Разное

VarislərУильям Голдинг
1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir.“Varislər” romanında Qoldinq neandertal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.
...ещё
Sevgi səhrasıФрансуа Мориак
Fransua Moriak “Sevgi səhrası" romanında ata ilə oğulun eyni vaхtda soyuq, hissiz və ehtirassız bir qadına bəslədikləri məhəbbəti psiхoloji planda təsvir etməyə çalışmışdı. Ümumiyyətlə, Moriak məhəbbət mövzusuna yaradıclığında geniş yer ayırmışdı və müхtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdı. Lakin хristian əхlaqının tələbləri və əndazə hissi hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi. Müəllifin bu romanı 1926-cı ildə Fransa akademiyasının qran-prisini alıb.
...ещё
Qrossmeyster xalıИлья Штемлер
"Qrossmeyster xalı" romanı İlya Ştemlerin ilk iri həcmli əsəridir. Əsərdə gənclərin -zavodda çalışan fəhlə, mühəndis və texniki işçilərin çətin və eyni zamanda şərəfli işindən, ailə-məişət problemlərindən bəhs edir.
...ещё















