Aslan qayası

Səməd Vurğun 1937-ci ildə mətbuatda belə yazmışdı: «Son zamanlar mən „Azərbaycan“ adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır». Şair bu epopeyanın 30 poemadan ibarət olacağını bildirirdi.Şairin şəxsi arxivində qırmızı cildli bir albom var. Albomun titul vərəqində yazılıb: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. Bakı». Əlyazmadan görünür ki, şair 30 poemanın hamısını yazmayıb və buna görə də «Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməyib. Bu poemalardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunub.Səməd Vurğun həmin epopeyaya daxil etdiyi «Aslan qayası» poemasını ilk dəfə «İnqilab və mədəniyyət» jurnalında (1938, № 4-5) çap etdirib. Poemada təsvir olunan hadisələrin konkret tarixi məlumdur. Bu, Azərbaycanın çar Rusiyasına birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması tarixidir. Əsərin məzmununu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən işğal olunması təşkil edir. 1806-cı ilin fevral ayıdır. General Sisyanovun başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə alıbdır. Tələb aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi Rusiya təbəəliyini qəbul etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl Bakı xanının qızı Mahniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri çəkilir… Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniyarla birlikdə Xəzər dənizinə atılır…Göründüyü kimi, poema Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Şair poemada Rusiyanı təmsil edən iki surət yaradıb. Bunlardan biri general Sisyanov, digəri sıravi rus əsgəridir.Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir. Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general obrazı yaradıb. O, Hüseynqulu xana belə bir ultimatum göndərir:Bakının hakimi Hüseynqulu xanSəhər, yuxusundan ayılan zamanBütün dövlətini, bütün varını,Şəhər qalasının öz açarınıKnyaz Sisyanova təslim verməli!Yoxsa, ordumuzun dağıdan əliSizin də ölkəni yandıracaqdır,Yerdə padşahların dediyi haqdır.Bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır.Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür:Dərdini söyləyir ötən dillərə:“Mən niyə gəlmişəm bu yad ellərə?”Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə olunub. “Aslan qayası” poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınıb. Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın yaratdığı əfsanələrə böyük məhəbbət duyulur. Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilib.
Книги чтеца

Uilyam Şekspir – SonetlərУильям Шекспир
Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət… sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur.
...ещё
Zümrüd quşuNəriman Həsənzadə
“Zümrüd quşu” sadə təbiətli, kişi xasiyyətli azərbaycanlı qadının həyat yolundan, taleyindən bəhs edir. Zümrüd quşu sözün əsl mənasında adsız el sənətkarıdır. O, ehtiram və hörmət etdiyi insanların şəklini qızıl ilmələr vasitəsilə rəngli xalılarda əks etdirir və əbədiləşdirir. Puşkinin surətini xalıya köçürür. Ümumiyyətlə, Zümrüd quşu demək olar ki, bütün əsər boyu təsvir və tərənnüm edilir. Zümrüd quşunun Puşkin ilə, Abbasqulu Ağa Bakıxanov ilə, Nina Çavçavadze ilə söhbətləri, ən nəhayəti, Ərzurumda əsgəri xidmətdə həlak olan ərinin cənazəsini Azərbaycana aparması ustalıqla, sənətkarlıqla rəsm edilmişdir.
...ещё
Şeytanın missiyasıÜlviyyə Tahir
Ü.Tahirin bu ilk kitabında oxuculara bir povesti və 18 hekayəsi təqdim olunmaqdadır.""Povest və Hekayələr bu günkü Azərbaycan reallıqlarının adi gözlə görünməyən qatlarını gözlər önündə sərgiləməkdədir"".
...ещё
Şəki lətifələriНародное творчество (Фольклор)
Bu kitabda Şəki şəhəri üçün xarakterik olan, mayası səmimi yumorla yoğrulmuş folklor örnəkləri toplanmışıdr. Burada dadlı-duzlu lətifələrlə, məzəli deyimlərlə, ayama-ləqəblərlə, hərəsi xırdaca bir tarix olan məhəllə və bulaq adlarıyla tanış olacaqsınız. Həm də görəcəksiniz ki, şəkililər istədiklərini necə alqışlayır, istəmədiklərini necə qarğayırlar.
...ещё
Seçilmiş əsərlərМихаил Лермонтов
Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən biri, qüdrətli söz ustası M.Y.Lermontova həyatı faciəli şəkildə dərk etmək taleyi nəsib olmuşdur. Ədibin əsərlərində ""məğlubedilməz bir qəhrəmanlıq və cəngavərlik ruhunun bütün qüdrətilə yanaşı dərin bir hüzn, bir pərişanlıq buludlara bürünən aya bənzər bir tutqunluq"" motivlərinin özünü göstərməsi zəmanəsinin faciələrlə dolu olması və şairin ümüdsizliyə qapılması ilə bağlıydı. Məhz bu səbəbdəndir ki, sənətkarın istər şeir və poemalarında, istərsə də nəsr və dram əsərlərində lirizm çox qüvvətli olmuşdur. Bu insana məhəbbət hissindən doğan, ürəkdən qopan və ürəkləri fəth edən, insanı dərindən həyacanlanadırıb düşündürən bir lirizmdir. Kitaba görkəmli yazıçının zəngin ədəbi irsindən seçmələr daxil edilmişdir. Şeir və poemalardan, mənzum dram və nəsr əsərlərindən ibarət bu nümunələrdə Lermontov sənətinin səciyyəvi xüsusiyyətləri parlaq əksini tapmışdır.
...ещё
Dəli bir ağlamaq keçir könlümdənАлы Мустафа Мустафаев
Kitabda 20 noyabr 1991 şəhidlərindən biri – istedadlı telejurnalist Alı Mustafyevin şeirləri daxil edilmişdir. Azərbaycan xalqının böyüklüyünü, vətən torpaqlarının müqəddəsliyini tərənnüm edən, yaşadığımız dövrün ağrı və acılarını, 20 Yanvar şəhidlərinin faciəsini əks etdirən şeirlərə əsas yer verilmişdir. Doğma el-obaya bağlılıq, coşğun həyat eşqi, saf və təmiz məhəbbət duyğuları poetik bir dillə ifadə olunmuşdur.
...ещёПохожие книги

Сайлес МарнерДжордж Элиот
Сайлас Марнер, мастер ткачества и ранее уважаемый член религиозного сообщества, столкнулся с предательством, несправедливостью и потерей всего, что он заработал за многие годы. Когда казалось, что ничего не сможет вернуть ему доверие к жизни и людям, накануне Рождества на его пороге оказывается маленькая сирота. Это событие пробуждает его душу.
...ещё
АмундсенЭлис Манро
Молодая учительница Вивьен Хайд оставляет Торонто и приезжает работать в школу при санатории, расположенном в холодном и уединенном местечке под названием Амундсен. Она сталкивается с суровой реальностью жизни и смерти среди пациентов, а также знакомится с властным и циничным главным врачом, доктором Фоксом.
...ещё
КитаёзаДжек Лондон
Французы проявили удивительную неразумность. В ходе расследования убийства Чун Га они задержали пятерых человек, которые оказались ни в чем не виноваты. Так как они не совершали преступления, им не угрожает суд.
...ещё
Первая ледиСьюзен Филлипс
Кто такая первая леди? Это ли женщина, обладающая влиянием? Или та, за которой с интересом наблюдают миллионы людей? Возможно, это просто человек, ищущий любви и счастья. Кто сможет заполонить ее сердце страстью? Только самый добрый, сильный и чуткий мужчина, который сумеет понять ее тонкую, ранимую и открытую для любви душу.
...ещё
Признания Ната ТернераУильям Стайрон
Выпущенная в 1967 году, эта книга стала одной из самых противоречивых в XX веке и принесла Уильяму Стайрону Пулитцеровскую премию. В своем произведении автор предлагает неожиданное, но убедительное объяснение событий 1831 года. Тогда США потряс бунт рабов под предводительством раба-проповедника Ната Тёрнера, который отличался невероятной жестокостью: восставшие без разбора убивали белых, включая женщин и детей. Подавление восстания также сопровождалось жестокостью — каратели пытали и казнили независимо от вины. Но что на самом деле двигало этим странным восстанием, участники которого видели в своем лидере боговдохновенного святого? Кто был Нат Тернер на самом деле? Как он жил, кого любил, что ненавидел и к чему стремился, поднимая людей на безнадежное дело?
...ещё
Почти идеальная жизньЛорен К. Дентон
Многие семьи выглядят счастливыми на первый взгляд, но что скрывается за их историей? Представьте себе жизнь, в которой вы счастливы с супругом, у вас двое детей, красивый дом и любимая работа — все признаки идеальной семьи. Именно такой была жизнь Эди и Мака. Однако появление беременной девушки на их пороге может в одночасье всё изменить. Впервые под угрозой оказываются их образы как родителей, репутация уважаемых членов общества и сам фундамент их брака. Столкнувшись с кризисом как в личной, так и в профессиональной жизни, они вынуждены переосмыслить давние решения и определить новые цели для будущего. Смогут ли Эди и Мак преодолеть последствия событий того далекого лета? Это сложная и захватывающая история о неожиданных поворотах судьбы и кардинальных изменениях, которые могут произойти в одно мгновение, а также о том, как решения из прошлого влияют на будущее.
...ещё

