Классика

Cəhənnəmə gedən yolDərya Qılıc
“ Cəhənnəmə gedən yol” adlı kitabını Dərya Qılıc klassik roman üslubundan istifadə etməklə qəlımə alıb ,həbsxana mövzusuna müraciət etmişdir. Müəllif bu yolun cəhənnəm yolu olduğunu sadə, aydın dillə oxucusuna catdırmışdı. Əsərin qəhrəmanı olan Adiı adlı gənc əslındə ağıllı , dəyanətli, ismətıi oğlandır. Lakin tam təəssadüf nəticəsində həbsxana divarları arasına düşən Adil çox açınaçaqlı duruma düşsə də, cəsarəti dözümü və ağlının sayəsində həmin çirkabdan çamura bulanmadan çıxa bilir. Hadisə Sovetlər birliyinin dövrünə təsadüf etsə də müasir dövrümüz üçün çox aktualdır.
...ещё
BuqələmunÜlviyyə Tahir
Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin Buqələmun romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və meşşan həyatı sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərən söhbət açılır. Romanda ər-arvad münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilabı usta bir qələmlə təsvir olunmuşdur.Maraqlı üslubu ilə seçilən əsərdə yalnız, insana təsir edən hadisələrin gedişatı yox, böyüksarsıntı keçirən bir ailəyə lazım olan önəmli elmi-psixoloji məsələlər də yer almışdır.
...ещё
Bir dünya az olarGünel Məcidova
Hər zaman qəlbi və ağlı arasında qalanlar! Qərar vərməkdə çətinlik çəkənlər! Sevgini hislərin ən müəmmalısı hesab edənlər! Sosial şəbəkələrin istifadəçiləri! Müasir texnalogiyaların əsirləri ! Fəlsəfənin elmlə və insanla ortaq cəhətlərini axtaranlar! Reallıqla virtuallıq arasında çarpışanlar! Bu kitab sizin üçündür! Cavabsız suallarınızın izahı, bitməyən xəyallarınızın mənası, bir ömür bəs etməyən dünyanızın sirləri ElGüSelin yeni romanında " Bir dünya az olar
...ещё
Adamın dirilməsiЙорам Канюк
Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır.
...ещё
Tütək səsiİsa Muğanna
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....
...ещё
Qızburunda tək məzarQasımov Əlfi
Əlfi Qasımovun povestlərinin bir qismi Böyük Vətən müharibəsi illərində qəhramanlıq və fədakarlıq göstərən gənclərin həyatına həsr olunmuşdur. Belə əsərlərdən biri də “Qızburunda tək məzar” povestidir. Yazıçı bu povestini Kabardin-Balkar torpağında Qızburun kəndinin müdafiəsində əfsanəvi qəhrəmanlıq göstərmiş həmyerlimiz Kamil Zülfüqarovun əziz xatirəsinə həsr etmişdir. “Qızburunda tək məzar” sənədli povesti proloq və dörd hekayədən ibarətdir.Coşqun yazıçı ehtirası və şövqlə yazılmış proloq əsərin oxunmasını sürətləndirir. Zəngin müşahidə qabiliyyətinə malik olan müəllif bir yaradıcı həssaslığı ilə bədii təsvir vasitələrindən, təbiət mənzərələrindən bacarıqla istifadə edərək, sənədlər çərçivəsindən kənara çıxır, obrazların daxili aləminə nüfuz edir. Povesti maraqlı edən cəhətlərdən biri də arzu və amallar eşqi ilə yaşayan, qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, sevən və sevilən, gənclərimizin həyat amalı və arzularının ifadə olunmasıdır. Bu gənclərin həyatı, zövqü, tale yolları, demək olar ki, bir-birinə yaxındır. Onları ümumi səciyyəvi cəhətlər birləşdirsə də, bir fərd olaraq hər biri orijinal xüsusiyyətlərə malik, müxtəlif taleli adamlardır.
...ещё
Atılmış insanın pənahıАльбер Камю
Fransız yazıçısı və filosofu , ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında “Qərbin vicdanı” adlandırılmış Alber Kamünün həyat və yaradıcılığına həsr olunmuş “Atılmış insanın pənahı”nda Kamyünün keçməkeşli həyatından, bəhs olunur. A.Kamü o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndində doğulub. O, hərbi veteran və şərab zavodunda yükdaşıyan fəhlə Lüsyən Avqust Kamünün və evdar qadın olmaqla yanaşı, günün yarısını fabrikdə çalışan Mari Katerinin ikinci oğlu idi. Yaradıcığında fəlsəfi esselərə daha böyük yer verən Kamü 1947-ci ildə “Taun” 1950-ci illərdə çap olunan “Üsayankar insan” (1951), “Çöküş” (1956) kimi əsərlərində insan azadlıqdan diktator rejimlərini, tolitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqının kəskin tənqid etmişdi. Alber Kamu 1957-ci ildə “İnsan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə “Nobel mükafatı almışdır..Alber Kamünun həcmcə o qədər də böyük olmayan yaradıcılıq iris müasir dövrdə təkcə yazıçının tarixi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur.
...ещё
Hekayə və esselərАльбер Камю
Görkəmli fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyunun (1913 – 1960) yaradıcılığı bütün dünyada maraq doğurur. “Yad” povestiylə tanınan yazıçıya “Taun”, “Çöküş”, “Yabançı” və s. roman, povest və hekayələri, fəlsəfi esseləri böyük şöhrət qazandırmışdır. Bu kitabda “Qonaq” hekayəsi və“Szif haqqında mif” essesi və “Nobel nitqi” yer almışdır. Kamü ideya yazıçısı idi, onun hekayə və esseləri ədəbi kəşfi olan metaforalardan ibarət idi. Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamü əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi. Əsərlərində başlıca fikir ""ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq"" olub. «„Sizif əfsanəsi“» adlı fəlsəfi essesində Alber Kamü insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fəaliyyətdə görür… Nobel mükafatı alanda Alber Kamünün 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamü Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.
...ещё
Məktubati - Şeyda bəy ŞirvaniSultan Məcid Qənizadə
S.M.Qənizadənin ""Məktubati Şeyda bəy Şirvani"" ümumi başlığı altında yazdığı «„Müəllimlər iftixarı“» hekayəsi və «„Gəlinlər həmayli“» romanı ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
...ещё
XatirələrimHəmidə Xanım Cavanşir
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”.Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim”in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı.
...ещё
QadınlarЧарльз Буковски
Amerikalı məşhur yazıçı Çarlz Bukovskinin ən çox oxunan və tənqidə məruz qalan romanı, bioqrafiq janrda qələmə aldığı “Qadınlar” əsəridir. Bir sıra əsərlərində Henry Chinaski adından və obrazından istifadə edən Bukovski, bu romanda da obraz olaraq Henry Chinaski adından istifadə etmişdir. Əsər Bukovskinin həyatında yer almış, aşiq olduğu və arxalarından qaçdığı qadınlardan bəhs edir. Henri Çinaskinin həyatı, normal bir insan, normal bir amerikalı həyatı deyil. Amma sevilən və çoxlu oxucu auditoriyasına malik sənət əsərlərini yaradan müəllif kimi, bu obraz çox maraqlıdır. Əsərin digər qəhrəmanları – qadınlar zərif cinsin müxtəlif baxış bucaqlı, müxtəlif taleli təmsilçiləridir. Çinaskinin aləmində onların hamısı cinsi ehtirasın söndürülməsində əsas vasitədirlər. Fərqləri cüzi istisnalardan o tərəfə keçməyib. Lidiya, Katrin, Di Di… uzun bir qadın sıralanması… Əsərlərində ümumiyyətlə cəmiyyət, xarici insanları və depressiyasını mövzu götürməsi və alkoqolizm yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamağının onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.“Qadınlar”, Bukovskinin qadınlarla olan münasibətlərini və cinsi münasibətlərini ola bildiyi qədər açıq şəkildə qələmə aldığı ən yaxşı əsəri hesab olunur. Əsəri yazmaq üçün rahat və sərbəst cümlələrdən istifadə etməsi ilə diqqətləri öz üzərinə çəkən Bukovski, qısa-qısa hissələrdən ibarət formalaşdırdığı və dialoqların həddən artıq çox olduğu əsərdə, ən az Heminquey və Fante qədər uğurlu olduğu deyilir. Çarlz Bukovskinin digər romanlarında olduğu kimi bu romanında da alkoqol mövzusuna geniş yer verilmiş və dərin depressiya hissləri əks olunmuşdur. Bukovskinin şəxsi həyat macəralarından bəhs etdiyindən əsəri bioqrafik janrla yanaşı avtobioqrafik janrın nümunəsi də hesab etmək olar.Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.
...ещё
JerminalЭмиль Золя
Jerminal dünya ədəbiyyatı tarixində ən vacib əsərlərdən biridir. İnsanların son dərəcə real və universal, həm də təsir edici bir dildə əzab çəkdiyini söyləyən Zolya, bu romanla bir dastan yaratdı.Romanda hadisələr 1860-cı illəri əhatə edir. Fransanın şimal hissəsində mədən işçiləri ağır şərtlər altında yaşamaq üçün mübarizə aparırlar. Hər an aclıq və səfalətlə, həm də iç-içə yaşadıqları yerlərin uçması təhlükəsi ilə mübarizə aparırlar. Son çarə olaraq gördükləri tətil onlar üçün qaçılmazdır. Hər şeyi lazımı qədər almağa hazırdırlar və onlarda cücərən ümid onların ən böyük dəstəkçisidir. Təəssüf ki, onların müqaviməti vəhşicəsinə yatırılır. Yalnız onlardan geriyə ölüm, qan, gözyaşları və yox olan xəyallar qalır.
...ещё
ÜsyanƏhməd İsayev
1970 ci ildən Gəncəbasar bölgəsinə xüsusi müxbir təyin olunan Ə.İsayev o vaxtdan taleyini bu şəhərlə bağlayıb. Gəncə şəhəri üzrə “Kommunist” qazetinin xüsusi müxbiri işləyir.Gəncənin tarixini vərəqləyən Ə. İsayev Gəncənin dünənini bu gündən, bu gününü sabahdan ayrı təsəvvür etməyin çətin olduğunu öz yazılarında dəfələrlə qeyd edir. Onun 1989 cu ildə qələmə aldığı “Üsyan” tarixi romanında da Gəncə şəhərinin qədim tarixini, onun bir şəhər və yaşayış məskəni kimi qədimliyini Bəndər kimi igid qəhrəmanın simasında oxucuya çatdırır. 1231- ci ilin Bəndər üsyanının Azərbaycanın qəhrəmanlıq tarixində çox parlaq səhifə olduğunu qeyd edən əməkdar jurnalist bu romanda Gəncə üsyanının başçısı sənətkar Bəndərin zəngin, mənəvi aləmini, inam və etiqadını, sevinc bə kədərini, nakam məhəbbətini, faciəli taleyini ustalıqla qələmə almışdır.
...ещё
MübarizMiraslan Bəkirli
İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
...ещё
LeykozMəlahət Həsənova
Kitab leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin vaxtsız ölümünə həsr olunub.
...ещё
Cəhənnəmİsa Muğanna
Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.
...ещё
Faciəİsa Muğanna
Öz əsərləri ilə müasirlərindən fərqlənən İsa Muğannanın çoxşaxəli yaradıcılığı, ədəbiyyatın bir çox janrlarında qələmə aldığı dəyərli nümunələr müəllifin yaradıcılıq potensialının, təhkiyə areasının xeyli zəngin olduğunu göstərir. Özünəməxsus maraqlı təhkiyə üslubu olan yazıçının qəhrəmanları əsasən kiçik, gözdən uzaq Azərbaycan kəndinin problemlər içərisində itib-batan sakinləri və ən qədim Bağ nəslinin nümayəndələri – Əmirlilərdir. Bu problem onun əsərlərində bir xətt üzrə inkişaf edərək, müxtəlif məkanlarda, müxtəlif rollarda əks olunur və zaman-zaman öz aktuallığını artırır. Yazıçının “Faciə” povestində də bu aktuallıqlar özünü qoruyub saxlayıb. “Faciə” də ekoloji aləmin, ətraf mühitin qorunması mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan jurnalist Zəlimxan qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır: Atası Sabit Mayılov xəstə deyil, Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək.Zəlimxan meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü olan meşənin günü-gündən məhv edildiyini görür. Meşəni məhv edən Zəlimxanın doğma ailəsidir. Zəlimxan maddi-mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunu ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, ""bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!”Zəlimxan Zümrüdə haram pulla qazanılmış zinət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd deyir: ""Tək mənəm?! Hamı geyinmir?! Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!”Halbuki, Zəlimxan Zümrüdün onu anlaycağını fikirləşir. Bütün ailə xirtdəyəcən rüşvətin içindədir. Bir vaxtlar Zəlimxanın təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar…Əsərin sonunda Zəlimxan ona təhsil verən, əlinə qələm verən əziz, yad adamlar haqqında nə yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Muğannanın həyatı tədqiq edə bilmə ehtiras və bacarığından xəbər verir:""Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə…Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər də əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən nə idi? O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran ”Qarğıdalı”nın, əziz, can-ciyər ""Əziz müəllimlə yoldaşlıq məhkəməsi”nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?”
...ещё
İblislə savaşanlarСтефан Цвейг
Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin “İblislə savaşanlar” adlı kitabı XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin – Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir.
...ещё
