Təranə Ocaqverdiyeva

Обложка
Yeni Qarabağnamə QARABAĞ AZƏRBAYCANDIR!Cahangir Hüseyn Əfşar
Kitabda Alban-Aran dövlətindən başlayaraq, Qarabağın qədim, orta əsrlər tarixi, bəylərbəyilik və xanlıqlar dövrünə, 1-ci və 2-ci Qarabağ Vətən müharibəsinə, Zəfər salnaməsinə, Qarabağın tarixi keçmişi, bu qədim diyarın xalqımızın ədəbiyyatında, mədəniyyətində, incəsənətində yeri, toponimi ölkəmizdə və onun hüdudlarından kənarda baş verən ictimai-siyasi proseslərin fonunda araşdırılmışdır. Bununla yanaşı, müəllif ermənilərin ərazi iddialarını, işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətlərini çoxsaylı dəlil və sübutlarla ifşa etmişdir.
...ещё
Обложка
Şəngül, Şüngül, MəngülMikayıl Müşfiq
Bu gün Azərbaycan poeziyasının incisi, ölməz şairimiz Mikayıl Müşfiqin doğulduğu gündür. Hər sabah, gün doğar-doğmaz,Qaranlığı boğar-boğmaz,Кеçi yatağından durub,Şəngülün halını sorub,Şüngülə nəzər salardı,Məngüldən öpüş alardı.Qapıları gülə-güləBağlayıb çıхardı çölə. Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi bu sətirlər şair Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” mənzum nağılındandır. O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Müşfiqin mənzum nağılı bu gün də azyaşlılar üçün, həmçinin böyüklər üçün də olduqca maraqlıdır. Ana keçinin apardığı mübarizə və sonda bu mübarizədə canavara qalib gəlməsi, bir növ xeyrin şər üzərində qələbəsini xatırladır.
...ещё
Обложка
ŞəbəkəMurad İbrahimbəyov
"Şəbəkə" xalq sənəti və qəribə şahzadə Kərim haqqında hekayətdir. Hekayət Şəki xanlarının sarayından bəhs edir. «Azərbaycanda başqa qədim abidə olmasaydı belə, bütün dünyaya yalnız Şəki xanlarının sarayını göstərmək bəs edərdi». Nazim Hikmət
...ещё
Обложка
XəyanətRamiz Rövşən
Kinopovestdə dağılan «şər səltənəti», yeni qurulan dövlət(lər), dünyanı dəyişdirən, yerindən oynadan siyasi hadisələr, tarixi proseslərin ortaya gətirdiyi sədaqət, xəyanət, top-tüfəng, müharibə, torpaq (və insan) alıb-satmaq, od-alov səhnələri sona qədər kadr arxasında saxlanılır. Kadrda təqdim edilən hadisələr isə bütün zamanlarda baş verə biləcək qadın-kişi, ata-oğul, ana-övlad münasibətləridir. Bu münasibətlərdə sədaqətin harada bitdiyini, xəyanətin haradan başladığını, ya da tərsinə – xəyanətin harada bitdiyini, sədaqətin haradan başladığını kəsdirmək, qiymətləndirmək çətindir. Əsərin ən maraqlı cəhətlərindən bir də elə budur: qiymətləndirmək, yozmaq, xasiyyətnamə vermək, haqq qazandırmaq, ittiham etmək oxucunun (tamaşaçının) öhdəsinə buraxılır. Povestin əvvəlində Sovet ictimai mühitinin yetişdirdiyi adlı-sanlı yazıçı İsmayıl müəllimin bağ evini görür, kimsəsizləşmiş bağ evinə gətirdiyi məşuqəsi – Suğra ilə tanış oluruq. İsmayıl müəllim Sovet cəmiyyətinin təmin olunmuş ziyalı tipidir: maşını, mənzili, dolanmağa pulu var. Məşuqəsi də öz yerində. Hələ üstəlik cəmiyyətdə hörmət-izzəti, nüfuzu, şöhrəti. Yüzlərlə (bəlkə də minlərlə) insan İsmayıl müəllimin bir sözü ilə könüllü əsgər getməyə, vətən uğrunda canından keçməyə hazırdır Kinopovestdəki hadisələrin üst qatında xəyanət toru var və ictimai mövqelərindən asılı olmayaraq insanlar bu tora düşüb çapalayırlar. İsmayıl müəllimin Suğra ilə münasibəti öz ailəsinə xəyanətdir. İsmayıl müəllimin arvadı ilə arvadın təzə əri – rejissor da xəyanət üstündə ailə qurub. Rejissorun qızı Kəmalənin nişanlısının qulağının dibində İsmayıl müəllimin oğlu Ceyhuna imrənməyi xəyanətdir. Suğra namus üstündə türmədə can çürüdən ərinə xəyanət edir. Ceyhunun öz atasının sevgilisinə münasibətində xəyanət motivi görməmək mümkün deyil. Ömrünün son günlərini sayan Mahmud kişinin rus arvadının 20 Yanvardan sonra Bakını tərk etməsində xəyanətin izi var.
...ещё
Обложка
Seçilmiş əsərləriАгата Кристи
İngilis yazıçısı, bənzərsiz detektiv ustası Aqata Kristinin “Seçilmiş əsərləri”nə “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları və müxtəlif hekayələri daxil edilmişdir.Aqata Kristinin bütün romanları şahmat oyununu xatırladır: buradakı tapmacalar stereotip fiqurların – gənc qızların, istefada olan hərbçilərin, ailə dostlarının, kübar cəmiyyətin əhlikef gözəlçələrinin, bədxərcliyə və yaramazlığa meyilli olan cavan oğlanların köməyi ilə açılır.Detektiv janrının məhdud imkanlarından maksimal dərəcədə istifadə edən Aqata Kristinin yaradıcılığı oxucu kütləsinin hər zaman fantastik marağına səbəb olur.Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
...ещё
Обложка
İmadəddin Nəsiminin qəzəlləriИмадеддин Насими
Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
...ещё
Обложка
Cənnətdən yuxarıTəranə Vahid
Kitabda Təranə Vahidin hekayələri, esseləri və miniatür duyğuları yer alıb. Yazıçının dilinin gözəlliyi, deyimlərin təzəliyi, fikirlərin zənginliyi kitabı daha da oxunaqlı edir. Dünyaya fərqli baxışı olan Təranə Vahidin uğurlarından biri də qısa, aydın və sadə yazmasıdır. Amma bu sadəliyin içində ədəbiyyat deyilən bir dünya var. O dünya ki, insanları heyrətləndirməyi, düşündürməyi bacarır. Dilimizdə unudulmuş sözlər Təranə Vahid yaradıcılığında yeni ömrünü yaşayır. Belə ki, yazıçının əsərlərində qurdun, quşun, ağacın, böcəyin, daşın, qumun dil açıb danışdığı, göyün, dənizin ürəyi olduğu, təbiətlə insan arasında gözəgörünməz, doğma bağların varlığı, bir sözlə, insan təbiətin, sadəcə, bir parçasıdır fəlsəfəsi ədəbi nümunələrlə təsvir olunmuşdur.
...ещё
Обложка
Zaman çatıSəfurə Çərkəzqızı
“Zaman çatı” hekayəsində Umay adlı bir kənd qızının sevgisi təsvir olunub. Umay qonşunun oğlunu-Gündüzü sevir. Amma bu sevgidən heç kəsin, hətta, Gündüzün belə xəbəri yoxdu. O, başqa biriinə nişanlıdır. Hekayə Gündüzün toyuna hazırlıq işlləriniin təsviri ilə başlayır. Umay bu toyqabağı hazırlıqları öz otağının pəncərəsindən izləyir, bütün bunlar ona o qədər kədərli görünür ki… Sabah onun Gündüzü başqasının olacaq. O, bunu düşündükcə əzab çəkir, ölmək istəyir. Amma qəfildən hadisələr dəyişir. Gündüzün nişanlısı qonşu kənddən olan başqa bir oğlana qaçır. Hekayənin bu yerində Umay oxucuların (dinləyicilərin) təxmin etmədiyi addımı atır…
...ещё
Обложка
Novella və hekayələrAkutaqava Rünoske
Akutaqava Rünoske 1892-ci ilin iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Yapon ədəbiyyatının son klassiklərindən hesab olunan Akutaqava Rünoskenin yaradıcılığının əsas mövzusu insanın mənəvi aləmində-psixologiyasında baş verən təbədüllatlar olmuşdur. İnsan şüurunun dərin qatlarına enmək, onun müxtəlif affekt hallarında keçirdiyi hisləri araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqamətidir. Bundan başqa, Akutaqavanın yaradıcılığında o dövr yapon cəmiyyətinin mövcud problemləri, siyasi və dini mahiyyəti öz əksini tapmışdır. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto», «Sussanoo-no-mikoto ahıl çağlarında», «Tanrı Aqni», «Qəribə hekayət», «Xanım Rokunomiya», 1924-1927-ci illərdə «Sanemonun cinayəti», «Məktub parçası», «Momotaro», «At ayaqları», «Ölümündən sonra», «Karmen», «Suadamları ölkəsində», «Tanekonun kədəri», «Yuxu» və s. əsərlərini yazmışdır. Akutaqava Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozalı yuxu dərmanı içərək özünə qəsd etmişdir. Kitabda Akutaqava Rünoskenin “Qara paltarlı Madonna”, “Ata”, “Başın vurulması haqqında”, “Cəngəllikdə”, “Dişli çarx”, “Qarşılıqsız məhəbbət”, “Qəribə ada”, “Qəribə hadisə” və s novella və hekayələri yer almışdır.
...ещё
Обложка
Ev və dünyaРабиндранат Тагор
"Ev və dünya" romanı Hindistanda baş verən «Svadeşi» hərəkatını reallıqla əks etdirir. Əsərin baş qəhrəmanı Nikhleş vətənini bütün qəlbi ilə sevən bir vətənpərvər olaraq təsvir edilir. Hindistana, öz xalqına xidmət etmək fikri bir an da olsun onu tərk etmir, bunun üçün əməli yollar axtarır. O, kənd təsərrüfatını təkmilləşdirməyə, toxuculuq istehsalını təşkil etməyə çalışır. Kəndlilərin vəziyyəti, hind kahinləri və brahmanları, «Svadeşi» hərəkatı və başqa məsələlər haqqında yazıçının nöqteyi-nəzəri Nikhleş obrazında verilir. «Svadeşi» tərəfdarları camaatı ingilis mallarını boykot etməyə çağırır və buna nail olur. Çondronath-babunun «Svadeşi» tərəfdarlarına müraciətlə dediyi söz xalqın vətən və onun azadlığı uğrunda mübarizəsinin nə qədər aydın olduğunu göstərir: «Vətən ancaq torpaq deyil, vətən həm də insanlardır. Xalqın necə yaşadığını siz heç gözünüzün ucu ilə də olsa görmüsünüzmü? Onlar (o yoxsullar) ağır ehtiyac içində yaşayırlar; həyatlarını az da olsa davam etdirmək üçün var qüvvələrini sərf edərək əlləşirlər. Onlar üçün bir-iki paysanın nə demək olduğunu siz heç təsəvvür edə bilirsiniz!.. Mən qoca bir adamam, sizi təbrik etməyə, hətta sizin ardınızca da getməyə hazıram. Lakin əgər siz öz azadlıq bayrağınızı yelləyərək yoxsulların azadlığını tapdalayacaqsınızsa, onda mən sizə qarşı çıxacağam, lazım olsa ölümə də gedəcəyəm».
...ещё