Neft və milyonlar səltənətində

Постер
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur."Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə «Filma» fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

Книги чтеца

Обложка
Yana-yanaGülhüseyn Hüseynoğlu
"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarşısına çıxan maniələr..bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halı ilə uyğundur. Lakin təbii ki, tərcümeyi-halla bədii əsər arasında eynilik ola bilməz. Çünki bədii əsərdə qəhrəmanın keçirdiyi hisslər, onun çevgisi, əhatə olunduğu mühit və qarşılaşdığı çətinliklər müəllifin bədii təxəyyülünün məhsuludur və Gülhüseyn Hüseynoğlu professional bir yazıçı kimi bunları ustalıqla təsvir edə bilmişdir.
...ещё
Обложка
RubailərMəhsəti Gəncəvi
Kitabda klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Məhsəti Gəncəvinin müxtəlif mənbələrdən götürülmüş rübailəri toplanmışdır. Bu rübailər dövrünün humanist poeziyası – Xaqani, Nizami yaradıcılığı ilə yaxından bağlı olmaqla dünyəvi hisslər tərənnüm edir, insanı, onun gözəlliyini, arzu və istəklərini ifadə edir, onun həyat eşqinin, rəngarəng duyğularının poetik ifadəsi kimi özünü göstərir.
...ещё
Обложка
Pinqvinlər uçur, MariFəridə Məmmədova
Şeirlərilə tanınan gənc yazar Fəridə Məmmədovanın "Pinqvinlər uçur, Mari” ilk romanıdır. Roman psixoloji dram janrında yazılıb. Əsər yolla başlayır və oxucu ilk səhifədən yola çıxır. Romanın sonlarına qədər qəhrəmanı izləyir və onun düşüncələrinə əsasən qəhrəmanı tanıyır. Əsəri bir cümləylə bu cür ifadə etmək olar: Hər kəsin beyni öz cəhənnəmidir.
...ещё
Обложка
Məhəbbət təranələriМирза-Шафи Вазех
Böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Bu kitabda Mirzə Şəfinin doğma ana dilindəki şeirləri, farsca yazdığı şeirlərinin orijinalı və sətri tərcümələri, almanca şeirlərinin bədii tərcümələri verilmişdir. Şairin bu təranələrində ictimai-fəlsəfi ideyalar əsas yer tutur. Şairin yaşadığı dövrdə həmin ideyalar, bütün köhnə cəmiyyətə, onun həyat tərzi və geri qalmış görüşlərinə qarşı çevrilmişdir. O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə bilərdi. Mirzə Şəfi bu şeirlərində eyni zamanda, həyatdan zövq almağa çağırır.
...ещё
Обложка
46 bənövşəSalam Qədirzadə
Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var.Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb
...ещё
Обложка
Adını demədiЧингиз Гасан Гусейнов
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri «Bakinski raboçi» qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir. Adını demədi» povestində təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Burada əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё