ifadəsi olmaqla, mühit və şəraitin dəyişdiyini göstərir. “Üçatılan” əsəri müəyyən mənada bu dəyişən mühit və şərait haqqında povestdir, dəyişən zamanın həqiqətlərini üzə çıxarmaq məqsədi ilə yazılmışdır.“Üçatılan”da təhkiyənin ahənginə istıqamət verən sosial-siyasi proseslərdir. Povestdə bu proseslərin insanlara psixoloji təsiri izlənilir. Povestdə kollektivləşmə uğrunda mübarizə hərəkatı da sinfi mövqelərin kəskin toqquşması, əks qütblərin ehtiraslı münasibətləri mövqeyindən təsvir olunmur. Kollektiv təsərrüfatın onların mənafeyinə olub-olmayacağı məsələsi obrazların düşüncəsini ardıcıl olaraq məşğul edir. Demək olar ki, böyük əksəriyyət kolxoz məsələsinə ümidverici yox, şübhəli nəzərlə yanaşır. Mümkün qədər gözləmə mövqeyi tutur, bu mümkün olmayanda isə kolxoza daxil olurlar. Bu “daxilolma” prosesinin psixoloji tərəfi povestdə daha çox “tədqiq” obyekti olur.
...ещё
Обложка
QumarbazФедор Достоевский
Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır («Qumarbaz» romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.
...ещё