Книги автора: Азиза Джафарзаде

Обложка
Natəvan haqqında hekayələrАзиза Джафарзаде
Bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın həyatını qələmə almışdır.
...ещё
Обложка
Bakı - 1501Азиза Джафарзаде
Bakı 1501 – Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman.Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü” (1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlər də yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[1]Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq…) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.
...ещё
Обложка
Aləmdə səsim var mənimАзиза Джафарзаде
Əsər XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edir. Əsərin adı da S.Ə.Şirvaninin “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürülmüşdür. Romanda şairin həyatı ilə bərabər XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyası göz önünə gətirilir. “”Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə, yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.
...ещё

Книги чтеца

Обложка
Bakı və BakılılarQılman İlkin
Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib, saxlamışlar? Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara yazıçı və Bakı bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı vvə qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu kitabda Könə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.
...ещё
Обложка
Türkün qızıl kitabı 3-cü kitabRəfiq Özdək
Türkün Qızıl kitabı müstəqilliyimizin ilk illərində Türkiyə türkcəsindən çevrilərək nəşr edilən ən dəyərli kitablardan biridir. Bu kitab miladdan öncəki illərdən başlayaraq, türklərin 3000 illik şanlı tarixini gözümüz qarşısında canlandırmaqdadır. Lakin bu əsər, sadəcə qazanılan zəfərlərdən, fəth olunan ölkələrdən bəhs etmir. Türklərin coğrafiyasını, mədəniyyətini və sənətini, eyni zamanda görkəmli insanlarını da geniş işıqlandırır. Türk tarixini öyrənmək istəyənlər üçün Türkün Qızıl kitabı çox önəmli bir qaynaqdır.
...ещё
Обложка
Çətin yollardaВасилий Белов
Vasili Belovun bu əsərində kənd həyatının dərin təhlili verilmişir. Bəzi epizodların sərtliyinə baxmayaraq İvan Drınovun ailəsinin, onun tərəddüdlərinin təsviri nikbin əhvali-ruhiyyəsi ilə qələmə alınmış, xalqa inam, doğma torpağa və əməyə məhəbbət öz dərin ifadəsini tapmışdır.
...ещё
Обложка
Sən köhnə Bakını tanıyırsanmıQılman İlkin
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi haqqında geniş məlumat verir. Müəllif Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərir. Müəllif qeyd edir: “Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir. Bakının unudulmuş bəzi tarixi yerləri və adamları haqqında məlumat öyrənmək işində bu kitab səni təmin edərsə, özümü xoşbəxt hesab edərəm”.
...ещё
Обложка
Seçilmiş əsərləriЖан-Поль Сартр
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
...ещё
Обложка
Gecikmiş hekayələrSeymur Baycan
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.
...ещё

Похожие книги

Обложка
Нюрнбергский процессСергей Нечаев
Сегодня, когда прошло почти 80 лет с начала Нюрнбергского процесса, становится очевидной его колоссальная роль в историческом, юридическом и общественно-политическом контексте. Нюрнбергский процесс стал первым международным судом в истории. Он завершил Вторую мировую войну, осудив нацизм и преступления его сторонников. Это историческое событие стало триумфом Закона над нацистским беззаконием. Он осудил предательскую политику и расистскую идеологию нацизма, а также его планы по уничтожению целых государств и народов, его крайние жестокости и аморальность. Новая книга Сергея Нечаева подробно описывает ход процесса, адвокатов и обвинителей, а также поведение подсудимых и основные преступления нацизма.
...ещё
Обложка
Петр I и Екатерина I в ТаллиннеЮри Куускемаа
Книга искусствоведа Юри Куускемаа посвящена событиям периода правления Петра I и Екатерины I, которые имеют отношение к Таллинну и Палдиски. С 1964 года автор работает в Эстонском художественном музее, а с 1974 года занимается изучением архитектурных и художественных памятников Кадриорга. Юри Куускемаа известен как автор радиопередач «Memoria», один из учредителей Эстонского общества охраны памятников старины, а также как инициатор и организатор Дней Старого города в Таллине. В дополнение к своей исследовательской деятельности, Юри Куускемаа активно занимается популяризацией истории и культуры Эстонии как в устной, так и в письменной формах.
...ещё
Обложка
ЦареубийцыПётр Краснов
Исторический роман знаменитого писателя-эмигранта П.Н. Краснова повествует о событиях, происходивших в России во второй половине XIX века. Главным объектом внимания автора является жизнь и судьба императора Александра II. В описании попыток народовольцев устранить императора П.Н. Краснов мастерски изображает тип революционера, который воплощает в жизнь идеи, ранее проповедуемые героями романа «Бесы» Достоевского. Роман был впервые издан в Париже в 1938 году.
...ещё
Обложка
История папстваЛозинский Самуил
В трудe советского историка С. Г. Лозинского с атеистической точки зрения рассматривается история католической иерархии, а также многовековое стремление папства к расширению своего влияния в различных странах мира. Ученый анализирует историю папства с момента его возникновения до конца XIX века. Книга была впервые опубликована в 1934 году и переиздана в 1961 году. Третье издание книги «История папства» основано на тексте второго издания 1961 года. В книге содержится послесловие «Папство после Пия IX», написанное членом-корреспондентом АН СССР И. Р. Григулевичем (1913-1988). Она предназначена для читателей, интересующихся историей религии и церкви.
...ещё
Обложка
Каласы пад сярпом тваімВладимир Короткевич
Приднепровье, середина XIX века. Готовится отмена крепостного права, меняется традиционный уклад жизни, растёт национальное самосознание белорусов. В такой обстановке молодеет и крепнет князь Алесь Загорский. Его воспитание и врождённое благородство приводят к осознанию необходимости перемен и к дружбе с теми, кто готов бороться против царского самодержавия. Одним из персонажей книги является Кастусь Калиновский, который впоследствии станет лидером восстания 1863-1864 годов в Беларуси и Литве.
...ещё
Обложка
Со шпагой и факелом. Дворцовые перевороты в России. 1725-1825 годыМихаил Бойцов
В аудиокниге Михаила Бойцова «Со шпагой и факелом. Дворцовые перевороты в России. 1725-1825 годы» используются оригинальные источники – мемуары, дневники, письма и материалы официальных расследований, касающиеся событий «эпохи дворцовых переворотов». Слушатели смогут пережить драматические моменты, начиная с интриг, связанных со смертью Петра I, и заканчивая убийством Павла I. Большинство материалов, представленных в книге, не переиздавались в советское время, а некоторые – публикуются на русском языке впервые.
...ещё