Ruhiyyə Mahmudqızı

Şeytanın missiyasıÜlviyyə Tahir
Ü.Tahirin bu ilk kitabında oxuculara bir povesti və 18 hekayəsi təqdim olunmaqdadır.""Povest və Hekayələr bu günkü Azərbaycan reallıqlarının adi gözlə görünməyən qatlarını gözlər önündə sərgiləməkdədir"".
...ещё
Zümrüd quşuNəriman Həsənzadə
“Zümrüd quşu” sadə təbiətli, kişi xasiyyətli azərbaycanlı qadının həyat yolundan, taleyindən bəhs edir. Zümrüd quşu sözün əsl mənasında adsız el sənətkarıdır. O, ehtiram və hörmət etdiyi insanların şəklini qızıl ilmələr vasitəsilə rəngli xalılarda əks etdirir və əbədiləşdirir. Puşkinin surətini xalıya köçürür. Ümumiyyətlə, Zümrüd quşu demək olar ki, bütün əsər boyu təsvir və tərənnüm edilir. Zümrüd quşunun Puşkin ilə, Abbasqulu Ağa Bakıxanov ilə, Nina Çavçavadze ilə söhbətləri, ən nəhayəti, Ərzurumda əsgəri xidmətdə həlak olan ərinin cənazəsini Azərbaycana aparması ustalıqla, sənətkarlıqla rəsm edilmişdir.
...ещё
Uilyam Şekspir – SonetlərУильям Шекспир
Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət… sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur.
...ещё