Əfqan Əsgərov

Обложка
Şahlar şahıƏfqan Əsgərov
Əfqanın tarixi hadisələrdən ilhamlanaraq yaratdığı «Şahlar şahı» əfsanəvi-tarixi romanında hadisələr eramızın VI əsrinin II yarısında, indiki Azərbaycan ərazisində cərəyan edir ki, həmin dövr Yaxın şərq üçün Məhəmməd peyğəmbərin dünyayab gəlməsi kimi bir sıra əhəmiyyətli hadisələrlə tarixə həkk olunmuşdur. «Şahlar şahı» romanında müəllif Xosrov Ənuşirəvanın idarəçilik dövrünü əhatə etməklə yanaşı, həmin illərdən miras qalmış yaradıcılıq nümunələrini, əfsanə və rəvayətlərlə reallıq və faktları zərgər incəliyi ilə hörərək ürəyəyatımlı, oxunaqlı naxış şəklinə salmışdır.
...ещё
Обложка
Əfqan Əsgərovun hekayələriƏfqan Əsgərov
Əfqanın yaradıcılığında cəmiyyətdə insanların öz yerini, mövqeyini düzgün müəyyən edə bilmədiyindən düşdüyü çətin məqamlar şəraitində keçirdiyi mənəvi sarsıntıların təsviri də xüsusi yer tutur. Yazıçı belə bir əxlaqi ideyanı təbliğ edir ki, insan gərək cəmiyyətdə daim mənəvi sarsıntılardan qaçmalı, daxilindəki müəyyən səbəblər üzündən baş qaldıran sarsıntılarla daim mübarizədə olub həyatını canlı, maraqlı qurmağa çalışmalı, onu düzgün istiqamətləndirməlidir. Bu kitabda yazıçının «Gözəllik sorağında», «Göyərçin», «Qəlpə», «Etiraf», «Ana sıxıntısı», «Vəfa» və s. hekayələri toplanmışdır.
...ещё