Zülfiyyə Eldarqızı

Обложка
Yavaş-yavaş sevdim səniRamiz Rövşən
15 dekabr şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Rövşən Ramiz Məmmədəli oğlunun doğum günüdür. «AUDİOKİTAB» şairin doğum günü münasibətilə səsləndirilmiş şeirlər toplusunu təqdim edir.
...ещё
Обложка
Ünvansız sevgiМушфиг Хан
Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir.Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur.İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi – rayon polis bölməsi təhqiqatı düzgün araşdırmamışdı…
...ещё
Обложка
Seçilmiş əsərləri - Nigar RəfibəyliNigar Rəfibəyli
Nigar Rəfibəyli (1913-1981) Azərbaycanın görkəmli şairələrindəndir. Onun yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur. Ana surətini Nigar Rəfibəyli poeziyasının baş qəhrəmanı hesab etmək olar. Analığın daxili məlahəti, Şərq özünəməxsusluğu, mərhəməti və fədakarlığı bu kövrəklikdə və narınlıqda öz bədii ifadəsini çox az şairlərdə tapmışdır. Nəhayət, bu poeziyada qadın hüsnü və şəfqəti ilə təbiətin öz gözəlliyi və məlahəti arasında ahəngi, birliyi ifadə edən bahar ətirli şeirlər ayrıca silsilə təşkil edir. Həmin bahar lövhələri ki, şairənin ömründə və poeziyasında da poetik baharın ifadəsidir. Bu kitabda unudulmaz şairəmiz Nigar xanımın müxtəlif illərdə yazdığı şeirlərlə yanaşı seçmə tərcümələri, gündəlik, xatirə və qeydləri oxuculara çatdırılır.
...ещё
Обложка
Seçilmiş şeirləriRəsul Rza
Rəsul Rza XX əsr Azərbaycan poeziyasının əzəmətini, gücünü, sənətkarlığını özündə toplayan ən qüdrətli şairlərimizdəndir. Milli şeiri məzmun və forma, deyim tərzi, heç kəsin ona qədər işləmədiyi qafiyələr və neoligizmlərlə zənginləşdirmiş novator şair Azərbaycanda sərbəst şerin yaradıcılarından biri və ən böyük nümayəndəsidir. Azərbaycan tarixi və taleyinin bir çox mühüm və ağrılı problemlərinin əks olunduğu Rəsul Rza poeziyası milli mahiyyətli olduğu üçün eyni zamanda beynəlmiləl, bəşəri poeziyadır.
...ещё
Обложка
Qrossmeyster xalıИлья Штемлер
"Qrossmeyster xalı" romanı İlya Ştemlerin ilk iri həcmli əsəridir. Əsərdə gənclərin -zavodda çalışan fəhlə, mühəndis və texniki işçilərin çətin və eyni zamanda şərəfli işindən, ailə-məişət problemlərindən bəhs edir.
...ещё
Обложка
Sevdasız aylarSalam Qədirzadə
Salam Qədirzadənin “Sevdasız aylar” lirik povesti yarandığı illərdə – sovet dönəmində belə, gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri diqqətinizi cəlb edəcək, sizi öz tələbəliyinizə, öz gəncliyinizə səyahətə çıxaracaqdır.
...ещё
Обложка
Toy gecəsiQasımov Əlfi
“Toy gecəsi” romanında müəllif “İnsan insanın dostudur, qardaşıdır” ideyasını ortaya qoymuşdur. Müəllifin bu romanında da öz vəzifəsindən sui-istifadə edən və vəzifəsini ləyaqətlə yerinə yetirən insanların həyatı təsvir olunur. Turalın timsalında ləyaqətli, öz gücünə biliyinə güvənən gənclər, Əbilin timsalında isə atasının vəzifəsinə arxayın olub istədiyini həyata keçirməyə çalışan gənclər təsvir olunur. Sevgisinə sonadək sadiq qalan
...ещё
Обложка
Ulensşpigel əfsanəsiНародное творчество (Фольклор)
Yeni dövr Belçika milli ədəbiyyatının banisi sayılan Şarl de Koster öz yaradıcılığı ilə ədəbiyyata demokratik ideyalar gətirmişdir. Əslən flamanq olan, özü də fransız dilində yazıb-yaradan görkəmli sənətkar bütün yaradıcılığı boyu zəngin folklordan istifadə etmişdir. Yazıçının təqdim olunan «Ulenşpigel və Lamme Qudzak əfsanəsi» Avropa xalqlarının bir çoxunun folklorunda rast gəlinən xalq yaradıcılığı motivləri əsasında qələmə alınmış bir romandır.
...ещё
Обложка
Latış nağıllarıDərya Qılıc
Kitabda sehirli nağıllar seriyasından 9, heyvanlar haqqında nağıllar seriyasından 40 adda nağıl toplanıb.
...ещё
Обложка
Nüsrət Kəsəmənlinin poema və şerləriNüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli… Azərbaycan gəncliyinin bütöv bır nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür. Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündü…
...ещё
Обложка
İmadəddin Nəsiminin qəzəlləriИмадеддин Насими
Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
...ещё
Обложка
Neft və milyonlar səltənətindəİbrahim Bəy Musabəyov
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur."Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə «Filma» fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.
...ещё
Обложка
Min bir gecə 1-ci cildНародное творчество (Фольклор)
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir.
...ещё