Otuz milyon

Постер
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər,– Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…

Книги чтеца

Обложка
Azərbaycan xalq dastanları 1-ci hissəНародное творчество (Фольклор)
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.
...ещё
Обложка
Məhşərİsa Hüseynov
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.
...ещё
Обложка
Mən 11-17-yəmВасилий Ардаматский
Mən 11-17 -yəm povesti Sovet kəşfiyyatçılarının düşmən arxasında təsadüflərlə, qeyi-adiliklərlə dolu çətin həyatından, həmçinin dövlət təhlükəsizliyi orqanlarıının əməkdaşlarının maraqlı, fədakar işindən bəhs olunur.
...ещё
Обложка
Aşıq Ələsgərin əsərləriАшуг Алескер
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.
...ещё
Обложка
Davam edir 37Халил Рза Улутюрк
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər, – Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
...ещё

Похожие книги

Обложка
Сайлес МарнерДжордж Элиот
Сайлас Марнер, мастер ткачества и ранее уважаемый член религиозного сообщества, столкнулся с предательством, несправедливостью и потерей всего, что он заработал за многие годы. Когда казалось, что ничего не сможет вернуть ему доверие к жизни и людям, накануне Рождества на его пороге оказывается маленькая сирота. Это событие пробуждает его душу.
...ещё
Обложка
АмундсенЭлис Манро
Молодая учительница Вивьен Хайд оставляет Торонто и приезжает работать в школу при санатории, расположенном в холодном и уединенном местечке под названием Амундсен. Она сталкивается с суровой реальностью жизни и смерти среди пациентов, а также знакомится с властным и циничным главным врачом, доктором Фоксом.
...ещё
Обложка
КитаёзаДжек Лондон
Французы проявили удивительную неразумность. В ходе расследования убийства Чун Га они задержали пятерых человек, которые оказались ни в чем не виноваты. Так как они не совершали преступления, им не угрожает суд.
...ещё
Обложка
Первая ледиСьюзен Филлипс
Кто такая первая леди? Это ли женщина, обладающая влиянием? Или та, за которой с интересом наблюдают миллионы людей? Возможно, это просто человек, ищущий любви и счастья. Кто сможет заполонить ее сердце страстью? Только самый добрый, сильный и чуткий мужчина, который сумеет понять ее тонкую, ранимую и открытую для любви душу.
...ещё
Обложка
Признания Ната ТернераУильям Стайрон
Выпущенная в 1967 году, эта книга стала одной из самых противоречивых в XX веке и принесла Уильяму Стайрону Пулитцеровскую премию. В своем произведении автор предлагает неожиданное, но убедительное объяснение событий 1831 года. Тогда США потряс бунт рабов под предводительством раба-проповедника Ната Тёрнера, который отличался невероятной жестокостью: восставшие без разбора убивали белых, включая женщин и детей. Подавление восстания также сопровождалось жестокостью — каратели пытали и казнили независимо от вины. Но что на самом деле двигало этим странным восстанием, участники которого видели в своем лидере боговдохновенного святого? Кто был Нат Тернер на самом деле? Как он жил, кого любил, что ненавидел и к чему стремился, поднимая людей на безнадежное дело?
...ещё
Обложка
Почти идеальная жизньЛорен К. Дентон
Многие семьи выглядят счастливыми на первый взгляд, но что скрывается за их историей? Представьте себе жизнь, в которой вы счастливы с супругом, у вас двое детей, красивый дом и любимая работа — все признаки идеальной семьи. Именно такой была жизнь Эди и Мака. Однако появление беременной девушки на их пороге может в одночасье всё изменить. Впервые под угрозой оказываются их образы как родителей, репутация уважаемых членов общества и сам фундамент их брака. Столкнувшись с кризисом как в личной, так и в профессиональной жизни, они вынуждены переосмыслить давние решения и определить новые цели для будущего. Смогут ли Эди и Мак преодолеть последствия событий того далекого лета? Это сложная и захватывающая история о неожиданных поворотах судьбы и кардинальных изменениях, которые могут произойти в одно мгновение, а также о том, как решения из прошлого влияют на будущее.
...ещё