Seçilmiş əsərləri

Постер
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçışı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur.

Книги чтеца

Обложка
Bakı və BakılılarQılman İlkin
Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib, saxlamışlar? Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara yazıçı və Bakı bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı vvə qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu kitabda Könə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.
...ещё
Обложка
Türkün qızıl kitabı 3-cü kitabRəfiq Özdək
Türkün Qızıl kitabı müstəqilliyimizin ilk illərində Türkiyə türkcəsindən çevrilərək nəşr edilən ən dəyərli kitablardan biridir. Bu kitab miladdan öncəki illərdən başlayaraq, türklərin 3000 illik şanlı tarixini gözümüz qarşısında canlandırmaqdadır. Lakin bu əsər, sadəcə qazanılan zəfərlərdən, fəth olunan ölkələrdən bəhs etmir. Türklərin coğrafiyasını, mədəniyyətini və sənətini, eyni zamanda görkəmli insanlarını da geniş işıqlandırır. Türk tarixini öyrənmək istəyənlər üçün Türkün Qızıl kitabı çox önəmli bir qaynaqdır.
...ещё
Обложка
Çətin yollardaВасилий Белов
Vasili Belovun bu əsərində kənd həyatının dərin təhlili verilmişir. Bəzi epizodların sərtliyinə baxmayaraq İvan Drınovun ailəsinin, onun tərəddüdlərinin təsviri nikbin əhvali-ruhiyyəsi ilə qələmə alınmış, xalqa inam, doğma torpağa və əməyə məhəbbət öz dərin ifadəsini tapmışdır.
...ещё
Обложка
Sən köhnə Bakını tanıyırsanmıQılman İlkin
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi haqqında geniş məlumat verir. Müəllif Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərir. Müəllif qeyd edir: “Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir. Bakının unudulmuş bəzi tarixi yerləri və adamları haqqında məlumat öyrənmək işində bu kitab səni təmin edərsə, özümü xoşbəxt hesab edərəm”.
...ещё
Обложка
Seçilmiş əsərləriЖан-Поль Сартр
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
...ещё
Обложка
Gecikmiş hekayələrSeymur Baycan
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.
...ещё

Похожие книги

Обложка
По касательнойСтефан Грабинский
Пережив серьезное заболевание головного мозга, Вжецкий начинает проявлять склонность к созданию сложных философско-мистических теорий и концепций. Одной из таких становится идея «касательных» — линий, соединяющих определенные точки жизненных путей, которые представляют собой траектории движения человека в пространстве и времени. Вжецкий неустанно ищет доказательства своей теории касательных. Однажды цепь случайных и незначительных событий, истолкованная им как фатальная логика, приводит Вжецкого к трагическому завершению.
...ещё
Обложка
АмундсенЭлис Манро
Молодая учительница Вивьен Хайд оставляет Торонто и приезжает работать в школу при санатории, расположенном в холодном и уединенном местечке под названием Амундсен. Она сталкивается с суровой реальностью жизни и смерти среди пациентов, а также знакомится с властным и циничным главным врачом, доктором Фоксом.
...ещё
Обложка
Белая хризантемаМэри Брахт
В 1943 году на корейском острове Чеджу шестнадцатилетняя Хана, никогда не покидавшая свой дом, живет под японским контролем. Она принадлежит к роду хэнё, морских ныряльщиц. Ее младшая сестра мечтает стать одной из них. Сестры счастливо живут у океана, но судьба разлучает их, отправляя Хану в далекие края, где ей предстоят тяжелые испытания. Хана, как и все женщины моря, обладает силой и стойкостью, и не теряет надежды когда-нибудь вернуться домой. В 2011 году в Южной Корее Эми, более шестидесяти лет пытавшаяся забыть события детства, понимает, что, чтобы обрести покой, ей нужно встретиться с прошлым и вспомнить все, что произошло. Возможно, ей удастся найти сестру. «Белая хризантема» — это эмоциональная история о двух сестрах, которых война разлучила, но их любовь оказывается сильнее, чем все преграды.
...ещё
Обложка
Джордж Венн и привидениеАртур Дойль
Группа друзей встретилась вечером у Джорджа Венна в холодный зимний день и начала обсуждать призраков.
...ещё
Обложка
КитаёзаДжек Лондон
Французы проявили удивительную неразумность. В ходе расследования убийства Чун Га они задержали пятерых человек, которые оказались ни в чем не виноваты. Так как они не совершали преступления, им не угрожает суд.
...ещё
Обложка
Первая ледиСьюзен Филлипс
Кто такая первая леди? Это ли женщина, обладающая влиянием? Или та, за которой с интересом наблюдают миллионы людей? Возможно, это просто человек, ищущий любви и счастья. Кто сможет заполонить ее сердце страстью? Только самый добрый, сильный и чуткий мужчина, который сумеет понять ее тонкую, ранимую и открытую для любви душу.
...ещё