Исмаил Шихлы

Обложка
Ölən dünyam, Namus qaçağı, Ölüləri qəbiristanlıqda basdırınИсмаил Шихлы
Xalq yazıçısı İsmayıl Şıxlının «„Ölən dünyam“» əsəri yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının «„Namus qaçağı“», «„Namərd gülləsi“» və «„Ölüləri qəbristanda basdırın“» hekayələri də daxil edilmişdir.
...ещё
Обложка
Dəli Kür Исмаил Шихлы
Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan «„Ayrılan yollar“» əsərinin nəşr olunmasının ardından başlamış və onu 1967-ci ildə tamamlamışdır.Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
...ещё