Классика

Обложка
Yeniyetmə Torlessin sarsıntılarıРоберт Музиль
Bəşəriyyət nə zamana qədər Hammurapi məcəlləsinin qana-qan, dişə-diş prinsipləri ilə yaşayacaq? Bazini oğurluq edir. Yoldaşlarısa onu cəzalandırır. Şantaş edir, alçaldır, hətta cinsi zorakılığa məruz qoyurlar. Törless sadə bir kəndli ailəsinin nümayəndəsidir, şöhrət zirvəsinə qalxmaq üçün təhsil almaq, kübar mühitə qoşulmaq sevdasına qapılır. Yeni şəraitə asanlıqla uyğunlaşsa da valideynləri üçün darıxır. Məktəbdə oxuduğu zaman ilk dəfə qadın bədənini tanıyır. Raytinq, Baydenber və Törless birlikdə klub yaradır və iyrənc məqsədlərini həyata keçirirlər. Törlessin vicdanı sızlayır. Cəzaların ilkin mərhələsində Törless etiraz etmək, bu iyrənclikdən xilas olmaq istəyir. Lakin bacarmır. Həqiqəti deməyə, mübarizə aparmağa cəsarəti çatmır. O məntiqli gənc olduğu üçün düşünür:– Əgər bir insan özünün alçaldılmasını qəbul edirsə onu müdafiə etməyin mənası yoxdur.Çox ziddiyətli məqamdır. Oğurluq edən insana qarşı bu qədər rəzil davranmaq olarmı? Bəzən qanunların caniyə münasibəti caninin mərhuma münasibətindən daha qəddar olur. Bazini də çox anlaşılmaz obrazdır. O oğurluq edir, amma bu hərəkətin oğurluq olduğunu düşünmür. Bu hərəkətinə gizli borc adı verir. Bazini pulu vaxtında qaytara bilmir. Raytinq və Baydenber Bazinidən qisas alırlar.Törless susur, dostlarını satmaq istəmir. Baziniyə yazığı gəlsə də rəhbərliyə bu haqda məlumat vermir. Bazini işgəncələrə dözə bilmir, cinsi istismardan başqa onu həm də şallaqla döyür, təhqir edirlər. Törlessə kömək üçün müraciət edir. Bu anda Raytinq onları görür və hər ikisini hədələyir. Törlessin hər addımını izləyirlər. Yazdığı məktubla Baziniyə hər şeyi rəhbərliyə deməyi məsləhət görür. Məktəbdə toplantı keçirilir. Raytinqlə Baydenber bütün sinfi Baziniyə qarşı qaldırmağı bacarırlar.
...ещё
Обложка
Yad YasəmənБертрис Смолл
Yasəmən Fateh Teymurun nəvəsi böyük Moğol hökmdarı Əkbərin milliyətcə ingilis olan qırxıncı arvadı Kandradan doğulan qızıdır. İlahi gözəlliyə malik olan Yasəmən şahzadə olsa da çox keçməkeşli həyat tərzi keçirmişdir. O, 14 yaşında ikən 30 yaşlı qardaşı Səlimin ehtiraslı məhəbbəti ilə üz-üzə gəlmişdir. Hökmdar oğlunun niyyətindən xəbərdar olduğu üçün Yasəməni Hindistandan anasının vətəni İngiltərəyə qaçırmağa məcbur qalır. Çılğın məhəbbət həyatı yaşayan Yasəmən dörd dəfə ailə qurur və bütün bu evliliklər faciə ilə sona yetir. Əsərdə tarixi hadisələr dəqiqliyi ilə əks olunur və romanda adları çəkilənlər tarixi şəxsiyyətlərdir.
...ещё
Обложка
ToğanaSabir Əhmədli
Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır.Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir.“Toğana” romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana” nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir.Ümumiyyətlə “Toğana” bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğana”da maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.
...ещё
Обложка
Taxtalıköydən məktublarАзиз Несин
Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Müəllif “Taxtalıköydən məktublar”da məmləkətindəki bir sıra ictimai və siyasi məsələlərə toxunur. Xüsusilə öz ölkəsində səhiyyə xidmətinin yarıtmaz vəziyyətini ölmüş eşşəyin dili ilə öldürücü gülüşlərlə ifşa edir.
...ещё
Обложка
Müsyo İbrahim və Quran çiçəkləriЭрик-Эмманюэль Шмитт
Erik Emmanuel Şmittin 1960-cı illərdə Parisdə başlayıb Anadoluda bitən bu duyğu dolu bioqrafik romanı, fərqli dinlərə mənsub və aralarında böyük yaş fərqi olan iki insanın, on iki yaşındakı yoxsul Musəvi uşaq Momoyla (Musa), altmış yaşlarındakı Müsəlman-Türk baqqal İbrahim bəyin arasında yaranan sevgi və xoş görüşlərə söykənən dostluqdan bəhs edir.Bu iki insanın adlarının (Musa və İbrahim) mənsub olduqları dinlərin hər ikisinin də kitablarında eynilə mövcud olması romanın humanist bir mesaj ehtiva etdiyini oxucuya əvvəlcədən çatdırmış olur.Romandakı hadisələr 1960-cı illərdə Parisin müxtəlif etnik və dini qruplara mənsub aşağı təbəqə insanların yaşadıqları qarışıq bir məhəllədə baş verir. Yoxsul Yəhudi bir yeniyetmə olan Musanın anası və qardaşı evi tərk edib getmişdir. Musa atası ilə yaşayır. Ancaq atasının da psixoloji problemləri vardır və onunla bir elə də maraqlanmır. Həyatın qoynuna yeni-yeni atılan, yaşıdlarından elə də dostu olmayan Musa sevgi və qayğını ətrafındakı fahişələrdə axtarmağa başlayır.Romanın digər qəhrəmanı isə məhəllənin yaşlı müsəlman baqqalı Müsyö İbrahimdir. O da ən azı Musa qədər tənha bir insandır, heç kimi yoxdur və gecə yarıya qədər öz dükanında ömrünü keçirir. Fransada müsəlman və ərəb sözləri eyni məna kəsb etdiyindən, hamı İbrahimi ərəb deyə zənn edirlər və “Ərəb baqqalı” olaraq çağırırlar. Əslində Müsyö İbrahim türkdür. İbrahim bəy Qurani-Kərimə ürəkdən bağlı olan inanclı bir insandır və sufidir. Sakit xarakteri olan İbrahim bəyin sadə görünüşünün altında əslində böyük bir fəlsəfi təcrübə gizlənməkdədir…Erik Emmanüel Şmittin ən çox satılan bu romanı 2001-ci ildə “Fransız akademiyası” mükafatına layiq görülmüşdür.
...ещё
Обложка
İndiki uşaqlar möcüzədirАзиз Несин
Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Bu romanda da böyük satira ustası uşaqların gözü ilə böyüklərin necə göründüyünü oxucuya çatdırır. Bu romanda uşaqlar valideynlərini, müəllimlərini və böyüklərini tənqid edir.Roman iki turk uşağın, Əhməd və Zeynəbin məktublaşmasindan ibarətdir. Əvvəllər İstanbulda eyni sinifdə oxumuş bu iki uşağın yolları, Zeynəbin atasının işi ucbatından ayrılmalı olur . Zeynəbgil atasının Ankarada yeni girdiyi işinə gorə Ankaraya köçməli olurlar. Ancaq ayrılarkən bir-birinə söz verirlər ki, tez-tez məktublaşacaq, xəbərləşəcək, biri-birlərinə məktəbdə baş verənləri danışacaqlar. Elə də edir bu iki vəfalı dost. Həqiqətən də biri-birlərinə mütəmadi olaraq məktublar yazaraq məktəbdə baş verənləri danışırlar.
...ещё
Обложка
İncə MəmmədKamal Yaşar
Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən İncə Məmməd romanı Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilkromanı «„İncə Məmməd“»-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır. Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz.Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası – Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər.Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət edir.Bu zaman Abdi ağa Hatçeni cəzalandırmaq üçün jandarmaya qohumunun Hatçe tərəfindən öldürüldüyü bildirir və Hatçe həbsxanaya salınır.Sonda Məmməd dostları Rəcəb Çavuş və Cabbar ilə Dəli Durdunun qrupundan ayrılır. Bir gecə kəndinə gələndə anasının öldüyünü və Hatçenin başına gələnləri öyrənir. Abdi ağanı təqib etməyə başlayır.Abdi ağa Məmmədi öldürmək üçün plan qurur. Məmməd isə Hatçeni və dostunu həbsxanadan qaçırır, kəndliləri Abdi ağaya qarşı gəlmələri üçün ürəkləndirir. O qış kəndlilərdən heç biri Abdi ağa üçün işləmirlər.Abdi ağa Ankaraya teleqraf çəkib Məmmədin yerini deyir. Jandarmalar Məmmədi sıxışdırırlar və atışma başlayır. Bu zaman Hatçe doğum edir. Buna görə təslim olur, amma Hatçeni vururlar. Aylardır onu qovalayan Asim Çavuş ona bir şans verir və əsgərləri ilə geri çəkilir. Yeni doğulan uşağını Hatçenin dostu İraz alıb Qaziantepdəki bir kəndə aparır.Məmməd kəndə gəlib Abdi ağanı öldürür. Bütün kənd bayram keçirir. Məmməd isə dağlara gedir və ondan bir daha xəbər çıxmır.
...ещё
Обложка
Əsir düşərgəsiVüsalə Məmmədova
Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.Nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir.
...ещё
Обложка
Cəhənnəmə gedən yolDərya Qılıc
“ Cəhənnəmə gedən yol” adlı kitabını Dərya Qılıc klassik roman üslubundan istifadə etməklə qəlımə alıb ,həbsxana mövzusuna müraciət etmişdir. Müəllif bu yolun cəhənnəm yolu olduğunu sadə, aydın dillə oxucusuna catdırmışdı. Əsərin qəhrəmanı olan Adiı adlı gənc əslındə ağıllı , dəyanətli, ismətıi oğlandır. Lakin tam təəssadüf nəticəsində həbsxana divarları arasına düşən Adil çox açınaçaqlı duruma düşsə də, cəsarəti dözümü və ağlının sayəsində həmin çirkabdan çamura bulanmadan çıxa bilir. Hadisə Sovetlər birliyinin dövrünə təsadüf etsə də müasir dövrümüz üçün çox aktualdır.
...ещё
Обложка
BuqələmunÜlviyyə Tahir
Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin Buqələmun romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və meşşan həyatı sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərən söhbət açılır. Romanda ər-arvad münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilabı usta bir qələmlə təsvir olunmuşdur.Maraqlı üslubu ilə seçilən əsərdə yalnız, insana təsir edən hadisələrin gedişatı yox, böyüksarsıntı keçirən bir ailəyə lazım olan önəmli elmi-psixoloji məsələlər də yer almışdır.
...ещё
Обложка
Bir dünya az olarGünel Məcidova
Hər zaman qəlbi və ağlı arasında qalanlar! Qərar vərməkdə çətinlik çəkənlər! Sevgini hislərin ən müəmmalısı hesab edənlər! Sosial şəbəkələrin istifadəçiləri! Müasir texnalogiyaların əsirləri ! Fəlsəfənin elmlə və insanla ortaq cəhətlərini axtaranlar! Reallıqla virtuallıq arasında çarpışanlar! Bu kitab sizin üçündür! Cavabsız suallarınızın izahı, bitməyən xəyallarınızın mənası, bir ömür bəs etməyən dünyanızın sirləri ElGüSelin yeni romanında " Bir dünya az olar
...ещё
Обложка
Adamın dirilməsiЙорам Канюк
Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır.
...ещё
Обложка
Tütək səsiİsa Muğanna
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....
...ещё
Обложка
Qızburunda tək məzarQasımov Əlfi
Əlfi Qasımovun povestlərinin bir qismi Böyük Vətən müharibəsi illərində qəhramanlıq və fədakarlıq göstərən gənclərin həyatına həsr olunmuşdur. Belə əsərlərdən biri də “Qızburunda tək məzar” povestidir. Yazıçı bu povestini Kabardin-Balkar torpağında Qızburun kəndinin müdafiəsində əfsanəvi qəhrəmanlıq göstərmiş həmyerlimiz Kamil Zülfüqarovun əziz xatirəsinə həsr etmişdir. “Qızburunda tək məzar” sənədli povesti proloq və dörd hekayədən ibarətdir.Coşqun yazıçı ehtirası və şövqlə yazılmış proloq əsərin oxunmasını sürətləndirir. Zəngin müşahidə qabiliyyətinə malik olan müəllif bir yaradıcı həssaslığı ilə bədii təsvir vasitələrindən, təbiət mənzərələrindən bacarıqla istifadə edərək, sənədlər çərçivəsindən kənara çıxır, obrazların daxili aləminə nüfuz edir. Povesti maraqlı edən cəhətlərdən biri də arzu və amallar eşqi ilə yaşayan, qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, sevən və sevilən, gənclərimizin həyat amalı və arzularının ifadə olunmasıdır. Bu gənclərin həyatı, zövqü, tale yolları, demək olar ki, bir-birinə yaxındır. Onları ümumi səciyyəvi cəhətlər birləşdirsə də, bir fərd olaraq hər biri orijinal xüsusiyyətlərə malik, müxtəlif taleli adamlardır.
...ещё
Обложка
Atılmış insanın pənahıАльбер Камю
Fransız yazıçısı və filosofu , ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında “Qərbin vicdanı” adlandırılmış Alber Kamünün həyat və yaradıcılığına həsr olunmuş “Atılmış insanın pənahı”nda Kamyünün keçməkeşli həyatından, bəhs olunur. A.Kamü o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndində doğulub. O, hərbi veteran və şərab zavodunda yükdaşıyan fəhlə Lüsyən Avqust Kamünün və evdar qadın olmaqla yanaşı, günün yarısını fabrikdə çalışan Mari Katerinin ikinci oğlu idi. Yaradıcığında fəlsəfi esselərə daha böyük yer verən Kamü 1947-ci ildə “Taun” 1950-ci illərdə çap olunan “Üsayankar insan” (1951), “Çöküş” (1956) kimi əsərlərində insan azadlıqdan diktator rejimlərini, tolitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqının kəskin tənqid etmişdi. Alber Kamu 1957-ci ildə “İnsan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə “Nobel mükafatı almışdır..Alber Kamünun həcmcə o qədər də böyük olmayan yaradıcılıq iris müasir dövrdə təkcə yazıçının tarixi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur.
...ещё
Обложка
Hekayə və esselərАльбер Камю
Görkəmli fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyunun (1913 – 1960) yaradıcılığı bütün dünyada maraq doğurur. “Yad” povestiylə tanınan yazıçıya “Taun”, “Çöküş”, “Yabançı” və s. roman, povest və hekayələri, fəlsəfi esseləri böyük şöhrət qazandırmışdır. Bu kitabda “Qonaq” hekayəsi və“Szif haqqında mif” essesi və “Nobel nitqi” yer almışdır. Kamü ideya yazıçısı idi, onun hekayə və esseləri ədəbi kəşfi olan metaforalardan ibarət idi. Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamü əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi. Əsərlərində başlıca fikir ""ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq"" olub. «„Sizif əfsanəsi“» adlı fəlsəfi essesində Alber Kamü insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fəaliyyətdə görür… Nobel mükafatı alanda Alber Kamünün 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamü Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.
...ещё
Обложка
Məktubati - Şeyda bəy ŞirvaniSultan Məcid Qənizadə
S.M.Qənizadənin ""Məktubati Şeyda bəy Şirvani"" ümumi başlığı altında yazdığı «„Müəllimlər iftixarı“» hekayəsi və «„Gəlinlər həmayli“» romanı ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
...ещё
Обложка
XatirələrimHəmidə Xanım Cavanşir
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”.Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim”in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı.
...ещё