Nostalji

Постер
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.

Книги автора: İlqar Fəhmi

Обложка
İlqar Fəhminin qəzəlləri İlqar Fəhmi
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,Baş qoyub sinənə sakitcə öləydim gecələr.Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,Başın üstündə səmaya düzüləydim gecələr.Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.Sən qaranlıqda ayı seyr elədikcə, mən də,Ruhuna ay işığıyla süzüləydim gecələr.Baş daşım üstə dodaq izlərini öpmək üçün,Allahımdan da xəbərsiz diriləydim gecələr.Fəhminin qəlbidə son arzu qalmış yalnız,Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
...ещё
Обложка
Sən kimsən, Səfəviİlqar Fəhmi
Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər:Niyə Səfi?Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik.Son sözə diqqət edək – «Sevmişik.»Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət…Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur.Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür…Kimdi bu şəxsiyyət?Əlbəttə ki, Şah İsmayıl Xətai.Dünya siyasət tarixində – Böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi…Döyüş meydanında – Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur.Mənəvi və Ruhani istiqamətdə – Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl.Minillik poeziyamızın tarixində – Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai.Folklorda, Xalq dastanlarında, ümumxalq yaddaşında – Ədalətli hökmdar, Şeyx oğlu Şah.Və nəhayət, Mədəniyyət müstəvisində – o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli «„Səfəvi mədəniyyəti“»nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə…Hətta müasir dövrümüzdə – ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz…
...ещё

Книги чтеца

Обложка
Gəncə və gəncəlilərƏhməd İsayev
Bu kitabda Azərbaycanın qədim və müqəddəs guşəsi olan Gəncə şəhərinin ulu tarixindən, qeyrət və hünər yolundan: adət-ənənəsindən, inam və etibarından, neçə-neçə təzadlı insan taleyindən bəhs olunur. «Gəncə və gəncəlilər» hər dəfə daha kamil formada oxucuların görüşünə gəlir. Bu səfər o son illərin olayları fonunda yenidən işlənərək bir sıra dəyərli materialla zənginləşdirilib.
...ещё
Обложка
Son cənnətOrxan Aras
“Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir. Müsəlman dünyasından çıxmış iki gənc Can və Aliyə cənnət hesab etdikləri Almaniya cəmiyyətinin əsil simasıyla rastlaşır. İranlı və türkiyəli iki ümidli gəncin arzuları gerçəkliklə toqquşur. Orxan Arasın usta qələmi bizi tanımadığımız aləmə aparır… “Son cənnət” gənclərin son ümididir…
...ещё
Обложка
Tələbə məhbusun etiraflarıСабир Азери
Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları” adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı ilə təqdim etmişdir. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasına uyğundur: “Onda mənim də bəxtəvər günlərim idi”, “Arzularım payıza düşdü”, “Sənə pənah gətirirəm, doğma kəndim!”, “Xoş gördük, doğma universitet!”, “İlk təyinatım və rəsmi iş yerim”, ““Ulduz”da keçən ömrüm” və s. Əsər ümumilikdə on beş hissədən ibarətdir. Bu başlıqlar da əsərin obyektinin yazıçının məhz öz həyatının olmasını və hadisələrin mərkəzində özünün dayanmasını əks etdirir. “Tələbə məhbusun etirafları” romanında Sabir Azərinin öz obrazından başqa həmçinin ümumi şəkildə mətnin daxilində “gizlənən” Vətən və Söz obrazları da nəzərə çarpır. Yazıçı təsvir etdiyi hadisələr vasitəsilə həm də öz şəxsiyyətini şərh etmişdir. Belə ki, əsərin qələmə alınmasında həyat hadisələrinə seçici münasibətin əsas prinsipləri yazıçının özünü düşündürən məsələləri əks etdirmişdir. Bu isə oxucuya müəlifin öz psixoloji portretini və şəxsiyyətini açıqlaya bilir. Romanda müstəqilliyimizin əldə olunması, qanlı yanvar hadisələri, XX əsrin sonunda xalqımızın yaşadığı ən mühüm tarixi hadisələr “Azadlıq yanğısı və meydan hərəkatı” adlı sonuncu hissədə təsvir olunmuşdur. Bu hissədə müstəqilliyimizin, azadlığımızın yeni qazanıldığı dönəmlərdə xalqımızın böyük itkilərlə üzləşməsindən, kommunist rejiminin xalqımıza vurduğu son zərbələrdən, ermənilərin dövlətimizə qarşı xəyanətkar mövqeyindən bəhs edilmişdir.
...ещё
Обложка
Şor cüllütüSüleyman Vəliyev
Süleyman Vəliyev 1916-cı ildə Bakının Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur. Yazıçı hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərmiş, rus və Azərbaycan yazıçılarının əsərlərini həvəslə mütailə etmişdir. O, ilk gənclik illərində Ramana kəndində yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində, sonra Bakıda təşkil olunmuş fəhlə müəllifləri dərnəyində fəal iştirak etmişdir. Bu dərnəklər onun bir yazıçı kimi yetişməsinə böyük kömək etmişdir. Onun respublikamızda çıxan qəzet və jurnallarda dərc olunmuş “Sədaqət”, “Rütbə”, “Fotoqraf”, “Hədiyyə” hekayələri və neftçilər həyatından yazdığı “Qaladan – Buzovnaya” oçerki oxucular tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa yazıçının uşaqlar üçün yazdığı, kitab halında nəşr edilmiş “Molla Məmiş və sandıq” əsəri ilə yanaşı 1938-ci ildə qələmə aldığı “Şor cüllütü” povesti də ayrıca kitab şəklində nəşr edilmişdir. “Şor cüllütü” povesti, inqilabdan əvvəlki Bakı fəhlələrinin və uşaqlarının ağır, məşəqqətli həyatı, onların ictimai quruluşa qarşı apardıqları inqilabi mübarizədən bəhs edir.
...ещё
Обложка
Seçilmiş əsərləriМолла Панах Вагиф
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz, Molla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Şairin poeziyası əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütövlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Əlyazmalar əsasında, cünglərdən istifadə edilməklə tərtib olunmuş bu kitabda böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. – dən ibarət əsərləri toplanmışdır.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё