Ruhiyyə Mahmudqızı

Taleyin töhfəsiNəriman Həsənzadə
Xalq şairi, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifəsində çalışıb. “Yadına düşəcəyəm ”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Sən bağışladın”, “Kimin sualı var”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Gəlimli-gedimli dünya”, “Poylu beşiyim mənim” və sair kitabların, “Nəriman”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Şahid ol, günəş” kimi onlarla poemanın, “Nabat xalanın çörəyi” povestinin müəllifidir. Günümüzün ağrılarının , faciələrinin, qəhrəmanlıqlarının dastanını yazan şair Azərbaycan poeziyasının həqiqətən qiymətli nümunələrini yaradıb. Şair dilimizin zəngin söz xəzinəsindən məharətlə istifadə etməyi bacarıb. Şairin “Taleyin töhfəsi” kitabında bu cür zənginliklərə rast gəlmək olur. Bu kitaba şairin müxtəlif illərdə qələmə aldığı şeir və poemalardan seçmələr daxil edilmişdir. Xalq şairi 90 illik yubileyi münasibəti ilə 18 Fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Şairin Audiokitab tətbiqində «Zümrüd quşu» kitabı da yer alıb.
...ещё
SonetlərУильям Шекспир
Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət… sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur.
...ещё
SatiralarƏliqulu Qəmküsar
""Molla Nəsrəddin"" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (1880-1919) XX əsr Azərbaycan ictimai-bədii fikir və mədəniyyət tarixinə istedadlı satirik şair, jurnalist və aktyor kimi daxil olan məşhur şəxsiyyətlərdən biridir. Əliqulu Qəmküsar Azərbaycan mollanəsrəddinçi satirik ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun yaradıcılığı Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi istiqamətində yaranan ədəbiyyatda xüsusi yer tutur. O, XX əsrin əvvəlləri Azərbaycan realist-satirik şeirinin və publisistikasının böyük vətəndaşlıq cəsarətinə malik olan mübariz təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim təbəqələrin təzyiqlərindən heç vaxt çəkinməmiş, ciddi satirik ədəbi sözü şax deməyi bacarmışdır. Pristavın simasında hakim təbəqələrin, ictimai quruluşun, müstəmləkəçilik siyasətinin tənqidinə həsr edilmiş satirası ədəbiyyatda sənətkarın vətəndaşlıq cəsarətinə nümunə sayıla bilər: Satirik şairin yaradıcılığında adlı-ünvanlı satirik şeirlərin çox olması onun böyük vətəndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədəbiyyatşünaslıq elmində müşahidə olunduğu kimi, “onun şeirləri çox zaman adi, gündəlik həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəmküsarı müasirlərindən fərqləndirir. O, satirik şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyzadəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”… kimi ünvanlı şeirlərində müraciət olunan hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə ifadə olunur. Əliqulu Qəmküsar bu satiralarında cəmiyyət həyatının ən müxtəlif dairələrinə nüfuz edib, gerilik və fanatizmi şiddətlə tənqid atəşinə tutmuşdur.
...ещё
İndiki uşaqlar möcüzədirАзиз Несин
Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Bu romanda da böyük satira ustası uşaqların gözü ilə böyüklərin necə göründüyünü oxucuya çatdırır. Bu romanda uşaqlar valideynlərini, müəllimlərini və böyüklərini tənqid edir.Roman iki turk uşağın, Əhməd və Zeynəbin məktublaşmasindan ibarətdir. Əvvəllər İstanbulda eyni sinifdə oxumuş bu iki uşağın yolları, Zeynəbin atasının işi ucbatından ayrılmalı olur . Zeynəbgil atasının Ankarada yeni girdiyi işinə gorə Ankaraya köçməli olurlar. Ancaq ayrılarkən bir-birinə söz verirlər ki, tez-tez məktublaşacaq, xəbərləşəcək, biri-birlərinə məktəbdə baş verənləri danışacaqlar. Elə də edir bu iki vəfalı dost. Həqiqətən də biri-birlərinə mütəmadi olaraq məktublar yazaraq məktəbdə baş verənləri danışırlar.
...ещё
Cəfər Cabbarlının şerləri və satiralarıДжафар Джаббарлы
Cəfər Cabbarlı yaradıcılığa çox erkən başlamışdır. Uşaqlıqdan bədii ədəbiyyata maraq göstərən Cəfər Cabbarlının şeir sahəsindəki müvəffəqiyyətlərinə müəllimləri S.S.Axundov və A.Şaiq diqqət yetirmişlər. 1915-ci ildən başlayaraq “Məktəb”, “Babayi-əmir”, “Qurtuluş” və s qəzet və jurnallarda şeir və felyetonları çap olunmuşdur. Cəfər Cabbarlı 1920-ci illərdə daha coşğun ədəbi fəaliyyətə başlamış və həmin dövrdə kamil bir sənətkar kimi yetişərək, yaradıcılığının demokratik istiqaməti ilə seçilən böyük söz sərrafına çevrilmişdir. Onun bədii istedadı cilalana-cilalana elə surətlə inkişaf edirdi ki, zamanın nəbzini tutan bir-birindən gözəl əsərlər yaratmaqla müvəffəq olurdu.Satirik şeirlərində “Molla Nəsrəddin” ənənələri, xüsusilə Sabir şeirinin mövzu və formaları açıqca gözə çarpır. Cəfər Cabbarlı bu şeirlərdə gah hiddət və qəzəb, gah mülayim, gah da hədə ilə müasirlərinə təsir göstərməyə çalışır, xalqı düşünməyə, yoxsulların halına yanmağa çağırır.
...ещё
Aslan qayasıСамед Вургун
Səməd Vurğun 1937-ci ildə mətbuatda belə yazmışdı: «Son zamanlar mən „Azərbaycan“ adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır». Şair bu epopeyanın 30 poemadan ibarət olacağını bildirirdi.Şairin şəxsi arxivində qırmızı cildli bir albom var. Albomun titul vərəqində yazılıb: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. Bakı». Əlyazmadan görünür ki, şair 30 poemanın hamısını yazmayıb və buna görə də «Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməyib. Bu poemalardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunub.Səməd Vurğun həmin epopeyaya daxil etdiyi «Aslan qayası» poemasını ilk dəfə «İnqilab və mədəniyyət» jurnalında (1938, № 4-5) çap etdirib. Poemada təsvir olunan hadisələrin konkret tarixi məlumdur. Bu, Azərbaycanın çar Rusiyasına birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması tarixidir. Əsərin məzmununu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən işğal olunması təşkil edir. 1806-cı ilin fevral ayıdır. General Sisyanovun başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə alıbdır. Tələb aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi Rusiya təbəəliyini qəbul etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl Bakı xanının qızı Mahniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri çəkilir… Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniyarla birlikdə Xəzər dənizinə atılır…Göründüyü kimi, poema Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Şair poemada Rusiyanı təmsil edən iki surət yaradıb. Bunlardan biri general Sisyanov, digəri sıravi rus əsgəridir.Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir. Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general obrazı yaradıb. O, Hüseynqulu xana belə bir ultimatum göndərir:Bakının hakimi Hüseynqulu xanSəhər, yuxusundan ayılan zamanBütün dövlətini, bütün varını,Şəhər qalasının öz açarınıKnyaz Sisyanova təslim verməli!Yoxsa, ordumuzun dağıdan əliSizin də ölkəni yandıracaqdır,Yerdə padşahların dediyi haqdır.Bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır.Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür:Dərdini söyləyir ötən dillərə:“Mən niyə gəlmişəm bu yad ellərə?”Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə olunub. “Aslan qayası” poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınıb. Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın yaratdığı əfsanələrə böyük məhəbbət duyulur. Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilib.
...ещё
Balıq gülüşüMübariz Örən
Mübariz Örənin «„Qazanılmış günün siestası və ya Balıq gülüşü“» hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ «„yabanı“» hiss və yanaşmaların ağuşundan xilas edir. Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur.Hekayə «„yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan“» uşağın kənardan heç kimin görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir. Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: ""bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, – suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, – əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və… Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən «„balıq bədəninə“», azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını «„tutdu“»…
...ещё
XatirələrimHəmidə Xanım Cavanşir
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”.Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim”in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı.
...ещё
JerminalЭмиль Золя
Jerminal dünya ədəbiyyatı tarixində ən vacib əsərlərdən biridir. İnsanların son dərəcə real və universal, həm də təsir edici bir dildə əzab çəkdiyini söyləyən Zolya, bu romanla bir dastan yaratdı.Romanda hadisələr 1860-cı illəri əhatə edir. Fransanın şimal hissəsində mədən işçiləri ağır şərtlər altında yaşamaq üçün mübarizə aparırlar. Hər an aclıq və səfalətlə, həm də iç-içə yaşadıqları yerlərin uçması təhlükəsi ilə mübarizə aparırlar. Son çarə olaraq gördükləri tətil onlar üçün qaçılmazdır. Hər şeyi lazımı qədər almağa hazırdırlar və onlarda cücərən ümid onların ən böyük dəstəkçisidir. Təəssüf ki, onların müqaviməti vəhşicəsinə yatırılır. Yalnız onlardan geriyə ölüm, qan, gözyaşları və yox olan xəyallar qalır.
...ещё
LeykozMəlahət Həsənova
Kitab leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin vaxtsız ölümünə həsr olunub.
...ещё








