Salam Qədirzadə

Обложка
Sevdasız aylarSalam Qədirzadə
Salam Qədirzadənin “Sevdasız aylar” lirik povesti yarandığı illərdə – sovet dönəmində belə, gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri diqqətinizi cəlb edəcək, sizi öz tələbəliyinizə, öz gəncliyinizə səyahətə çıxaracaqdır.
...ещё
Обложка
Qış gecəsiSalam Qədirzadə
Mərhum yazıçımız Salam Qədirzadənin “Qış gecəsi” romanı əsrimizin əllinci illərində yazılmışdır.Müəllifin oxunaqlı dillə təqdim etdiyi bədii personajların prototiplərinə indinin özündə daha çox rast gəlmək olar. Çünki onlar həmişəyaşar mövzuların qəhrəmanlarıdır. Maraqlı süjet xətti, təhkiyə rəvanlığı bir-birilə bağlı hadisələrin maraqla izlənməsinə kömək edir.Bu günün özündə də valideyn-övlad borcu, nakam məhəbbət, xeyirxahlığın gözəlliyi, hərislik və onun acı nəticələri, həyata əşya gözü ilə baxmaq kimi söhbətlərə biganə qalmaq mümkün deyil. Ananı əvəz etmiş pozğun qadının oğulluğunu evdən uzaqlaşdırmasına, atanın onu taleyin çətin, enişli-yoxuşlu yollarında başsız buraxmasına acımaya bilmirsən.Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50 – 60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər başqa rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da romanda yenə nə isə maraqlı, cəlbedici və nəhayət, hardasa əhəmiyyətli bir şey tapacaqsınız.
...ещё
Обложка
46 bənövşəSalam Qədirzadə
Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var.Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb
...ещё