Ana ürəyi

Постер
Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu-sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oğlanla, qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq (hansı ki, həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), tipik bir azərbaycanlı oğlan (hansı ki, xəyallarında özünə romantik bir aləm qurmuş, ətraf mühitdən özünü təcrid etmiş biri) və tipik br azərbaycanlı qız (hansı ki, o da özünə əvvəllər romantik bir dünya qurmuş, sonradan” oyanmış” və həyatda öz yerini tutmaqçün mümkün olan hər variantdan istifadə etməyi qərara almış biri ) öz dilləri ilə özlərini də, özlərinin timsalında cəmiyyətimizi də ifşa edirlər.Bu povestlə yazar əməlli başlı oxucularla oynayır, hərləyib- fırlayıb tələyə salır, onlara gülür. Yazar bu povestlə bütün ömrünü romantik kitablarla keçirən, həyatın gerçəkliklərinə aydın baxa bilməyərək hər şeyi filmlərdəki və kitablardakı kimi sanan, bir sözlə yüngül ədəbiyyat oxuyan az intellektli oxucuları öz ironiyasının hədəfinə çevirib. Əsərdə bəzən “ Min bir gecə nağılları”ndakı kimi təsvirlərə, 60- cı illərin bəzi bayağı sevgi ronalarındakı kimi bənzətmələrə, bəzən klassik poeziyamızdakı kimi uzun- uzadı və şişirdilmiş təşbihlərə rast gələcəksiz. Gənclərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi, mənasız sevgi yolunda oğlanın özünü fəda etməyə çalışması, bəzən intihar düşünməsi, bəzən pulsuzluğa dözməyib öz yoldaşlarını satması, qızın radioda işə düzəldikdən sonra tamam dəyişməsi, özündən “ təcrübəli “ radio işçisi olan qadından eşitdiyi məsləhət ( hansı ki bir neçə gün öncə o qadın bir müsahibəsində mətbuata tamam başqa sözlər demiş və qızın içini tirətmişdi ), özünü oğlandan yüksək tutması, onu alçaltması, hamısı cəmiyyətimizin güzgüsüdür. Bəzən özünüzü də görəcək, özünüzə də gülünməyin şahidi olacaqsız.

Книги автора: Seymur Baycan

Обложка
18,6 sm. Seymur Baycan
Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox.. Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə Azərbaycan, Gürcüstan, Ermənistanda yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında (dinləyəcək) oxumalı olacaq . Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: «Yas yerindən reportaj», «Albalı bağı», «Qar», «Brest qalası» və s. Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: «Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur».
...ещё
Обложка
Gecikmiş hekayələrSeymur Baycan
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.
...ещё

Книги чтеца

Обложка
İkiyə bölünmüş VikontИтало Кальвино
Türklərlə Avstriyalılıar arasında döyüşdə yaralanaraq ikiyə bölünən bir vikontun başına gələnlər oxucuya (dinləyiciyə) bacısı oğlunun dilindən çatdırılır. Bundan sonra vətəninə yarımçıq qayıdan vikont sadəcə şər əməllər törədir və qarşısına çıxan hər şeyi yarıya bölür.– Var olan hər şey beləcə ortadan bölünə bilsəydi, – qayalara düzdüyü və hələ də çırpınan yarım səkkizayaqlıları cahil bütövlüyündən sıyrılıb qurtulardı. Bütövkən mənim üçün hər şey təbii, qarışıq, hava kimi məntiqsiz idi; hət şeyi gördüyümü düşünürdüm, halbuki bu, sadəcə görüntü imiş. Sən də bir gün özünün yarısı olarsan, olmağını diləyirəm, övladım… Öz dünyanın yarısını itərəcəksən, amma yerdə qalan hissə min dəfə daha dərin, daha dəyərli olacaq. O vaxt sən də hər şeyin özün kimi bölünməsini, parçalanmasını arzulayacaqsan, çünki gözəllik də, elm də, ədalət də ancaq parçalara bölünmüş olanda vardır.Lakin aradan çox keçmir ki, onun ikinci yarısı, xeyirxah tərəfi də vətənə qayıdır və yalnız xeyirxah əməllərlə insanların qarşısına çıxır. Bəzən isə özü də bilmədən doğru bildiyi əməllərlə insanlara zərər verir. Bununla da insanlar vikontun iki ayrı hissəsindən fərqli şəkillərdə zərər görürlər.
...ещё
Обложка
Həya və dəyərДаг Солстад
Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən onu ciddi yazıçı hesab edirəm – Haruki Murakami D.Solstad haqqında belə deyib.Həya və Dəyər romanında marksist fəlsəfəni araşdıran Yohan Kornelusenlə Elias Ruklanın dostluğundan bəhs olunur. Günlərin bir günü Yohan, gözəl arvadı Eva Lindanı və kiçik qızı Kamilianı atıb həmişəlik olaraq Amerikaya yollanır və hava limanından dostuna zəng edərək ailəsini ona həvalə etdiyini söyləyir. Bu xəbərdən sarsılan Elias, dostunun hərəkətinə izah tapa bilmir, lakin onun xahişini yerinə yetirir, dostunun ailəsini öz himayəsinə götürür. Evanın gözəlliyi qarşısında çox acizdir Elias, onunla evlənməyi ağlına belə gətirməkdə cəsarətli deyil. Lakin, bir müddət sonra Evayla evlənməli olur. İlk illər birlikdə çox xoşbəxt yaşayırlar. Ancaq illər keçdikcə Eva öz gözəlliyoni itirir və bu gözəlliyin arxasında gözəl mənəviyyatın dayanmadığı üzə çıxır, bütün bunlar Elias düşündürür və dərin depressiyaya salır…
...ещё
Обложка
İblislə savaşanlarСтефан Цвейг
Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin “İblislə savaşanlar” adlı kitabı XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin – Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё