Azadə Abbasova

Yeddinci adamХаруки Мураками
Haruki Murakami 1949-cu il, yanvarın 12-də Yaponiyanın Kyoto şəhərində anadan olub. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki gənc yaşlarından ədəbiyyata maraq göstərib. Tokionun Vaseda universitetinin Ədəbiyyat fakültəsini bitirib. urakami ilk əsərini – «Pinbol-1973»-ü 1985-ci ildə qələmə alıb. 1986-1995-ci illərdə ölkəsindən köçərək Avropada, sonra isə Amerika Birləşmiş Ştatlarında yaşayıb. Bu yazıçının adı Ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizədlər sırasında bir neçə dəfə çəkilsə də, qazana bilməyib. Bununla belə, Haruki Murakami dünyaca məşhur ona yaxın dəyərli mükafata layiq görülüb. Onun «Küləyin nəğməsini dinlə», «Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu», «Norveç meşəsi», «Kafka sahildə», «1Q84» kimi əsərləri uzun müddət ən çox satılan əsərlər siyahısına başçılıq edib.
...ещё
Yenə uzanıb yatıramЭрнест Миллер Хемингуэй
Amerikalı jurnalist və yazıçı Ernest Heminquey 1899-cu il iyulun 21-də anadan olub. «Əlvida silah», «Qoca və dəniz», «Zənglər kimin üçün çalır» kimi romanları var. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bu Aysberq üslubu adlandırılır. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdir. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdır. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdir. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.
...ещё
Qorxulu Tehran - I kitabMürtəza Kazımi Müşfiq
"Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin «Maxuf» adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi «Tək gecə haqqında xatirə» adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir.
...ещё
Üzeyir Hacıbəyli xatirələrdəНародное творчество (Фольклор)
Bu kitabda Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb.
...ещё
Hekayə və nağıllarƏləviyyə Babayeva
Ələviyyə Babayevanın uşaqlar üçün yazdığı hekayələrində xalqlar dostluğu, uşaqların yüksək təhsil uğrunda mübarizəsi, səmimi yoldaşlıq mövzuları əsas yer tutur. Bu əsərlərdə sırf nəsihətçiliyə, quru didaktizmə rast gəlinmir. Əxlaqi nəticə təsvir olunan hadisələrlə üzvü surətdə bağlı olur. Təsvir boyu yazıçı ibrətli nəticələr üçün zəmin hazırlayır. Bu əsərlərdə yazıçı əməyə məhəbbət, böyüklərə hörmət, hər şeyi tez öyrənmək həvəsi, oyuncaqlarla rəftarı ön plana çəkir, dostluğa sədaqət, heyvanlara və təbiətə qayğı kimi müsbət keyfiyyətlər aşılayır. Bu hekayələrdə qoyulan məsələlərin bədii həlli göstərir ki, yazıçı uşaq psixologiyasına dərindən bələddir. Onun “Sehrli pillələr”, “Təzə il”, “Süsən sünbül”, “Sən Laləyə oxşama”, və s nağılları öz yığcamlığı, dərin ictimai mənası, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir.
...ещё
Nigarın nağıllarıRafiq Ağayev
Rafiq Ağayevin bu kitabındakı hekayə və nağılların mövzusu körpələrin və kiçikyaşlı məktəblilərin həyatından götürülmüşdür. Bu əsərlərin qəhrəmanları Nigar, Yalçın, Ülkər, Erkin, Tuncəl, Biləyən, Gopçu və başqaları ağıllı , mehriban, gözüaçıq uşaqlardır. Onlar təbiəti, quşları, heyvanları sevir, yaşıllığın qorunmasında yaxından iştirak edirlər… Bu balaca uşaqların dili ilə müəllif sanki böyüklərə də bir ismarıc çatdırmış olur.
...ещё
Əsir düşərgəsiVüsalə Məmmədova
Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.Nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir.
...ещё











