Ильяс Эфендиев

Обложка
Xurşudbanu NatəvanИльяс Эфендиев
Xurşidbanu Natəvan – XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olmuşdur.Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. O, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
...ещё
Обложка
ÜçatılanИльяс Эфендиев
“Geriyə baxma, qoca” romanında əks olunan estetik qayə “Üçatılan” povestində daha aydın və sərrast ifadəsini tapır. “Üçatılan”da feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı illər bədii təhlil obyekti kimi götürülür. Bu isə, ictımai-siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda əhəmiyyətli zaman fərqi deməkdir. “Üçatılan” povestindəki sosial mühit hətta ”Geriyə baxma, qoca”nın əhatə etdiyi son zaman kəsiyindəki mühitdən də fərqlənir. Sovet hökumətinin gəlişini “Geriyə baxma, qoca”da hirs-hikkə ilə qarşılayanlar, ən yaxşı halda gözləmə mövqeyi tutub mütərəddid mövqe nümayiş etdirənlər ”Üçatılan”da artıq baş verənləri gerçək həqiqət kimi qəbul etmək məcburiyyətində qalmışlar. Povestdəki müxtəlif xarakterli və mövqeli obrazların dilində tez-tez səslənən “indi əyyam başqadır” sözləri bu həqiqətin ifadəsi olmaqla, mühit və şəraitin dəyişdiyini göstərir. “Üçatılan” əsəri müəyyən mənada bu dəyişən mühit və şərait haqqında povestdir, dəyişən zamanın həqiqətlərini üzə çıxarmaq məqsədi ilə yazılmışdır.“Üçatılan”da təhkiyənin ahənginə istıqamət verən sosial-siyasi proseslərdir. Povestdə bu proseslərin insanlara psixoloji təsiri izlənilir. Povestdə kollektivləşmə uğrunda mübarizə hərəkatı da sinfi mövqelərin kəskin toqquşması, əks qütblərin ehtiraslı münasibətləri mövqeyindən təsvir olunmur. Kollektiv təsərrüfatın onların mənafeyinə olub-olmayacağı məsələsi obrazların düşüncəsini ardıcıl olaraq məşğul edir. Demək olar ki, böyük əksəriyyət kolxoz məsələsinə ümidverici yox, şübhəli nəzərlə yanaşır. Mümkün qədər gözləmə mövqeyi tutur, bu mümkün olmayanda isə kolxoza daxil olurlar. Bu “daxilolma” prosesinin psixoloji tərəfi povestdə daha çox “tədqiq” obyekti olur.
...ещё
Обложка
Geriyə baxma qoca Ильяс Эфендиев
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir.Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır.Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb.Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir.Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib.Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. ""İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.
...ещё
Обложка
Ты всегда со мнойИльяс Эфендиев
Характер Наргили, по-азербайджански упрямый и непокорный, но мягкий сердцем, формировался под деспотичным давлением отчима. Отвергнутая семьёй, юная девушка в трудный момент встречает своего мужского Идеала - опытного и мудрого директора завода. Конфликт, необходимый для сюжета, подпитывают строгие нравы консервативного общества, разница в возрасте и жизненном опыте. Целомудренный, нежный и сентиментальный спектакль.
...ещё