Kamil insan
Книги чтеца

Azərbaycan xalq dastanları 1-ci hissəНародное творчество (Фольклор)
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.
...ещё
Məhşərİsa Hüseynov
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.
...ещё
Otuz milyonХалил Рза Улутюрк
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər,– Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
...ещё
Mən 11-17-yəmВасилий Ардаматский
Mən 11-17 -yəm povesti Sovet kəşfiyyatçılarının düşmən arxasında təsadüflərlə, qeyi-adiliklərlə dolu çətin həyatından, həmçinin dövlət təhlükəsizliyi orqanlarıının əməkdaşlarının maraqlı, fədakar işindən bəhs olunur.
...ещё
Aşıq Ələsgərin əsərləriАшуг Алескер
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.
...ещё
Davam edir 37Халил Рза Улутюрк
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər, – Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
...ещёПохожие книги

Стоять в огнеСушинский Богдан
Кинцуги — это древнее японское искусство восстановления сломанных предметов. Его основная идея заключается в том, что повреждения и трещины являются неотъемлемой частью истории вещи. Их не следует скрывать, а, наоборот, нужно подчеркивать. Трещины превращаются в золотые линии, проходящие через изделие. Аналогично, полученные травмы делают вас неповторимыми. Это учит принимать свою уникальность в несовершенстве.
...ещё
Умный позвоночник. Курс упражненийБорщенко Игорь
Движения и позы, созданные Игорем Борщенко, помогут укрепить мышцы, необходимые для нормального функционирования позвоночника, не причиняя ему вреда. Регулярно выполняя упражнения, описанные в книге, два раза в неделю, вы сможете достичь идеальной осанки и сильных мышц, что позволит вам забыть о множестве хронических заболеваний!
...ещё
Икигай: Японские секреты долгой и счастливой жизниГарсия Эктор
Если человеку удается раскрыть свое истинное предназначение, его жизнь наполняется радостью, энергией и гармонией, а также увеличивается ее качество и продолжительность. Обнаружив поселение долгожителей в японской деревне Охими на Окинаве, авторы отправились туда, чтобы выяснить секреты их здоровья и хорошего настроения. Ответ оказался простым: помимо здорового питания и оптимального режима дня, у каждого жителя деревни был свой икигай. Авторы делятся с читателями методами его нахождения.
...ещё
Устойчивы к будущемуРуз Кевин
Кевин Руз делится историями о людях и организациях, которые добились успеха в условияхRapid технического прогресса. Он также объясняет, что необходимо делать людям в эру интеллектуальных машин, чтобы оставаться незаменимыми и обеспечить себе светлое будущее.
...ещё
La Terre des hommes / Планета людей. Книга для чтения на французском языкеАнтуан де Сент-Экзюпери
Представляем вашему вниманию сборник очерков Антуана де Сент-Экзюпери, созданный в 1939 году. Данное издание адресовано студентам языковых вузов и всем поклонникам французской литературы.
...ещё
Крайон. Тайна Путешествия Души. Хроники Акаши для доступа к любой информацииШмидт Тамара
Эта аудиокнига посвящена одной из самых древних загадок – тайне перевоплощения Души, истории прошлых жизней и реинкарнации. Божественный Дух Крайон раскрывает вам вековые тайны и предоставляет доступ к знаниям, которые ранее были доступны только избранным, – о том, что такое Хроники Акаши и как с ними взаимодействовать.
Настало время нам самим начать контролировать те процессы в нашей жизни, которые раньше казались неподвластными. Пора стать свободнее, избавиться от груза кармической предопределенности, устранить нежелательные влияния из прошлого и укрепить то, что может принести нам пользу.
...ещё