Классика

Обложка
Seçilmiş əsərlərФранц Кафка
Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, “Çevrilmə” , “Kənd həkimi”, “Akademiya üçün hesabat”, “Balaca qadın” əsərləri yer almışdır. Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanıdır. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur.Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəi diskusiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məkətb qulluqçusu kimiqalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır.Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır. Kafkanın yaradıcılığında mühüm yerlərdən birini də “Çevrilmə” əsəri tutur.. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etslər də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. Əvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir. Kafkanın əsərlərində kiçik insan faciəsi, ümidsizliyi ilə yanaşı, cəmiyyətdəki qəddarlıq və dərin əxlaq böhranı da öz əksini tapmışdır.
...ещё
Обложка
Ana ürəyiSeymur Baycan
Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu-sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oğlanla, qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq (hansı ki, həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), tipik bir azərbaycanlı oğlan (hansı ki, xəyallarında özünə romantik bir aləm qurmuş, ətraf mühitdən özünü təcrid etmiş biri) və tipik br azərbaycanlı qız (hansı ki, o da özünə əvvəllər romantik bir dünya qurmuş, sonradan” oyanmış” və həyatda öz yerini tutmaqçün mümkün olan hər variantdan istifadə etməyi qərara almış biri ) öz dilləri ilə özlərini də, özlərinin timsalında cəmiyyətimizi də ifşa edirlər.Bu povestlə yazar əməlli başlı oxucularla oynayır, hərləyib- fırlayıb tələyə salır, onlara gülür. Yazar bu povestlə bütün ömrünü romantik kitablarla keçirən, həyatın gerçəkliklərinə aydın baxa bilməyərək hər şeyi filmlərdəki və kitablardakı kimi sanan, bir sözlə yüngül ədəbiyyat oxuyan az intellektli oxucuları öz ironiyasının hədəfinə çevirib. Əsərdə bəzən “ Min bir gecə nağılları”ndakı kimi təsvirlərə, 60- cı illərin bəzi bayağı sevgi ronalarındakı kimi bənzətmələrə, bəzən klassik poeziyamızdakı kimi uzun- uzadı və şişirdilmiş təşbihlərə rast gələcəksiz. Gənclərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi, mənasız sevgi yolunda oğlanın özünü fəda etməyə çalışması, bəzən intihar düşünməsi, bəzən pulsuzluğa dözməyib öz yoldaşlarını satması, qızın radioda işə düzəldikdən sonra tamam dəyişməsi, özündən “ təcrübəli “ radio işçisi olan qadından eşitdiyi məsləhət ( hansı ki bir neçə gün öncə o qadın bir müsahibəsində mətbuata tamam başqa sözlər demiş və qızın içini tirətmişdi ), özünü oğlandan yüksək tutması, onu alçaltması, hamısı cəmiyyətimizin güzgüsüdür. Bəzən özünüzü də görəcək, özünüzə də gülünməyin şahidi olacaqsız.
...ещё
Обложка
Həya və dəyərДаг Солстад
Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən onu ciddi yazıçı hesab edirəm – Haruki Murakami D.Solstad haqqında belə deyib.Həya və Dəyər romanında marksist fəlsəfəni araşdıran Yohan Kornelusenlə Elias Ruklanın dostluğundan bəhs olunur. Günlərin bir günü Yohan, gözəl arvadı Eva Lindanı və kiçik qızı Kamilianı atıb həmişəlik olaraq Amerikaya yollanır və hava limanından dostuna zəng edərək ailəsini ona həvalə etdiyini söyləyir. Bu xəbərdən sarsılan Elias, dostunun hərəkətinə izah tapa bilmir, lakin onun xahişini yerinə yetirir, dostunun ailəsini öz himayəsinə götürür. Evanın gözəlliyi qarşısında çox acizdir Elias, onunla evlənməyi ağlına belə gətirməkdə cəsarətli deyil. Lakin, bir müddət sonra Evayla evlənməli olur. İlk illər birlikdə çox xoşbəxt yaşayırlar. Ancaq illər keçdikcə Eva öz gözəlliyoni itirir və bu gözəlliyin arxasında gözəl mənəviyyatın dayanmadığı üzə çıxır, bütün bunlar Elias düşündürür və dərin depressiyaya salır…
...ещё
Обложка
Aləmdə səsim var mənimАзиза Джафарзаде
Əsər XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edir. Əsərin adı da S.Ə.Şirvaninin “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürülmüşdür. Romanda şairin həyatı ilə bərabər XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyası göz önünə gətirilir. “”Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə, yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.
...ещё
Обложка
Oliver Teytin intim gündəliyiJo Dantorn
Roman 15 yaşlı yeniyetmə Oliver Teytin gündəlikdə qeyd etdiyi həyatından bəhs edir. Bu yeniyetmə fantastik dərəcədə intellektlidir. Hər gün internetdə, ensiklopediyalarda mənası adi məişətdə bilinməyən sözlərin, terminlərin mənasını öyrənir, əzbərləyir. Zatən kitabın fəsilləri də bu çətin terminlərin adları ilə adlandırılıb. Məsələn: dekapitasiya, delikt, triskaidekaphobia və s. Oliver Teytin valideynləri ilə münasibətləri, ana və atasının seks həyatını izləməsi, onlar üçün şəhvətartırıcı xüsusi reseptlərin hazırlaması, sevgilisi Cordana ilə münasibətləri və s. romanın əsas mövzusudur.
...ещё
Обложка
Pişik qızPərviz Seyidli
Roman İncəsənət Universitetində təhsil alan tələbələrin xaotik həyat tərzi və bu həyat dönəmində başlarına gələn hadisələrdən bəhs edir.
...ещё
Обложка
Hədəfdəki insanSamir İmanov
Əsər, fiziki qüsurlu insanların bu həyatda qarşılaşdıqları çətinliklərdən, əzab-əziyyətlərdən, onların həyat tərzindən, dünyagörüşlərindən, nələrə qadir olmalarından, istək və arzularından, sağlam insanların əlillərə qarşı olan münasibətlərindən və onlara yanaşma tərzindən bəhs edir. Əngəlli insaların sosial yaşamlarının qabarıq şəkildə göstərildiyi əsərin baş qəhramanı olan Samir, qəza nəticəsində bütün ailə üzvlərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc taparaq həyat üzərində qələbə çalır. Belə ki o, əlillərdə olan özünəinamsızlığı aradan qaldıraraq onlarda həyat eşqini artırmaq və cəmiyyətə daha yaxşı inteqrasiya etmələri üçün sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq məqsədi ilə böyük bir mərkəzin yaradılmasına nail olur.
...ещё
Обложка
Kölə edilmiş ağılЧеслав Милош
İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır.Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…
...ещё
Обложка
Korlaşma 2-ci hissəЭлиас Канетти
Korlaşma, ideya ilə reallıq arasındakı davamlı mübarizənin bir rəmzidir; Dünya qarşıdurmasındakı insanın yüksəlişini və tənəzzülünü dilə gətirən bir anıt-romandır. Dövrümüzün ədəbiyyatının ağırlıq nöqtələrini təşkil edən elə bir mövzu yoxdur ki, bu romanda işlənmiş olmasın. Korlaşma, həqiqətdə böyük bir dəhşətin romanıdır; Görüşdəki fərdi ölçülər içərisində, korlaşmış düşüncə və korlaşmış cəmiyyət kimi əsas təməllərdən qaynaqlanan, bunun qorxunc nəticələrini nümayiş etdirən bir müasir dastanıdır.
...ещё
Обложка
Korlaşma 1-ci hissəЭлиас Канетти
Korlaşma, ideya ilə reallıq arasındakı davamlı mübarizənin bir rəmzidir; Dünya qarşıdurmasındakı insanın yüksəlişini və tənəzzülünü dilə gətirən bir anıt-romandır. Dövrümüzün ədəbiyyatının ağırlıq nöqtələrini təşkil edən elə bir mövzu yoxdur ki, bu romanda işlənmiş olmasın. Korlaşma, həqiqətdə böyük bir dəhşətin romanıdır; Görüşdəki fərdi ölçülər içərisində, korlaşmış düşüncə və korlaşmış cəmiyyət kimi əsas təməllərdən qaynaqlanan, bunun qorxunc nəticələrini nümayiş etdirən bir müasir dastanıdır.
...ещё
Обложка
Cənnətdə bir iblisГенри Валентайн Миллер
Amerika yazıçısı Henri Miller “Cənnətdə bir iblis”əsərini 40-cı illərin əvvəllərində yazıb. Onun “Böyük Sur və Hİronimus Boşun portağalları” adlı 3 hissədən ibarət kitabı nəşr edilir. Kitabın üçüncü hissəsi olan “İtirilmiş cənnət” daha sonra “Cənnətdə bir iblis” adı ilə ayrıca kitab şəklində nəşr olunur. Digər əsərlərinə münasibətdə fərqli bir üslubda yazılmış “Cənnətdə bir iblis” insan xarakterinin təsvir edilməsi baxımından yazıçının ən yaxşı əsəri hesab olunur.
...ещё
Обложка
Min yol mənə söylərEtimad Başkeçid
«Min yol mənə söylər…» romanında Sovetlər Birliyinin süquta uğradığı vaxtlarda Moskvada oxuyan azərbaycanlı tələbənin həyat hekəyəti nəql olunur. Romanda həyati daosizm motivləri bədii işarə sisteminin elementləri qismində çıxış edir və qəhrəmanın özü dao-yol arxetipinin relikt cizgilərini daşıyır. Bu, dövrün epik mənzərəisini tamamilə fərqli bir baxış bucağından təsbit etməyə imkan verir.
...ещё
Обложка
Bir mühacirin notlarıƏli Səbri
Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir…Rasim Qaraca.
...ещё
Обложка
Damazlıq qızın hekayətiMarqarit Atvud
"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. «Unwomen» adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır… «Damazlıq Qızın Hekayəsi» romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə «Damazlıq Qızın Hekayəsi» mənəvi qatlarla zəngin olan bir əsərdir.
...ещё
Обложка
Qurğuşun xaçAvi Krispin
Roman, İngiltərənin bir ucqar kəndində “Astanın oğlu” kimi çağırılan bir 13 yaşlı yeniyetmənin təhkiyəsi üzərində qələmə alınıb. Roman, tarixi-macəra janrındadır. 13 yaşlı yeniyetmə, vəfat etmiş anasının dəfnindən qayıdarkən kəndxuda Ayklifin həmişəki məzəmmətilə rastlaşır. Bu dəfə kəndxuda ondan öküzünü istəyir, bu, anasının ölümünə görə ölüm vergisi olacaqdı. Lakin Astanın oğlu öküzünü versəydi, torpağını əkib becərə bilməyəcək və nəticədə acından öləcəkdi. Bu isə Ayklifin vecinə deyildi. Həyatın ümumi gedişatından bezən bu yeniyetmə tək qalmaq üçün meşəyə qaçır və yıxılaraq huşunu itirir. Gecə özünə gələrkən meşədəki açıq talada kəndxuda ilə naməlum bir şəxsin anlaşılmayan söhbətini eşidir. Kəndxudanın hücumundan sağ çıxan Astanın oğlu kənd üçün arzuolunmaz şəxs və ya “Qurd başı” elan olunaraq axtarışa verilir. Bütün rəngarəng hadisələr də bundan sonra başlayır.İndi Astanın oğlunu tapıb öldürən adam yüksək mükafata sahib olacaqdı. Ayklif onu “Qurd başı” elan etmək üçün onun üzərinə oğurluq da yıxır. Kəndin keşişi ilə söhbətdən Astanın oğlu anlayır ki, onun xaç suyuna salınarkən adı Krispin olmuşdu. Həm də atası onun anasının dediyi kimi Böyük Azar zamanı ölməmişdir. Krispinin həyatı ilə bağlı hələ çox müəmmalı məsələlərə aydınlıq gətirəcək keşiş də öldürülür və yalnız bundan sonra Krispinin kənddə qalması həqiqi təhlükəyə çevrilir. O, kənddən min bir əzabla da olsa çıxıb qaçmağa müvəffəq olur. Gedərkən də anası Astandan ona miras qalan yeganə əşya – üzərinə nəsə yazılmış qurğuşun xaçı da özüylə götürür. Keşiş hələ ölməmişdən bu xaçın üzərindəki yazını Astanın şəxsən yazdığını söyləmişdi, hansı ki Krispin anasının yazıb-oxumasından bixəbər böyümüşdü. Bu xaçın üzərindəki sözlər Krispinin sonrakı həyatına hansı dəyişiklikləri gətirəcəkdi?Krispin öz kəndindən uzaqlaşdıqca dünyanın nə qədər geniş olduğu qənaətinə gəlməyə başlayır. O, Taundan tamamilə məhv olmuş bir kənddə yemək axtarmaq məqsədilə vurnuxduqda bir yekəpər təlxəyə rast gəlir. “Ayı” ləqəbli bu insan onu öz qulu olmağa məcbur razı salır. Lakin hər şey göründüyü kimi deyil. Bu Ayı ləqəbli təlxək əslində kimdir və insanlarını əyləndirdiyi bütün mahalı gəzib-dolnmaqda məqsədi nədən ibarətdir? Həyatı sirlərlə zəngin olan Krispinlə “Hələ sağ ikən Cənnəti axtaran” Ayının bu görüşü orta əsrlər tarixinə nə verəcəkdir? Bütün bunlar getdikcə maraqlı yeniliklərilə nəfəs kəsməyə başlayan “Krispin. Qurğuşun xaç” romanının oxucularına məlum olacaqdır.Roman müasir romançılıq ənənələri üzərində qələmə alındığına görə, müxtəlif tarixi nüansların anlaşılması üçün sadə metodlardan istifadə edilmişdir. Orta əsrlərdə dinin bir həyat tərzi olaraq seçilməsi də uğurlu alınmışdır. Əslində, bir uşaq ədəbiyyatı yazarı olan Avi həm də böyükləri maraqlandırmağı bacarır. Eyni zamanda, uşaq ədəbiyyatı üçün zəruri və arzuolunan mövzu olan tarix mövzusu hələ yeniyetmə yaşlardan tarixin asan tərzdə anlaşılması üçün əvəzolunmaz seçimdir. Bu, bir yazar üçün gözəl və tədqirəlayiq bir missiyadır.
...ещё
Обложка
Kor qatilMarqarit Atvud
Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir.Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar dinamik təhkiyə tərzilə oxucuya çatdırılır. “Kor qatil” bir az da kollaj tipli romandır. Müharibədən bir gözünü itirmiş halda qayıdan ata fabrikləri işə salır, lakin zaman gəlir bu fabrikləri bağlamaq məcburiyyətində qalır. Ailənin çətin günləri başlayır. Uşaqlar kasıb uşaqların məktəbinə getmirlər, evdə qalıb qarımış bir qız onlara dərs keçir. Lauranın qəribəlikləri ailədə problemlər yaradır. Anaları gənc ikən dünyasını dəyişir, Laura anasının itkisini də qəribə bir soyuqqanlılıqla qarşılayır.
...ещё
Обложка
Ömürə atılan daşЭйваз Махмуд Зейналов
Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı hər şər qarışandan sonra təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur
...ещё
Обложка
Gözlənilən bir qətlin tarixçəsiГабриэль Гарсиа Маркес
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır.Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir.Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Likarionun toyundakı sərxoşluqdan sonra süstlük keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir.Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir.Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanı bakirə olmadığını aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan «„ismətinin“» kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər.Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır və qardaşlar onu axtarmaq üçün limana yollanırlar.Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir.Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır.Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir.Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər
...ещё