Elçin Hacı

Обложка
Madatov adasına gediş və dönüşAka Morçiladze
""Madatov adasına gediş və dönüş"" romanını oxuyarkən insan fərqli düşüncələrin şahidi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir.Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var. O, heç kimdən çəkinmir, insanlara qürurla baxır. Bütün həyatı dedi – qodularla dolu olsa da heç nəyə əhəmiyyət vermir. Bəlli bir həqiqət var ki, Hafo təkcə rəngsaz deyil, başqa işlərlə də məşğuldur və bu işlər insanlarda nifrət duyğusu yaradır.Romanda keşiş obrazı var. Belə ki, Hafonun etdiyi əxlaqsız hərəkətlərə görə insanlar keşiş Zaxariya ataya şikayət edirlər. Parmeniy ağa Zaxariya ataya söyləyir ki, Hafonun varlığı məhəlləmizin əxlaqını pozur. O , insanları pis yola çəkir.Burada təriqət parçalanmasının yaratdığı gərginlik hiss olunur. Zaxariya ata kəskin qərar verməkdə çətinlik çəkir. Çünki özü də Hafonun əməllərindən çəkinir. Keşiş Hafonu görmək üçün evinə yollanır, lakin tapa bilmir, sonra Hafo özü kilsəyə gəlir. Keşiş isə onu kilsəyə qəbul etmək ismətir. Acıqlanır ki, sənin dinin, fikirlərin məlum deyil. Əsərin bu hissəsini oxuduğum zaman Kamyunun “ Yad ” povestini xatırladım. Hafo ilə Zaxariya atanın dialoqu ilə Mersonun keşişlə söhbəti arasında oxşarlıq var. Hafo da Merso kimi dinə qarşı etinasız münasibət göstərir. Keşişlərələ söhbətdə onlarla məzələnirlər. Hafo keşişə deyir : – Sənə nə lazımdır ? Çörəyimi çətinliklə qazanıram, vəssalam.Zaxariya atasa öz – özünə danışır, nə zavallı adamdır, öz dinini də bilmir. Zakariya atanın müəmmalı ölümü romana olan marağımı daha çox artırdı. Araşdırma aparılsa da keşişin ölümünü təsadüfi bədbəxt hadisə adlandıraraq istintaqa son qoyuldu.Halfo general Şavişvilinin evindən qiymətli əşyaları oğurlamaqda günahkar bilinir. Onun ölümü vəziyyəti daha da çətinləşdirir. Kim idi onu öldürən, məqsədi nə idi ? İstintaq prosesi polkovnik Korqanova həvale edilir. O Korqanov ki, uzun müddət heç bir uğur qazanmayıb, yüksək nailiyyəti yoxdur. Təhmətlərlə rastlaşır. Bəs bu cinayətin istintaq prosesinin ona tapşırılmasında səbəb nədir ? Qatil tapılırmı ? Bu suallara cavab tapmaq üçün romanı dinləmək lazımdır .
...ещё
Обложка
UşaqlıqМаксим Горький
Maksim Qorkinin «Uşaqlıq» əsəri bütün bu xoş hadiəsələrdən uzaq, çətin keçən bir uşaqlıq dövrünü əks etdirən avtobioqrafik əsərdir. Yazarın öz həyatı haqqında yazdığı 3 əsərdən biri olan «Uşaqlıq» kitabında atasının ölümündən sonra başlayan çətin günləri, ailəsi ilə, nənə babası ilə yaşadığı hadisələr öz əksini tapmışdır.
...ещё
Обложка
QasırğaТеодор Драйзер
Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. Əsərin qəhrəmanı İda ürəkdən bağlandığı Edvardın “məhəbbət toru”na düşərək başına gələn dəhşətlə mübarizə aparmalı olur. Ailəsinin təzyiqləri altında yaşayan İda bu mübarizədə məğlub olur və ölümü seçir. Əsərdə Drayzer təkcə qəhrəmanlarının daxili alə­mini, daxili faciəsini göstərməklə kifayətlənmir, həm də bu faciələri törədən səbəblərin izahını verir.
...ещё
Обложка
Seçilmiş əsərləriАлиага Вахид
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçışı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur.
...ещё
Обложка
Seçilmiş əsərləriFransuaza Saqan
Fransuaza Saqanın “Seçilmiş əsərləri” kitabına onun “Boyunduruq”, “Dolanbac yollarda”, “Müəmmalı təbəssüm” romanları və “Sehrli buludlar”, “Məğlubiyyət zəngi” adlı povestləri daxil edilmişdir. Məhəbbət, tənhalıq, həyatdan narazılıq motivlərinin üstünlük təşkil etdiyi F.Saqan yaradıcılığı bütün incəliyi, dəqiqliyi, həqiqətə uyğunluğu ilə digərlərindən fərqlənir. Onun haqqında hər zaman “Saqan nəqletmə manerasının aydınlığı və psixoloji təsvirin dəqiqliyi ilə seçilir” yazırlar. O təkcə əsərləri ilə deyil, yaşam tərzi və həyatı, ədəbi karyerası ilə də maraq doğuran yazıçı olmuşdur. Müasirliyin və qalmaqallarla dolu bir həyatın simvolu olan bu yazıçı öz sadə süjetli əsərlərində bəzən primitiv görünsə belə, özünü və adını oxucu yaddaşına yazmağı bacarmışdır.
...ещё
Обложка
Ədəbiyyat dərsliyi. 9-cu sinifКоллектив авторов
Əziz şagirdlər!Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.
...ещё
Обложка
Cəhənnəmİsa Muğanna
Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.
...ещё
Обложка
Seçilmiş əsərlərФранц Кафка
Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, “Çevrilmə” , “Kənd həkimi”, “Akademiya üçün hesabat”, “Balaca qadın” əsərləri yer almışdır. Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanıdır. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur.Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəi diskusiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məkətb qulluqçusu kimiqalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır.Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır. Kafkanın yaradıcılığında mühüm yerlərdən birini də “Çevrilmə” əsəri tutur.. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etslər də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. Əvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir. Kafkanın əsərlərində kiçik insan faciəsi, ümidsizliyi ilə yanaşı, cəmiyyətdəki qəddarlıq və dərin əxlaq böhranı da öz əksini tapmışdır.
...ещё
Обложка
Sirli bağФрэнсис Элиза Ходжсон Бёрнетт
İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə dayısı -Arçibald Kreyvenin yanına göndərilir. Meri qulluqçularla dost olur və malikanədəki «sirli bağı» kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.
...ещё