Ədəbiyyat dərsliyi. 9-cu sinif

Əziz şagirdlər!Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.
Книги чтеца

Bakı və BakılılarQılman İlkin
Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib, saxlamışlar? Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara yazıçı və Bakı bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı vvə qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu kitabda Könə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.
...ещё
Türkün qızıl kitabı 3-cü kitabRəfiq Özdək
Türkün Qızıl kitabı müstəqilliyimizin ilk illərində Türkiyə türkcəsindən çevrilərək nəşr edilən ən dəyərli kitablardan biridir. Bu kitab miladdan öncəki illərdən başlayaraq, türklərin 3000 illik şanlı tarixini gözümüz qarşısında canlandırmaqdadır. Lakin bu əsər, sadəcə qazanılan zəfərlərdən, fəth olunan ölkələrdən bəhs etmir. Türklərin coğrafiyasını, mədəniyyətini və sənətini, eyni zamanda görkəmli insanlarını da geniş işıqlandırır. Türk tarixini öyrənmək istəyənlər üçün Türkün Qızıl kitabı çox önəmli bir qaynaqdır.
...ещё
Çətin yollardaВасилий Белов
Vasili Belovun bu əsərində kənd həyatının dərin təhlili verilmişir. Bəzi epizodların sərtliyinə baxmayaraq İvan Drınovun ailəsinin, onun tərəddüdlərinin təsviri nikbin əhvali-ruhiyyəsi ilə qələmə alınmış, xalqa inam, doğma torpağa və əməyə məhəbbət öz dərin ifadəsini tapmışdır.
...ещё
Sən köhnə Bakını tanıyırsanmıQılman İlkin
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi haqqında geniş məlumat verir. Müəllif Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərir. Müəllif qeyd edir: “Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir. Bakının unudulmuş bəzi tarixi yerləri və adamları haqqında məlumat öyrənmək işində bu kitab səni təmin edərsə, özümü xoşbəxt hesab edərəm”.
...ещё
Seçilmiş əsərləriЖан-Поль Сартр
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
...ещё
Gecikmiş hekayələrSeymur Baycan
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.
...ещёПохожие книги

Звездожуй, Сапсаш и Яков ДермидонтычРене Жан Кристобаль
Сказка — авантюра в космическом стиле!
Погрузитесь в увлекательный рассказ о космическом контрабандисте Сапсаше Яррове, который вынужден скрываться от имперской полиции и жестоких гроллей. На забытой планете он встречает таинственного домового Яшку Дармидонтыча, и вместе они оказываются вовлечены в опасную игру за обладание бесценными кристаллами.
Озвучка от актёра Кости Суханова перенесёт вас в самую гущу событий!
...ещё
Аойя. Приключения Андрюши и Кати в воздухе, под землей и на земле.Кузьма Петров-Водкин
Петров-Водкин Кузьма Сергеевич (1878 - 1939) - российский художник, график, теоретик искусства, писатель и педагог. Он является автором знаменитых картин "Петроградская Мадонна" и "Купание красного коня". Тем не менее, на протяжении своей жизни Петров-Водкин не оставлял литературу, и в его архиве хранится множество неопубликованных стихотворений, рассказов, повестей и пьес.
Слушателям предлагается увлекательная повесть для детей "Аойя. Приключения Андрюши и Кати в воздухе, под землей и на земле", написанная и проиллюстрированная автором в 1914 году. Первые слушатели и прототипы главных героев - младшие двоюродные брат и сестра Петрова-Водкина.
...ещё
Приключения Незнайки в ЛЕГО-парке и динозаврыИван Ершов
В книге рассказывается о необычных приключениях Незнайки и его друзей-коротышек из Цветочного города. Смелые герои, такие как Незнайка и Ниточка, сталкиваются с множеством странных и магических событий на пути к восстановлению справедливости.
...ещё
ТортыТоон Теллеген
Тоон Теллеген – знаменитый нидерландский автор, чьи детские книги сравнивают с творениями Хармса. Его работы привлекают как детей, так и родителей благодаря своему юмору, абсурду и глубине. Сказки Теллегена неоднократно удостаивались престижных наград, включая международную премию Ганса Кристиана Андерсена, и переведены на множество языков, что позволяет детям по всему миру наслаждаться ими. На Storytel его произведения можно услышать в исполнении Тутты Ларсен и ее дочери.
Главные герои сказок Теллегена – это говорящие животные, обитающие в волшебном лесу. В одной из историй они создают удивительные торты – легкие, водяные, цветные, и самое интересное, что дети могут вместе с родителями приготовить их, следуя рецептам, приведенным в тексте.
...ещё
Вечный супYoWayYo
В лесной чащобе живут два верных друга: Бурундучок и Ёжик. Бурундучок мечтает купить котелок в соседнем городке, чтобы варить суп. Они отправляются в путешествие, но, выйдя из леса, сталкиваются с препятствием, которое не могут преодолеть.
...ещё
В поисках НемоГейл Херман
После атаки барракуды рыбка-клоун Марлин потерял почти всю свою семью, остался лишь его сын Немо. Теперь Марлин охвачен страхом перед всем, что его окружает, в то время как Немо полон стремления исследовать мир. В результате Немо случайно оказывается в сети у дайверов и попадает в аквариум с эксцентричными тропическими рыбками. Марлин решает отправиться в рискованное путешествие через океан, чтобы найти сына, и в этом ему помогает необычная рыбка по имени Дори.
...ещё




