Классика

Sonuncu ölən ümidlərdirVaris Yolçiyev
Sonuncu ölən ümidlərdir – Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir.1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi.Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
...ещё
Qoşulub qaçmayan qızRəhim Əliyev
Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir.Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində qurulub. Bu qızın hər şeyi var, amma bircə azadlığı yoxdur. Ona adicə mobil telefon işlətməyə belə icazə verilmir, evdən çölə izacəsiz çıxa bilmir, beləcə, qızın yaşıdları ilə ünsiyyətində də ciddi problemlər yaranır, o, tədricən özünə qapanır, insanlarla ünsiyyətdən qaçır.Ailəyə yaxın olan Lala adlı bir qadın gizlicə ona pornoqrafik kasetlər verir və həmin kasetlərə çox vaxt birlikdə baxırlar. Təbii ki, öz yeniyetməlik dövrünü normal keçirə bilməyən, öz yaşıdlarından uzaq düşmüş, oğlanlarla münasibətin nə demək olduğunu anlamayan qız onda baş qaldırmaqda olan cinsi istəklərini heç cür ovuda bilmir. Nəticədə qızı universitetə aparıb gətirən sürücüyə özünü bilməyərəkdən təslim edir…Çiçəyin atası vaxtilə kənddəki fermada malotaran olmuşdu, sonra traktor sürməklə ailəsini dolandırırdı. Hər şey Nərağa müəllimin onların həyətinə gəlməsindən sonra başladı, yüksək vəzifə sahibi olan bu adam Çiçəyin atası Məhəri pillə-pillə irəli çəkdikcə bu ailənin qara günləri başlandı. Yazıçı insan münasibətlərinin mürəkkəb, ziddiyyətli, bəzən heç bir məntiqə sığmayan qatlarına enir, mühitin yetişdirdiyi, daha sonra isə məhv etdiyi insanların faciəsini cəmiyyətin fonunda təsvir edir. Başda Çiçək olmaqla onun qondarma əri Əlqəmə, Pərviz həkim, mebel mağazasında gözətçi işləyən Hüseyn, küçə fahişəsi Könül bu mühitin qurbanlarıdırlar.Romanda hadisələr sürətlə inkişaf edir. Zəhmindən hamının zağ-zağ əsdiyi generalın qızını gecə küçədən tutub aparan polis serjantları onu ucuz fahişələrdən hesab edib elə post patrul xidmətinin maşınındaca zorlayırlar və onu Qızıldaşdakı Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinə aparırlar. Burda qıza olmazın işgəncələr verilir, daha təhqiramiz formada zorlanır, döyülür…Bu köməksiz qızcığaz bir-birinin ardınca psixoloji travmalar alır və nəticədə qorxunc yuxularının əsirinə çevrilir. Mənəvi-psixi sarsıntının ən kritik anında bu çarəsiz qız atasını arzulayır. Atası isə ailəsindən, “madar balası”ndan tamamilə uzaq düşüb, o, qızının mənəvi iztirablarını duymaq, anlamaq iqtidarında deyil… Vəzifə hərisliyi onun gözlərinə, ağlına qalın bir tor çəkib.“Qoşulub qaçmayan qız” iri həcmli, çoxplanlı əsərdir. Əsərdə təsvir olunan mühitin ağır və ürək bulandıran havası adamı boğur, mənəvi ekoloji durum dözülməz dərəcədə ağırdır. Yazıçı hadisələrə zərrə qədər də müdaxilə etmir, qəhrəmanları boyasız-filansız, təxəyyülündə gördüyü kimi, yalnız və yalnız təsvir edir.
...ещё
Qəmli səadətDərya Qılıc
Dərya Qılıcın oxucularla ilk görüşü «Qəmli səadət» kitabıdır. Müəllif uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır. Kitabda iki povest, dörd hekayə yer almışdır. Müəllif «Qəmli səadət» povestində Azərbaycan xalqının hər addımda qarşılaşdığı, mənfur qonşularımızın növbəti xəyanətindən bəhs etmişdir.Bu xəyanətin saf məhəbbət üzərində qurulmuş bir ailəyə gətirdiyi bir bədbəxtlikdən söz açmış, Azərbaycan qadınının səbrinin, sədaqətinin, etibarının qələbəsini göstərmişdir.
...ещё
Qadın corablarıCəlil Cavanşir
“Qadın corabları” müəllif hegemonluğunun sona qədər davam etdiyi romandır. Müəllif real hadisələri ironik şərhlərlə oxucuya çatdırır. Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin çöküşü müəllifin baxış bucağından təqdim olunur. Müəllif oxucuya dərs keçmir. Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir.
...ещё
Yeraltı çaylar dənizə axırMehdi Hüseyn
M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi.“Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.
...ещё
Sevgi həyatımZaruye Şalev
Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada məşhurdur, 21 dilə tərcümə olunub, bir çox ölkələrdə bestseller olub. Bir çox görkəmli ədəbiyyat mükafatlarını qazanıb. Almaniyanın Der Spiegel qəzeti “Sevgi Həyatım” romanını son qırx ilin 20 ən yaxşı romanı siyahısına daxil edib. Eyni zamanda, “Sevgi Həyatım” romanı Alman-İsrail kinorejissoru Mariya Şrader tərəfindən ekranlaşdırılıb.“Sevgi Həyatım” son dərəcə hissiyyatlı bir romandır, əsər birinci şəxsin, Yaaranın, gənc və gözəl qadının dilindən danışılır, oxucu onun uğursuz ailə həyatı ilə tanış olur. Öz valideynlərinin qəribə davranışlarını və onların daimi qovğalarının səbəbini başa düşməyə çalışdığı sırada onun Aryehlə, atasının gənclik dostu və özündən iki dəfə yaşlı olan insanla münasibətləri alovlanmağa başlayır. Sevgi narkomaniya kimi təsvir olunur, bəzən sərt, bəzən də heyvani maqnetizmlə dolmuş şəkildə… Kitab Bibliya allyüziyaları ilə və bir çox əsaslı psixoloji müşahidələrlə zəngindir.
...ещё
YasəmənЭли Амир
Oxuculara təqdim olunan bu roman yazıçının ən məşhur əsəridir. Əsər avtobioqrafik detallarla zəngindir, əsərin baş qəhrəmanı Nurinin başına gələn hadisələr müəllifin öz həyatının epizodlarıdır. Başqa dindən və başqa millətdən olan Yasəmənlə Nurinin sevgi macərasından bəhs edən bu əsər İsrail dövlətinin qurulduğu illərdəki ictimai-siyasi hadisələri, yerli xalqların ifadəsiylə, müəllifin də tez-tez “əmioğlu” adlandırdığı ərəblərlə yəhudilərin arasında mövcud olan ziddiyyətləri olduqca tünd boyalarla və geniş şəkildə əks elətdirməkdədir.
...ещё
Uzaqdan gələn qonaqHüseyn Abbaszadə
H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir.
...ещё
Sezənin sevgisiGüntay Gəncalp
Əsərdən bir parça:1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi.İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.
...ещё
TələЭйваз Махмуд Зейналов
“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.
...ещё
İtkin gəlinАлибала Гаджизаде
Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanının süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. ""Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirmiş, dayısının himayəsində yaşamağa məcbur olub. Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnan qəryəsində də savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif – böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir.Yusufin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır.Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi.Əlibala Hacızadəyə yüz minlərlə oxucu sevgisi qazandıran “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib və bu filmi Azərbaycanın ilk serialı hesab etmək olar.
...ещё
TərsanəГасан Мехти Сеидбейли
“Tərsanə” romanını oxuduqdan sonra müəyyən etmək çətin deyil ki, müəllif fəhləmövzusu ilə qəlbən, ürəkdən bağlı olan bir sənətkar olmuşdur. Fəhlə obrazınıyazıçı geniş miqyasda mənalandırırdı.“Tərsanə” romanında 1970-ci illər həyatının bir sıra zahiri tərəfləri otağın mebelindən başlamış, intellektual söhbətlərə qədər bütün təfərrüatı ilə canlandırılır. Romanı oxuduqca bəzi qaranlıq, anlaşılmayan təsvirlərə də rast gəlinir. Əsərin yazılmasından 50 ildən çox çox vaxt keçdiyinə baxmayaraq, aktuallığını və estetik dəyərini bu gün də qoruyub saxlayan, hətta bu gün də insanları düşündürən, özünə cəlb edən yaradıcılıqnümunəsidir.
...ещё
Yaşamaq gözəl şeydir qardaşımНазым Хикмет
Nazım Hikmət Anadolu kəndlilərinin acınacaqlı həyatını hələ gənc yaşlarından görmüş və sonradan “Romantika” (“Yaşamaq gözəl şeydir, qardaşım”) romanında təsvir etmişdir.
...ещё
Yad qızıОрхан Кемаль
Yad Qızı romanı, XIX – XX əsrin əvvələrində, Osmanlı dövlətinin yenicə çökdüyü və inqilabi əhval ruhiyyənin yüksək olduğu dönəmdə ailə-məişət yaşamını təsvir edir. Əsərin baş qəhrəmanı Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır.Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir.Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan qayınanasına qarşı amansız davranaraq onun özünün evdən uzaqlaşmasına müvəffəq olur.Əri tərəfindən küçəyə atılan Nazan nə edəcəyini, hara gedəcəyini bilməyərək saflığını kimsəsiz küçələrdə itirir. Ətrafdakıların ağır baxışları altında əzilən qadın öncə təcavüzə uğrayır, ardından dost dediyi insanın ucbatından həbsə düşür və həbsdə yüngül həyat keçirməyə başlayır. Sağlamlığı məhv olur.Həbsdən çıxdıqdan sonra isə artıq həyatda tutuna bilməyərək intiharı seçir.Kitab ailə-məişət mövzusunda yazılan ən yaxşı romanlardan biridir.
...ещё
Kataloniyanı xatırlayarkənДжордж Оруэлл
XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biri olan Corc Oruell əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizə aparan yazıçı kimi tanınıb. Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən «„Kataloniyaya məhəbbətlə“» kitabını qələmə almışdır.Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox “narahatlıq” yaradıb, ona görə də ciddi “əl gəzdirilərək” buraxılıb.
...ещё
Yüz ilin tənhalığıГабриэль Гарсиа Маркес
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latın Amerikası nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
...ещё


