Vüsalə Məmmədzadə

TeatrСомерсет Моэм
Əsər məşhur teatr aktrisasının həyatından bəhs edir. Əslində əsərin elə də böyük təsiri yoxdur. Culiya məşhur ingilis aktrisasıdır. Qeyri-adi istedadı sayəsində illər ötsə də səhnədəki şöhrətindən heç nə itirmir. İnsanlar onu sevir, ona hörmət edirlər. O, Maykl adlı bir aktyorla ailə qurur. Maykl isə yaraşıqda Culiyadan geri qalmır və Culiya da məhz buna görə onu sevir. Maykl daha sonra aktyorluğu bir kənara qoyaraq rejissorluğa başlayır. Teatr icarəyə göturərək həyat yoldaşı ilə birlikdə uğurlu karyera qurur. Onlar illərlə cəmiyyətdə vəfalı, bir-birini sevən cütlük kimi tanınır. Həqiqət isə tamamilə fərqlidir. Maykldan fərqli olaraq Culiya həddən artıq temperamentli bir qadındır. Buna görə də həm 40 yaşlı bir qadın, həm də 17 yaşlı oğul anası olmağına baxmayaraq özündən yaşca çox gənc olan bir oğlanla eşq macərası yaşayır. Kübar cəmiyyətdə, ziyafətlərdə kavaler kimi Tomla görünür. Maraqlısı isə bundadır ki, onlar haqqında dedi-qodular yayılır və bu şayiələr Mayklın qulağına çatsa da o buna inanmır və qətiyyən əhəmiyyət vermir.
...ещё
Zəfər tağıЭрих Мария Ремарк
Erix Mariya Remark tərəfindən 1945-ci ildə ABŞ-da dərc edilmiş roman, 1946-cı ildə Almaniyada da dərc edilmişdir. Əsərin baş qəhrəmanı Joanın (qadın obrazı) prototipi, Remarkın uzun illər sevdiyi və Parisdə birlikdə yaşadığı Marlin Ditrixdən götürülmüşdür.Hadisələr 1938-39-cu illərdə Fransada cərəyan edir. Cərrah Ravik I Dünya Müharibəsinin iştirakçısıdır. O, II Dünya Müharibəsi ərəfəsində gestaponun əlindən canını qurtararaq Fransaya qaçır, və orada bir müddət peşəsi ilə məşğul olur. İtalyan aktrisası Joan Maduya aşiq olur, bir müddət onunla yaşayır.Əsərin sonunda müharibə başlayır. Joan Madu həlak olur. Ravik isə gestapoya özü təslim olur.
...ещё
Yeniyetmə Torlessin sarsıntılarıРоберт Музиль
Bəşəriyyət nə zamana qədər Hammurapi məcəlləsinin qana-qan, dişə-diş prinsipləri ilə yaşayacaq? Bazini oğurluq edir. Yoldaşlarısa onu cəzalandırır. Şantaş edir, alçaldır, hətta cinsi zorakılığa məruz qoyurlar. Törless sadə bir kəndli ailəsinin nümayəndəsidir, şöhrət zirvəsinə qalxmaq üçün təhsil almaq, kübar mühitə qoşulmaq sevdasına qapılır. Yeni şəraitə asanlıqla uyğunlaşsa da valideynləri üçün darıxır. Məktəbdə oxuduğu zaman ilk dəfə qadın bədənini tanıyır. Raytinq, Baydenber və Törless birlikdə klub yaradır və iyrənc məqsədlərini həyata keçirirlər. Törlessin vicdanı sızlayır. Cəzaların ilkin mərhələsində Törless etiraz etmək, bu iyrənclikdən xilas olmaq istəyir. Lakin bacarmır. Həqiqəti deməyə, mübarizə aparmağa cəsarəti çatmır. O məntiqli gənc olduğu üçün düşünür:– Əgər bir insan özünün alçaldılmasını qəbul edirsə onu müdafiə etməyin mənası yoxdur.Çox ziddiyətli məqamdır. Oğurluq edən insana qarşı bu qədər rəzil davranmaq olarmı? Bəzən qanunların caniyə münasibəti caninin mərhuma münasibətindən daha qəddar olur. Bazini də çox anlaşılmaz obrazdır. O oğurluq edir, amma bu hərəkətin oğurluq olduğunu düşünmür. Bu hərəkətinə gizli borc adı verir. Bazini pulu vaxtında qaytara bilmir. Raytinq və Baydenber Bazinidən qisas alırlar.Törless susur, dostlarını satmaq istəmir. Baziniyə yazığı gəlsə də rəhbərliyə bu haqda məlumat vermir. Bazini işgəncələrə dözə bilmir, cinsi istismardan başqa onu həm də şallaqla döyür, təhqir edirlər. Törlessə kömək üçün müraciət edir. Bu anda Raytinq onları görür və hər ikisini hədələyir. Törlessin hər addımını izləyirlər. Yazdığı məktubla Baziniyə hər şeyi rəhbərliyə deməyi məsləhət görür. Məktəbdə toplantı keçirilir. Raytinqlə Baydenber bütün sinfi Baziniyə qarşı qaldırmağı bacarırlar.
...ещё
Ədəbiyyat dərsliyi. 7-ci sinifКоллектив авторов
Əziz şagirdlər !Siz artıq xeyli bədii əsərlə – əfsanə, nağıl, dastan, hekayə və s. ilə tanışsınız. Bu əsərlər insanın həyatı, onun arzu və düşüncələri, hisləri, eləcə də, təbiət, heyvanlar, quşlar aləmi barədə təsəvvürlərinizi daha da zənginləşdirib. Həmin əsərləri oxuduqca doğma vətənimiz haqqında, xalqımızın taleyi və mənəvi dəyərləri barədə məlumatınız genişlənib.Aşağı siniflərdə, həmçinin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi ilə bağlı bacarıqlara yiyələnmişsiniz. Siz bədii əsərləri müxtəlif formalarda oxumağı öyrənmişsiniz. Onların məzmununu yığcam, geniş və yaradıcı nağıl etməkdə çətinlik çəkmirsiniz. Bu və ya digər əsərin janrını, mövzusunu, ondakı başlıca fikri – ideyanı, qəhrəmanların xarakterində ki mühüm cəhətləri, epitet, bənzətmə, mübaliğə, bədii sual kimi təsvir və ifadə vasitələrini müstəqil müəyyənləşdirmək bacarığına da yiyələnmişsiniz. Müxtəlif mövzularda yığcam inşa, esse yazmaq da artıq sizin üçün çətin deyildir. Bu bacarıqlarınızı VII sinifdə daha da dərinləşdirəcək, bədii əsərin təhlili, ondakı mühüm problemin aydınlaşdırılması və s. bağlı yeni bacarıqlara yiyələnəcəksiniz. Eləcə də yeni janrlar, bədii təsvir və ifadə vasitələri il tanış olacaq, onların dəyərləndirilməsi üzrə zəruri bacarıqlar qazanacaqsınız.Bunun üçün əvvəlki siniflərdə olduğu kimi, bədii ədəbiyyatın mühüm mövzuları üzrə yazılmış əsərləri oxuyacaq, araşdıracaq, onlara münasibət bildirəcəksiniz. Vətən, təbiət, xalqımıza xas olan mənəvi dəyərlər, yaşıdlarınızın həyatı, taleyi və s. mövzularda olan bu əsərlər əvvəl öyrəndiklərinizdən məzmunca fərqlənir. İndi digər sənətkarların həmin mövzulara necə münasibət bəslədiklərini aydınlaşdıracaq, öyrəndikləriniz barədə öz fikir və mülahizələrinizi bildirəcəksiniz. Səməd Vurğun, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və digər qüdrətli sənətkarların bədii fikir və düşüncələri ilə tanış olacaq, onların həmsöhbətinə çevriləcəksiniz.
...ещё
Yaşıl mezoninlərdən olan AnyaЛюси Мод Монтгомери
""Yaşıl mezoninlərdən olan Anya"" Kanada yazıçısı Lyusi Montqomerin ilk və ən tanınmış romanıdır. Əsər 1908-ci ildə işıq üzü görmüşdür və ingilis dilli uşaq ədəbiyyatının 20-ci əsrin ortalarına aid ən çox tanınmış yaradıcılıq nümunələrindən olmuşdur.Romandakı hadisələr XIX əsrin sonlarında cərəyan edir. Şahzadə Eduard adasında Avonlee kəndində möcüzəvi adlı «„Yaşıl Mezonin“» evində yaşayan Marilla və Metyu Kasbert adlı, tənha yaşayan, orta yaşlı qardaş və bacı uşaq evində olan oğlanı övladlığa götürmək istəyirlər ki, fermada onlara köməklik etsin.Amma anlaşılmazlıq nəticəsində onlara oğlan deyil, şöhrətpərəst Enn Şirli adlı qız övladlığa verilir.Ağıllı, canlı Enn hamının sevincli olmasını istəyir, o çox söhbətcildir, amma zahiri görkəmində çox şey onu məyus edir (məsələn, onun odlu-kürən saçları).Marilla onun tərbiyəsini ciddi qəbul edilir və Metyunu buna müdaxilə etməməyə çağırır.Qız böyüyür, lakin onda uşaq səmimiliyi və çılğınlıq əvvəlki kimi qalır.
...ещё
Bir də balaca olsaydımYanuş Korçak
Yanuş Korçak , əslində Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim və Polşa Ordusunun zabiti olmuşdur.Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.
...ещё
Qurğuşun xaçAvi Krispin
Roman, İngiltərənin bir ucqar kəndində “Astanın oğlu” kimi çağırılan bir 13 yaşlı yeniyetmənin təhkiyəsi üzərində qələmə alınıb. Roman, tarixi-macəra janrındadır. 13 yaşlı yeniyetmə, vəfat etmiş anasının dəfnindən qayıdarkən kəndxuda Ayklifin həmişəki məzəmmətilə rastlaşır. Bu dəfə kəndxuda ondan öküzünü istəyir, bu, anasının ölümünə görə ölüm vergisi olacaqdı. Lakin Astanın oğlu öküzünü versəydi, torpağını əkib becərə bilməyəcək və nəticədə acından öləcəkdi. Bu isə Ayklifin vecinə deyildi. Həyatın ümumi gedişatından bezən bu yeniyetmə tək qalmaq üçün meşəyə qaçır və yıxılaraq huşunu itirir. Gecə özünə gələrkən meşədəki açıq talada kəndxuda ilə naməlum bir şəxsin anlaşılmayan söhbətini eşidir. Kəndxudanın hücumundan sağ çıxan Astanın oğlu kənd üçün arzuolunmaz şəxs və ya “Qurd başı” elan olunaraq axtarışa verilir. Bütün rəngarəng hadisələr də bundan sonra başlayır.İndi Astanın oğlunu tapıb öldürən adam yüksək mükafata sahib olacaqdı. Ayklif onu “Qurd başı” elan etmək üçün onun üzərinə oğurluq da yıxır. Kəndin keşişi ilə söhbətdən Astanın oğlu anlayır ki, onun xaç suyuna salınarkən adı Krispin olmuşdu. Həm də atası onun anasının dediyi kimi Böyük Azar zamanı ölməmişdir. Krispinin həyatı ilə bağlı hələ çox müəmmalı məsələlərə aydınlıq gətirəcək keşiş də öldürülür və yalnız bundan sonra Krispinin kənddə qalması həqiqi təhlükəyə çevrilir. O, kənddən min bir əzabla da olsa çıxıb qaçmağa müvəffəq olur. Gedərkən də anası Astandan ona miras qalan yeganə əşya – üzərinə nəsə yazılmış qurğuşun xaçı da özüylə götürür. Keşiş hələ ölməmişdən bu xaçın üzərindəki yazını Astanın şəxsən yazdığını söyləmişdi, hansı ki Krispin anasının yazıb-oxumasından bixəbər böyümüşdü. Bu xaçın üzərindəki sözlər Krispinin sonrakı həyatına hansı dəyişiklikləri gətirəcəkdi?Krispin öz kəndindən uzaqlaşdıqca dünyanın nə qədər geniş olduğu qənaətinə gəlməyə başlayır. O, Taundan tamamilə məhv olmuş bir kənddə yemək axtarmaq məqsədilə vurnuxduqda bir yekəpər təlxəyə rast gəlir. “Ayı” ləqəbli bu insan onu öz qulu olmağa məcbur razı salır. Lakin hər şey göründüyü kimi deyil. Bu Ayı ləqəbli təlxək əslində kimdir və insanlarını əyləndirdiyi bütün mahalı gəzib-dolnmaqda məqsədi nədən ibarətdir? Həyatı sirlərlə zəngin olan Krispinlə “Hələ sağ ikən Cənnəti axtaran” Ayının bu görüşü orta əsrlər tarixinə nə verəcəkdir? Bütün bunlar getdikcə maraqlı yeniliklərilə nəfəs kəsməyə başlayan “Krispin. Qurğuşun xaç” romanının oxucularına məlum olacaqdır.Roman müasir romançılıq ənənələri üzərində qələmə alındığına görə, müxtəlif tarixi nüansların anlaşılması üçün sadə metodlardan istifadə edilmişdir. Orta əsrlərdə dinin bir həyat tərzi olaraq seçilməsi də uğurlu alınmışdır. Əslində, bir uşaq ədəbiyyatı yazarı olan Avi həm də böyükləri maraqlandırmağı bacarır. Eyni zamanda, uşaq ədəbiyyatı üçün zəruri və arzuolunan mövzu olan tarix mövzusu hələ yeniyetmə yaşlardan tarixin asan tərzdə anlaşılması üçün əvəzolunmaz seçimdir. Bu, bir yazar üçün gözəl və tədqirəlayiq bir missiyadır.
...ещё
Kor qatilMarqarit Atvud
Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir.Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar dinamik təhkiyə tərzilə oxucuya çatdırılır. “Kor qatil” bir az da kollaj tipli romandır. Müharibədən bir gözünü itirmiş halda qayıdan ata fabrikləri işə salır, lakin zaman gəlir bu fabrikləri bağlamaq məcburiyyətində qalır. Ailənin çətin günləri başlayır. Uşaqlar kasıb uşaqların məktəbinə getmirlər, evdə qalıb qarımış bir qız onlara dərs keçir. Lauranın qəribəlikləri ailədə problemlər yaradır. Anaları gənc ikən dünyasını dəyişir, Laura anasının itkisini də qəribə bir soyuqqanlılıqla qarşılayır.
...ещё
Gözlənilən bir qətlin tarixçəsiГабриэль Гарсиа Маркес
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır.Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir.Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Likarionun toyundakı sərxoşluqdan sonra süstlük keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir.Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir.Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanı bakirə olmadığını aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan «„ismətinin“» kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər.Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır və qardaşlar onu axtarmaq üçün limana yollanırlar.Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir.Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır.Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir.Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər
...ещё
Sevgi həyatımZaruye Şalev
Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada məşhurdur, 21 dilə tərcümə olunub, bir çox ölkələrdə bestseller olub. Bir çox görkəmli ədəbiyyat mükafatlarını qazanıb. Almaniyanın Der Spiegel qəzeti “Sevgi Həyatım” romanını son qırx ilin 20 ən yaxşı romanı siyahısına daxil edib. Eyni zamanda, “Sevgi Həyatım” romanı Alman-İsrail kinorejissoru Mariya Şrader tərəfindən ekranlaşdırılıb.“Sevgi Həyatım” son dərəcə hissiyyatlı bir romandır, əsər birinci şəxsin, Yaaranın, gənc və gözəl qadının dilindən danışılır, oxucu onun uğursuz ailə həyatı ilə tanış olur. Öz valideynlərinin qəribə davranışlarını və onların daimi qovğalarının səbəbini başa düşməyə çalışdığı sırada onun Aryehlə, atasının gənclik dostu və özündən iki dəfə yaşlı olan insanla münasibətləri alovlanmağa başlayır. Sevgi narkomaniya kimi təsvir olunur, bəzən sərt, bəzən də heyvani maqnetizmlə dolmuş şəkildə… Kitab Bibliya allyüziyaları ilə və bir çox əsaslı psixoloji müşahidələrlə zəngindir.
...ещё
Sezənin sevgisiGüntay Gəncalp
Əsərdən bir parça:1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi.İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.
...ещё
Yüz ilin tənhalığıГабриэль Гарсиа Маркес
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latın Amerikası nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
...ещё






