Классика

Обложка
FəlakətРабиндранат Тагор
Hindistanda və dünyada tam yetkin və realist istiqamətli yazıçı, görkəmli ictimai xadim, Nobel mükafatı laureatı kimi tanınan Rabindranat Taqorun “Fəlakət” romanında real həyatla mühafizəkarlıq ənənələri, feodal ailə əxlaqı ilə demokratik meyllər arasındakı konflikt, müstəmləkəçiliyə, zülm və istibdada qarşı mübarizə psixoloji inandırıcılıqla göstərilmişdir.
...ещё
Обложка
Fələk qırmancıQan Turalı
Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib.Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.
...ещё
Обложка
Dirilən adam Мир Джалал Пашаев
Mir Cəlalın «Dirilən adam» romanı Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsinə həsr olunmuşdur. Yoxsul kəndli Qədirin şəxsi həyatı və ailəsinin taleyi əsərdə görkəmli yer tutur. Onun ictimai haqsızlığı tədricən dərk etməsi, şəhərdə mənəvi cəhətdən yetkinləşməsi, daha sonra «kəndin harayına» gəlməsi – belə bir həyat və mübarizə yolu təsvir olunmuşdur. Bir parça çörək üçün öz evindən, ailəsindən didərgin düşən Qədirin faciəsini göstərmək üçün yazıçı onu kənd yüzbaşısı Bəbirbəylə üz-üzə gətirir, şəhər həyatı içərisində, zülmdən, əsarətdən cana doymuş yoxsullar arasında təsvir edir, bununla da müsavat özbaşınalığı dövründə kəndlinin narazılılığını, məhrumiyyətini, qüssə və peşimançılığını, arzu və xəyallarını göstərməyə çalışır. Bəbirbəy Qumruya təsəlli verərkən Qədirin qətlini «millət yolunda ölən şəhid» kimi qələmə verir, möhtəkir Hacı Hüseyn evi müzayidəyə qoyulan Qumruya verdiyi neçə günlük möhləti özünün «millətə olan ehtiramı» adlandırır. Avazlı Qənbər kişi evdən didərgin düşən arvadını vəhşicəsinə öldürən «müsəlman qardaşına» razılığını bildirir, onun hərəkətini «millətin namusunu qorumaq» kimiqiymətləndirir. Əslində xalqın, millətin həyati ehtiyacları ilə heç bir əlaqəsi olmayan bu sözlər ancaq gözlərdən pərdə asmaq, istismarçıların qara niyyətlərini pərdələmək üçün idi.
...ещё
Обложка
Ölən dünyam, Namus qaçağı, Ölüləri qəbiristanlıqda basdırınИсмаил Шихлы
Xalq yazıçısı İsmayıl Şıxlının «„Ölən dünyam“» əsəri yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının «„Namus qaçağı“», «„Namərd gülləsi“» və «„Ölüləri qəbristanda basdırın“» hekayələri də daxil edilmişdir.
...ещё
Обложка
Seçilmiş əsərlərİsa Hüseynov
İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «altmışıncılar» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli şəkildə göstərilmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «Doğma və yad adamlar» romanında və digər povestlərində İsa Hüseynovun (Muğannanın) oxucunu (dinləyicini) oxumağa vadar edən başlıca məziyyətlərdən biri də onun bədii dilidir. Demək olar ki, bütün əsərlərin mövzusu kənd həyatından, sadə adamların məişətindən gəldiyindən dili də o həyatın sadəliyi ilə uzlaşır. Ancaq bu sadəlik heç də bəsitlik demək deyil. Çünki nasirin təhkiyə dili bədii təsvir və ifadə vasitələri ilə o qədər zəngindir ki, bunlar əsərin dilinin canlı, axıcı olmasını təmin edir, oxucu hekayənin, povestin, hətta irihəcmli romanın belə bir cümləsini ötürmək istəmir. Sanki əsər oxucunun dilində su kimi axıb gedir. Bu dil zənginliyi ilə yanaşı, dinamikliyi, oynaqlığı ilə insanı cəlb edir. Sanki yazıçı özü sözlə oynayır, onu əlində «xəmir kimi yoğurub» öz istədiyi formaya sala bilir. Maraqlıdır ki, bunun özü belə heç bir yerdə sünilik, qeyri-təbiilik yaratmır. “Doğma və yad adamlar” romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. “Doğma və yad adamlar”la yanaşı digər əsərlərində də İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır.
...ещё
Обложка
Getməİlqar Rəsul
“Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə, xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır.
...ещё
Обложка
Nostaljiİlqar Fəhmi
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.
...ещё
Обложка
Neft və milyonlar səltənətindəİbrahim Bəy Musabəyov
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur."Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə «Filma» fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.
...ещё
Обложка
Operasiya və hədiyyə əhvalatı Hüseyn Abbaszadə
Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl „Jiquli“, „Köhnə məhəllədə“, „Toy, od, teleqram“, „Qısa məzuniyyət“ və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı.
...ещё
Обложка
Günah keçisi Эли Амир
…Karmelə doğru dırmanan avtobus, yolun yarısında ilişdi, özünü topladı və bir təkanla irəli atıldı. Bir ot dənizinin ortasında üzə çıxmış adalar kimi görünən, başdan-ayağa çiçəklərə bürünmüş birmərtəbəli evlər, qıvrılaraq gedən yolun kənarını naxış kimi bəzəyirdi. Eynilə Bağdadda olanda baxdığım, üzərində İsrail təsvir olunmuş rəsmlərdəki kimi idi. Evlər seyrəldikcə, şam ağacları sıxlaşırdı. Hamısı yenicə boy atmış və yamyaşıl idilər, bəzən isə daha solğunu və qocaları rast gəlirdi. Ətrafda xəfif bir yaz küləyi, tərtəmiz hava, meşənin səssizliyi və möhtəşəm sirri hökm sürürdü. Motorun xırıltısı dayanmadan bu səssizliyi yarıb keçirdi. Günəş yolun eniş-yoxuşlarına uyğun olaraq gah görünür, gah gözdən itir, qızılı şüalardan yaranmış bir gül kimi, sanki şam ağacları ilə oynayırdı. Xeyli uzaqlarda üfüq və masmavi dəniz gözə çarpırdı. Tikanlı tellər arasında həbs olunmuş yüzlərlə yamaqlı və uçuq-sökük, torpaq rəngli çadırlardan ibarət “Youth Aliya” (Youth Aliya – 1933-cü ildə yaradılmış, yəhudi uşaqları və gəncləri Üçüncü Reyx nasistlərindən qorumağı qarşısına məqsəd qoyan sionist təşkilat – red.) qaçqın qəbulu düşərgəsi, həyatdan usanmış halda qumsala sərilmiş məğlub əsgərlər ordusuna bənzəyirdi… Əli Amirin «„Günah Keçisi“» adlı romanı dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır. Son dərəcə maraqlı avtobioqrafik “Günah Keçisi” romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır. Savaşlar, ölümlər ve köçlərlə parçalanmış ailələr… Vətənsiz qalmış insanlar…Ailələrini tərk edib kibutzlarda daha yaxşı bir həyat arayan qızlı, oğlanlı uşaqlar.Yəni bir həyat tərzi, yeni bir dil, yeni inanclar, yeni bir kültür arayanlar.Kibutzları quranların hər kəsə yuxarıdan aşağı baxan gözəl geyimli və təhsilli uşaqlarla qarşıdurmalar və uyğunsuzluqlar. Sosializmlə və Marksizmlə tanışlıq…Əli Amirin ustalıqla dilə gətirdiyi bu hekayənin qəhrəmanları, ailələrindən qopmaqda zorlanan uşaqlar. Demək olar ki, hamısı əlləri ilə onlara vəd edilən daha yaxşı bir həyatı dayandırır və sonu qəflət və yoxsulluq olsa belə, ailələrinə qayıtmaq istəyirlər.
...ещё
Обложка
Fəxriyyələr, məthiyyələr Əfsaləddin Xaqani
Çoxəsrlik və zəngin ədəbi ənənəyə malik olan Azərbaycan xalqı dünya şöhrəti qazanmış bir çox söz ustadları yetirmişdir. Onların sırasında «„Divan“» və «„Külliyyat“» müəllifi Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, «„Töhfətul-İraqeyn“» poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbiidir ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. Xaqaninin dərin humanizmlə aşılanmış, bir-birindən gözəl əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə şairlər çoxlu nəzirələr, bənzətmələr yazmışlar.Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir. Oxuculara təqdim olunan bu kitabda qüdrətli şairin ölməz ədəbi irsinin bir hissəsi – ruhu oxşayan lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələri, zəmanə və zəmanə əhlindən şikayətləri, qitə və rübailəri, özü və əsil-nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.
...ещё
Обложка
Mirzə Səfər Абдурагим-бек Ахвердов
XIX əsrin sonlarında – XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
...ещё
Обложка
Cins dövrünün uşaqları Давид Турашвили
Çağdaş Gürcü edebiyyatının en meşhur eserlerinden biri, David Turaşvilinin “Cins dövrünün uşaqları” romanı may ayında çapdan çıxacaq. Əsərdə 1980-ci ildə sovet Gürcüstanında baş vermiş faciəli tarixi hadisədən bəhs olunur. Yeddi gənc oğlan və qız Sovet İttifaqından qurtulmaq məqsədilə təyyarəni qaçırmaq qərarına gəlirlər, lakin SSRİ-dən qaçmaq cinayət hesab olunurdu, hətta təsəvvürə gətirmək belə qadağan idi. Sovet hakimiyyəti, təhlükəli işe girişmiş saf niyyətli gənclərin çoxunu ölüm cəzasına məhkum edir. İctimai rəy isə ikilidir: kimlərsə onları terrorist hesab edir, kimlərsə SSRİ-də yaşamaq ağır olduğuna görə onlara bəraət qazandırır. David Turaşvili özü 80-ci illərin tələbə hərəkatında aktiv iştirak edib. Bu günə qədər 12 kitabı nəşr olunub. Rus, İngilis, İspan dillərindən tərcümələri ilə də tanınan bir yazardır. 1966-cı ilde anadan olub. “Cins dövrünün uşaqları” Azerbaycan dili daxil olmaqla 8 dile tercüme edilib.
...ещё