Ruhiyyə Mahmudqızı

Обложка
Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləriAbdulla Şaiq
Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
...ещё
Обложка
Damazlıq qızın hekayətiMarqarit Atvud
"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. «Unwomen» adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır… «Damazlıq Qızın Hekayəsi» romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə «Damazlıq Qızın Hekayəsi» mənəvi qatlarla zəngin olan bir əsərdir.
...ещё
Обложка
Yeraltı çaylar dənizə axırMehdi Hüseyn
M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi.“Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.
...ещё
Обложка
YasəmənЭли Амир
Oxuculara təqdim olunan bu roman yazıçının ən məşhur əsəridir. Əsər avtobioqrafik detallarla zəngindir, əsərin baş qəhrəmanı Nurinin başına gələn hadisələr müəllifin öz həyatının epizodlarıdır. Başqa dindən və başqa millətdən olan Yasəmənlə Nurinin sevgi macərasından bəhs edən bu əsər İsrail dövlətinin qurulduğu illərdəki ictimai-siyasi hadisələri, yerli xalqların ifadəsiylə, müəllifin də tez-tez “əmioğlu” adlandırdığı ərəblərlə yəhudilərin arasında mövcud olan ziddiyyətləri olduqca tünd boyalarla və geniş şəkildə əks elətdirməkdədir.
...ещё
Обложка
İlk simfoniyaАли Керим
Şairin ilk əsərləri 1951-ci ildən mətbuat səhifələrində görünməyə başlamışdır. Onun ilk böyük həcmli əsəri olan “İlk simfoniya” poeması VI Ümumdünya Festifalında mükafata layiq görülmüşdür.
...ещё
Обложка
Şeyx ŞabanАбдурагим-бек Ахвердов
Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr!– Heyf, sədd heyf. Mən haman о Şeyx Şəbanı deyirəm кi, yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edirdi. Yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb,qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdansatardı.
...ещё
Обложка
Qoca və dənizЭрнест Миллер Хемингуэй
Əgər təbiətin sərt üzü görünərək dəryanı təlatümə gətirərsə, Qocanın taleyi əbədi sularda qərq olar. Bununla da, solğun çıraqların şölələri altında mürgü vuran qəsəbəsi üçün bir neçə yoxsul xatirələr saxlamış olar. Əslində həyatın görünməyən əsrarı da Qocanın bu mühakimə və mülahizələrindədir. Özüylə filosofsayağı ünsiyyət qurması onu göstərir ki, biz bu uzaq səyahəti təkcə Qocanın yaşamaq haqqına bağlamalı deyilik. Təsvirə sığmayan davranışlar və mühakimələr hadisələrin məzmununa dinamiklik və dolğunluq gətirir. Doğrudur, burada yoxsulluq və təbiilik, ülviyyət və yaşamaq əlacsızlığı üz-üzə dayanır. Yaşamaq, mövcud olmaq istəyi insanı əlacsızlaşdırır. O, ali səviyyələrə qalxmaq istəyir, ancaq yaşamaq, yəni cismani həyat onun ayağından tutub dala çəkir. İnsan öz həyati istəklərinin dalınca qoşduqda ülviyyətdən uzaq düşür. əlacsızlıq ucbatından ali duyğularından keçməli olur. Bunu biz balıqçının öz dilindən də eşidirik: «Balıqçı olmağım bir yandan öldürmək üçündürsə, o biri yandan çörək ağacımdır». (Həmin əsərdən).
...ещё
Обложка
Seçilmiş əsərlər - Nəbi XəzriНаби Хазри
Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü – Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır. Şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır. N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.
...ещё
Обложка
Alisa möcüzələr ölkəsindəЛьюис Кэрролл
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) – Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə «Macmillan Publishers» nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur.SüjetYazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.Alisa Ağ Dovşanı izləyərək «Möcüzələr ölkəsi» nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır. Göbələyin hissələrini yedikdən sonra yenidən öz boyuna qayıdır. Çeşir pişiyindən öyrənir ki, «Ürəklər Kraliçası» kroket oyunu hazırlayıb. Qaydalar isə qəribədir: balaca topun yerinə kirpi, topu vuran taxta isə Flaminqodan olur. Bu müddətdə Valet, konfet oğurluğunda günahkar sayılır. Məhkəmə zamanı Alisa məhkəmə qarşısına çıxarılır. Məhkəmənin kritik vəziyyətində hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayırlar. Alisa yuxudan duraraq, bunun bir yuxu olduğunu başa düşür.
...ещё
Обложка
Getməİlqar Rəsul
“Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə, xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır.
...ещё
Обложка
Mirzə Səfər Абдурагим-бек Ахвердов
XIX əsrin sonlarında – XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
...ещё
Обложка
Müdrik fikirlər aləmindəНародное творчество (Фольклор)
Müdrik fikirlər, incə kəlamlar, obrazlı ifadələr və aforizmlər məlumdur ki, zehnimizi bilik və həyati təcrübə ilə zənginləşdirir, bizi fikirləşməyə, axtarışlar etməyə, düzgün nəticələr çıxartmağa sövq edir. Bu kitabda dünyanın görkəmli alim və filosoflarının, şair və yazıçılarının hikmətli sözləri, ayrı-ayrı xalqların və millətlərin min illərdən bəri işlədib saflaşdırdığı atalar sözləri və canlı xalq hikməti toplanmışıdr.
...ещё
Обложка
Sirli ada Жюль Верн
“Sirli ada” qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir…
...ещё
Обложка
Balaca şahzadəАнтуан де Сент-Экзюпери
Balaca şahzadə (fr. Le Petit Prince) – Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.
...ещё
Обложка
Dəli bir ağlamaq keçir könlümdənАлы Мустафа Мустафаев
Kitabda 20 noyabr 1991 şəhidlərindən biri – istedadlı telejurnalist Alı Mustafyevin şeirləri daxil edilmişdir. Azərbaycan xalqının böyüklüyünü, vətən torpaqlarının müqəddəsliyini tərənnüm edən, yaşadığımız dövrün ağrı və acılarını, 20 Yanvar şəhidlərinin faciəsini əks etdirən şeirlərə əsas yer verilmişdir. Doğma el-obaya bağlılıq, coşğun həyat eşqi, saf və təmiz məhəbbət duyğuları poetik bir dillə ifadə olunmuşdur.
...ещё
Обложка
Seçilmiş əsərlərМихаил Лермонтов
Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən biri, qüdrətli söz ustası M.Y.Lermontova həyatı faciəli şəkildə dərk etmək taleyi nəsib olmuşdur. Ədibin əsərlərində ""məğlubedilməz bir qəhrəmanlıq və cəngavərlik ruhunun bütün qüdrətilə yanaşı dərin bir hüzn, bir pərişanlıq buludlara bürünən aya bənzər bir tutqunluq"" motivlərinin özünü göstərməsi zəmanəsinin faciələrlə dolu olması və şairin ümüdsizliyə qapılması ilə bağlıydı. Məhz bu səbəbdəndir ki, sənətkarın istər şeir və poemalarında, istərsə də nəsr və dram əsərlərində lirizm çox qüvvətli olmuşdur. Bu insana məhəbbət hissindən doğan, ürəkdən qopan və ürəkləri fəth edən, insanı dərindən həyacanlanadırıb düşündürən bir lirizmdir. Kitaba görkəmli yazıçının zəngin ədəbi irsindən seçmələr daxil edilmişdir. Şeir və poemalardan, mənzum dram və nəsr əsərlərindən ibarət bu nümunələrdə Lermontov sənətinin səciyyəvi xüsusiyyətləri parlaq əksini tapmışdır.
...ещё
Обложка
Şəki lətifələriНародное творчество (Фольклор)
Bu kitabda Şəki şəhəri üçün xarakterik olan, mayası səmimi yumorla yoğrulmuş folklor örnəkləri toplanmışıdr. Burada dadlı-duzlu lətifələrlə, məzəli deyimlərlə, ayama-ləqəblərlə, hərəsi xırdaca bir tarix olan məhəllə və bulaq adlarıyla tanış olacaqsınız. Həm də görəcəksiniz ki, şəkililər istədiklərini necə alqışlayır, istəmədiklərini necə qarğayırlar.
...ещё