Əhliman Ərşadlı

Обложка
Son qazıntı - Behzad ÇƏmrah Sərbəs
Cinayət Bürosunun baş komissarı Behzat Ç. yaşadıqlarından sonra sevdiyi işindən ayrılır. (Müəllifin “Hər təmas iz buraxır” romanını, yəni bu seriyanın ilk romanını oxuyanlar hadisələrin gedişatından xəbərdardır.) Əslində, Behzat Ç. susmağı seçib və hələ də işinin başındadır. İzah etmək istədiklərini əl işarəsiylə, jest, mimika və susqunluğu ilə başa salır.Behzat Ç. həmkarları ilə Ankaranın altını-üstünə çevirir. Amma bunu edən təkcə onlar deyil. Şəhərin hər yerində qazıntı işləri gedir – yol çəkilir, binalar tikilir, hovuzlar qazılır. Amma qazıntı bununla da bitmir. Özünü Red Kit adlandıran bir cani dolaşır şəhərdə və parklarda quyular qazır, öldürdüyü adamları tabuta qoyub o quyularda basdırır, polisə xəbər verməyi də unutmur.Çünki polislə həll edilməyən bir problemi var. Bütün polis təşkilatı onu axtarsa da, ölümlərin ardı-arası kəsilmir…Behzat Ç. susmağı seçsə də ondan qaçmaq asan məsələ deyil.
...ещё
Обложка
Seçilmiş əsərləriMəmməd Araz
Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək – Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır. Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır.
...ещё
Обложка
Artur Konan Doylun hekayələriАртур Конан Дойл
Şerlok Holms ingilis yazıçısı Artur Konan Doylun (1859–1930) yaratdığı xəfiyyə obrazıdır; ilk dəfə onun haqqında 1887-ci ildə yazılmış “Al tonlarda etüd” povestində məlumat verilmişdir. Holms Londonda Beyker-strit ünvanında yaşayır və Böyük Britaniya boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı.Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş ekssentrik doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyənləşdirmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun əksər macəraları onun dostu doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir.Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməkdə davam edirdilər. Bunlardan ən əsası isə yazıçının oğlu Adrian Konan Doylun (1910–1970) Con Dikson Karr (1906–1977) ilə birlikdə qələmə aldığı “Şerlok Holms macəraları”dır.Artur Konan Doylun bu kitabında “Alabəzək lent”, “Göy yaqut”, “Boskomb dərəsinin sirri”, “Holmsun son əməliyyatı”, “Boş evin sərgüzəşti” adlı hekayələri yer alıb. Bu hekayələrdə Məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Uatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrin, müəmmalı cinayətlərin üstünün açılması prosesinin şahidinə çevriləcəksiniz.
...ещё
Обложка
ToğanaSabir Əhmədli
Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır.Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir.“Toğana” romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana” nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir.Ümumiyyətlə “Toğana” bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğana”da maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.
...ещё
Обложка
Taxtalıköydən məktublarАзиз Несин
Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Müəllif “Taxtalıköydən məktublar”da məmləkətindəki bir sıra ictimai və siyasi məsələlərə toxunur. Xüsusilə öz ölkəsində səhiyyə xidmətinin yarıtmaz vəziyyətini ölmüş eşşəyin dili ilə öldürücü gülüşlərlə ifşa edir.
...ещё
Обложка
Müsyo İbrahim və Quran çiçəkləriЭрик-Эмманюэль Шмитт
Erik Emmanuel Şmittin 1960-cı illərdə Parisdə başlayıb Anadoluda bitən bu duyğu dolu bioqrafik romanı, fərqli dinlərə mənsub və aralarında böyük yaş fərqi olan iki insanın, on iki yaşındakı yoxsul Musəvi uşaq Momoyla (Musa), altmış yaşlarındakı Müsəlman-Türk baqqal İbrahim bəyin arasında yaranan sevgi və xoş görüşlərə söykənən dostluqdan bəhs edir.Bu iki insanın adlarının (Musa və İbrahim) mənsub olduqları dinlərin hər ikisinin də kitablarında eynilə mövcud olması romanın humanist bir mesaj ehtiva etdiyini oxucuya əvvəlcədən çatdırmış olur.Romandakı hadisələr 1960-cı illərdə Parisin müxtəlif etnik və dini qruplara mənsub aşağı təbəqə insanların yaşadıqları qarışıq bir məhəllədə baş verir. Yoxsul Yəhudi bir yeniyetmə olan Musanın anası və qardaşı evi tərk edib getmişdir. Musa atası ilə yaşayır. Ancaq atasının da psixoloji problemləri vardır və onunla bir elə də maraqlanmır. Həyatın qoynuna yeni-yeni atılan, yaşıdlarından elə də dostu olmayan Musa sevgi və qayğını ətrafındakı fahişələrdə axtarmağa başlayır.Romanın digər qəhrəmanı isə məhəllənin yaşlı müsəlman baqqalı Müsyö İbrahimdir. O da ən azı Musa qədər tənha bir insandır, heç kimi yoxdur və gecə yarıya qədər öz dükanında ömrünü keçirir. Fransada müsəlman və ərəb sözləri eyni məna kəsb etdiyindən, hamı İbrahimi ərəb deyə zənn edirlər və “Ərəb baqqalı” olaraq çağırırlar. Əslində Müsyö İbrahim türkdür. İbrahim bəy Qurani-Kərimə ürəkdən bağlı olan inanclı bir insandır və sufidir. Sakit xarakteri olan İbrahim bəyin sadə görünüşünün altında əslində böyük bir fəlsəfi təcrübə gizlənməkdədir…Erik Emmanüel Şmittin ən çox satılan bu romanı 2001-ci ildə “Fransız akademiyası” mükafatına layiq görülmüşdür.
...ещё
Обложка
İncə MəmmədKamal Yaşar
Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən İncə Məmməd romanı Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilkromanı «„İncə Məmməd“»-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır. Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz.Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası – Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər.Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət edir.Bu zaman Abdi ağa Hatçeni cəzalandırmaq üçün jandarmaya qohumunun Hatçe tərəfindən öldürüldüyü bildirir və Hatçe həbsxanaya salınır.Sonda Məmməd dostları Rəcəb Çavuş və Cabbar ilə Dəli Durdunun qrupundan ayrılır. Bir gecə kəndinə gələndə anasının öldüyünü və Hatçenin başına gələnləri öyrənir. Abdi ağanı təqib etməyə başlayır.Abdi ağa Məmmədi öldürmək üçün plan qurur. Məmməd isə Hatçeni və dostunu həbsxanadan qaçırır, kəndliləri Abdi ağaya qarşı gəlmələri üçün ürəkləndirir. O qış kəndlilərdən heç biri Abdi ağa üçün işləmirlər.Abdi ağa Ankaraya teleqraf çəkib Məmmədin yerini deyir. Jandarmalar Məmmədi sıxışdırırlar və atışma başlayır. Bu zaman Hatçe doğum edir. Buna görə təslim olur, amma Hatçeni vururlar. Aylardır onu qovalayan Asim Çavuş ona bir şans verir və əsgərləri ilə geri çəkilir. Yeni doğulan uşağını Hatçenin dostu İraz alıb Qaziantepdəki bir kəndə aparır.Məmməd kəndə gəlib Abdi ağanı öldürür. Bütün kənd bayram keçirir. Məmməd isə dağlara gedir və ondan bir daha xəbər çıxmır.
...ещё
Обложка
Tütək səsiİsa Muğanna
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....
...ещё
Обложка
Poema və şeirlərЗелимхан Ягуб
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun poema və şeirlərində xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığın qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir. Aşıq sənətinə, saz şairlərinin poetik texnologiyasına bələd olan şairin qələmə aldığı şeirlər öz bədii-estetik enerjisi ilə oxucu qəlbinə yol tapır, onun ovqatının istifadəçisinə çevrilir.
...ещё
Обложка
A.A.Bakıxanovun seçilmiş əsərləriАббас-Кули-ага Бакиханов
Yeni maarifçiliyin ideya sələfi rolunda ağlın ehtiraslı tərənnümçüsü, çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov Qüdsinin elmi, ədəbi, fəlsəfi xidmətləri tarixi əhəmiyyət kəsb edir. Abbasqulu ağa Bakıxanov – orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün zirvə məqamına Mirzə Fətəli Axundzadə ilə çatan yeni ictimai fikrin də ilk baniləri və klassik xadimləri sırasındadır.Azərbaycan xalqının böyük mütəfəkkir alim və şairinin zəngin elmi – ədəbi irsindən seçmələrdən ibarət olan bu kitaba müəllifin “Təhzibil – əxlaq”, “Nəsihətlər”, “Kəşfül – Qəraib” əsərləri ilə yanaşı “Kitabi – Əsgəriyyə” povesti, “Mişkatül – ənvar” poeması, lirik şeirləri və mənzum hekayətləri daxil edilmişdir.
...ещё