Qurğuşun xaç

Постер
Roman, İngiltərənin bir ucqar kəndində “Astanın oğlu” kimi çağırılan bir 13 yaşlı yeniyetmənin təhkiyəsi üzərində qələmə alınıb. Roman, tarixi-macəra janrındadır. 13 yaşlı yeniyetmə, vəfat etmiş anasının dəfnindən qayıdarkən kəndxuda Ayklifin həmişəki məzəmmətilə rastlaşır. Bu dəfə kəndxuda ondan öküzünü istəyir, bu, anasının ölümünə görə ölüm vergisi olacaqdı. Lakin Astanın oğlu öküzünü versəydi, torpağını əkib becərə bilməyəcək və nəticədə acından öləcəkdi. Bu isə Ayklifin vecinə deyildi. Həyatın ümumi gedişatından bezən bu yeniyetmə tək qalmaq üçün meşəyə qaçır və yıxılaraq huşunu itirir. Gecə özünə gələrkən meşədəki açıq talada kəndxuda ilə naməlum bir şəxsin anlaşılmayan söhbətini eşidir. Kəndxudanın hücumundan sağ çıxan Astanın oğlu kənd üçün arzuolunmaz şəxs və ya “Qurd başı” elan olunaraq axtarışa verilir. Bütün rəngarəng hadisələr də bundan sonra başlayır.İndi Astanın oğlunu tapıb öldürən adam yüksək mükafata sahib olacaqdı. Ayklif onu “Qurd başı” elan etmək üçün onun üzərinə oğurluq da yıxır. Kəndin keşişi ilə söhbətdən Astanın oğlu anlayır ki, onun xaç suyuna salınarkən adı Krispin olmuşdu. Həm də atası onun anasının dediyi kimi Böyük Azar zamanı ölməmişdir. Krispinin həyatı ilə bağlı hələ çox müəmmalı məsələlərə aydınlıq gətirəcək keşiş də öldürülür və yalnız bundan sonra Krispinin kənddə qalması həqiqi təhlükəyə çevrilir. O, kənddən min bir əzabla da olsa çıxıb qaçmağa müvəffəq olur. Gedərkən də anası Astandan ona miras qalan yeganə əşya – üzərinə nəsə yazılmış qurğuşun xaçı da özüylə götürür. Keşiş hələ ölməmişdən bu xaçın üzərindəki yazını Astanın şəxsən yazdığını söyləmişdi, hansı ki Krispin anasının yazıb-oxumasından bixəbər böyümüşdü. Bu xaçın üzərindəki sözlər Krispinin sonrakı həyatına hansı dəyişiklikləri gətirəcəkdi?Krispin öz kəndindən uzaqlaşdıqca dünyanın nə qədər geniş olduğu qənaətinə gəlməyə başlayır. O, Taundan tamamilə məhv olmuş bir kənddə yemək axtarmaq məqsədilə vurnuxduqda bir yekəpər təlxəyə rast gəlir. “Ayı” ləqəbli bu insan onu öz qulu olmağa məcbur razı salır. Lakin hər şey göründüyü kimi deyil. Bu Ayı ləqəbli təlxək əslində kimdir və insanlarını əyləndirdiyi bütün mahalı gəzib-dolnmaqda məqsədi nədən ibarətdir? Həyatı sirlərlə zəngin olan Krispinlə “Hələ sağ ikən Cənnəti axtaran” Ayının bu görüşü orta əsrlər tarixinə nə verəcəkdir? Bütün bunlar getdikcə maraqlı yeniliklərilə nəfəs kəsməyə başlayan “Krispin. Qurğuşun xaç” romanının oxucularına məlum olacaqdır.Roman müasir romançılıq ənənələri üzərində qələmə alındığına görə, müxtəlif tarixi nüansların anlaşılması üçün sadə metodlardan istifadə edilmişdir. Orta əsrlərdə dinin bir həyat tərzi olaraq seçilməsi də uğurlu alınmışdır. Əslində, bir uşaq ədəbiyyatı yazarı olan Avi həm də böyükləri maraqlandırmağı bacarır. Eyni zamanda, uşaq ədəbiyyatı üçün zəruri və arzuolunan mövzu olan tarix mövzusu hələ yeniyetmə yaşlardan tarixin asan tərzdə anlaşılması üçün əvəzolunmaz seçimdir. Bu, bir yazar üçün gözəl və tədqirəlayiq bir missiyadır.

Книги чтеца

Обложка
Emil Zolya – JerminalЭмиль Золя
Jerminal dünya ədəbiyyatı tarixində ən vacib əsərlərdən biridir. İnsanların son dərəcə real və universal, həm də təsir edici bir dildə əzab çəkdiyini söyləyən Zolya, bu romanla bir dastan yaratdı.Romanda hadisələr 1860-cı illəri əhatə edir. Fransanın şimal hissəsində mədən işçiləri ağır şərtlər altında yaşamaq üçün mübarizə aparırlar. Hər an aclıq və səfalətlə, həm də iç-içə yaşadıqları yerlərin uçması təhlükəsi ilə mübarizə aparırlar. Son çarə olaraq gördükləri tətil onlar üçün qaçılmazdır. Hər şeyi lazımı qədər almağa hazırdırlar və onlarda cücərən ümid onların ən böyük dəstəkçisidir. Təəssüf ki, onların müqaviməti vəhşicəsinə yatırılır. Yalnız onlardan geriyə ölüm, qan, gözyaşları və yox olan xəyallar qalır.
...ещё
Обложка
Adamlar və talelərƏləviyyə Babayeva
Ələviyyə Babayevanın “Adamlar və talelər” romanı iki hissədən ibarətdir. Həmin əsər haqqında müəllif özü demişdir ki, “məni çoxdan bəri köhnəliklə yeniliyin burulğanında yetişən nəsil haqqında, müharibənin ağırlığını görmüş, enişli-yoxuşlu həyat yolunda yaxınını, sevilmisini, dostunu itirmiş, ancaq ürəyindəki inani hissləri – xeyirxahlığı, məhəbbəti, sədaqəti mərdanə qoruyub saxlayan müasirlərim haqqında əsər yaratmaq düşündürürdü. Deyirlər hər əsər az-çox öz müəllifinin tərcümeyi-halıdır. Bu fikrə şərikəm. “Adamlar və talelər” romanı şübhəsiz mənim tərcümeyi-halım deyil. Lakin hər halda bu mənim yaşıdlarımın hər birinin həyatı ola bilər”. Əsərin qəhrəmanları kimlərdir? Alim-həkimlər, incəsənətə xidmət edənlər, jurnalistlər. bu adamlar çiyin-çiyinə yaşasalar və yanaşı addımlasalar da insani keyfiyyətləri etibarı ilə biri-birlərindən tamam seçilirlər. Bir sözlə, “hamı iki ayağı üstündə gəzir, ancaq hərənin özünəməxsus yerişi var”. Əsərdə bir fikir qırmızı xətlə keçir: istər alim, istər sənətkar, istər xəstə baxıcısı ol, əgər sən qürurla səslənən insan adını layiqincə daşıya bilmirsənsə – heç bir şey deyilsən! – “Ən çətini insan olmaqdır”
...ещё
Обложка
Bu gün səbr eləMirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu: “Mən çalışmışam ki, oxucularıma dəyərli və maraqlı bir kitab hədiyyə edim. Bu kitab iki il müddətinə ərsəyə gəlib və üzərində dəfələrlə çalışıb, yaxşı bir əsər ərsəyə gətirmək istəmişəm. Arzum oxucularımın bu əsəri bəyənməsidir. Ümid edirəm ki, belə də olacaq”. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. Mirmehdi Ağaoğlu: “Bu gün səbr elə” oxucu ilə oyundur. Səfərovlar ailəsinin sonrakı taleyi isə oxucuların ixtiyarına buraxılıb. Əsərin vahid sonluğu yoxdur. Qoy hər kəs öz sonluğunu seçsin. Bəziləri elə fikirləşsin ki, Səfərovlar ailəsi əsərdə gördüyümüz kimi dağılıb. Digərləri isə fikirləşsin ki, Səfərovlar ailəsi dağılmayıb, nə Dilbər ərinə belə təklif edib, nə də Nəsimi ailəsini atıb Amerikaya gedib. Onlar bizimlə birlikdə Bakıda yaşayır, bizimlə birlikdə eyni şəhərin havasını udurlar və özlərinin yoxsul, acınacaqlı həyatlarına davam edirlər”.
...ещё
Обложка
Cəsur Joananın qəribə macəralarıЖозе Гомес Феррейра
Dünya ədəbiyyatının bir çox nümayəndələri öz yaradıcılıqlarında nağıl janrına da geniş yer vermiş, yazılı ədəbiyyatın bu şəklində uşaqların indi də sevə-sevə oxuduqları qiymətli əsərlər qələmə almışlar. Dünya şöhrətli portuqaliyalı yazıçı Joze Qomes Ferreyranın, sehrli nağıllar aləminin ab-havasının ustalıqla canlandıran parlaq “”Cəsur Joanın qəribə macəraları” adlı nağıl-romanı da bu qiymətli əsərlər cərgəsindədir. Bu kitab bəşəriyyətin bugünkü problemlərinə həsr olunmuş real-əfsanəvi nağıldır. Ənənəvi nağıl üslubuna uyğun olaraq fantastik, əfsanəvi formada yazılsa da, burada bugünkü bəşəriyyəti narahat edən problemlərin əksər hissəsi tam reallıqla təsvir edilmişdir.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё