Məmməd Əvəzoğlu

Обложка
Uzaqdan gələn qonaqHüseyn Abbaszadə
H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir.
...ещё
Обложка
TələЭйваз Махмуд Зейналов
“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.
...ещё
Обложка
SəyavuşГусейн Джавид
Dramaturqun mənzum faciələrindən biri də beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.
...ещё
Обложка
Adam istəsəGülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseynoğlu «Yana-yana», «Adam istəsə», «Xəzərin qoynunda» adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.
...ещё
Обложка
Qızıl gül olmayaydıRəsul Rza
R.Rzanın yaradıcılığında «Qızılgül olmayaydı» poeması xüsusi yer tutur. Poema Azərbaycanın digər görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsər həyatdan vaxtsız getmiş şairə böyük məhəbbətlə qələmə alınmışdır. Müəllif vaxtilə dostluq etdiyi və yaxından tanıdığı M.Müşfiqin həyatının ayn-ayn məqamlarını təsvir edərək onun dolğun obrazını yaratmışdır. Əsərdə baş qəhrəman M.Müşfiqin adı az çəkilsə de, onun portreti əwəldən axıradək poemanı mütaliə edən oxucunun gözləri önündə qalır.Poema bütünlüklə təhkiyə formasında qələmə alınıb. M.Müşfıqin sevimli həyat yoldaşı Dilbərlə söhbətdə müəllif dərin nisgil və kədərlə keçmişini yada salır. Xatirələr, yaşanmış illər kinolenti kimi onun gözləri önündən gəlib keçir. Xatirələrin mərkəzində M.Müşfıq dayanır. Müəllif onunla «Gənc işçi»də tanış olduğunu söyləyir. Onlann «könüllərinin gözü də, qəlblərinin içi də bir-birinə tez məhrəm olur». Beləcə, iki söz adamın dostluğunun təməli qoyulur və sonralar bu dostluq «şeirin səsi, şeirin nəfəsi, şeirin duzu ilə» bərkiyir. Poeziyaya olan böyük məhəbbət onlann mənəvi ehtiyacını ödəyir.
...ещё
Обложка
Nigarançılığın sonuGülhüseyn Hüseynoğlu
Sürgündən qayıtdıqdan sonra G.Hüseynoğlu bütün diqqətini ədəbi və pedaqoji fəaliyyətə yönəldir. Əllinci illərin sonlarında onun «Geoloq qız», «Xeyirxah», «Bir ömrün çıraqları», «Etiraf», «Qibtə» hekayələri, «Ata», «Müjdəçi», «Abdulla Şaiqin xatirəsinə» mənsur şeirləri, «Xəzərin qoynunda» sənədli povesti və bir sıra oçerkləri çap olunur. Daha sonra isə onun oxucular arasında böyük şöhrət qazanan «Nigarançılığın sonu» hekayəsi meydana gəlir. Bu hekayədə iki sevən gəncin tarixçəsini izləyir. Hekayə lirik axardadır, müəllif Mustafanın və Nazəninin sevgisini, onların könül çırpıntılarını elə təsvir edir ki, oxuyub qurtarandan sonra deyirsən: «Bax, əsl sevgi belə olar».
...ещё
Обложка
Sahil (hekayələr)Asiman Eyniyev
Kitabda on iki hekayə toplanıb. Hekayələrdən ikisi detektiv, digərləri isə mənəvi – psixoloji formadadır.
...ещё
Обложка
Qurbanəli bəyДжалил Мамедкулизаде
Əsərdə Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir.Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi.Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb ""haff' eləyirdilər, gah katdanm üstünə tullanıb ""haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: «„tişe“»; yəni «„yavaş“». Və sonra genə girirdi içəri.Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:– Tez yarım girvənkə zəfəran tap.Qlava «„baş üstə“» deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:– Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:– Qlava, dörd-beş yüz yumurta lazımdır.Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:– Nə danışırsan? Burada mindən artıq yumurta var.Birdən qaçaqaç düşdü; dedilər «„naçalnik gəlir“». Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.
...ещё
Обложка
Ra ekspedisiyasıТур Хейердал
Norveçli alim Tur Heyerdalın 1947-ci ildə 5 yoldaşı ilə birlikdə balsa ağaclarından hazırlanmış sal üzərində Cənubi Amerika sahillərindən yola çıxaraq 8000 km məsafədə yerləşən Polineziya adalarına varması elm adına yapılmış qeyri-adi qəhrəmanlıq nümunəsidir. 20 illik bir aradan sonra Tur Heyerdal yeni bir qəhrəmanlığa imza atmağa qərara alır. O, 7 nəfərdən ibarət uluslararası bir komanda ilə papirusdan hazırlanmış “Ra” adlı gəmidə Atlantik okeanında 5000 km məsafə qət edərək Kolumbdan çox-çox öncələr də qədim insanların Amerika sahillərinə gəlmiş olduqlarını sübuta yetirdi. Papirus qayıqla gerçəkləşdirilmiş bu cəsarətli səfər Tur Heyerdalın elm sahəsindəki böyük qələbəsi idi.
...ещё
Обложка
GülüstanŞərif Ağayar
Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.
...ещё
Обложка
NəğmələrМирза-Шафи Вазех
Böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Bu kitabda Mirzə Şəfinin doğma ana dilindəki şeirləri, farsca yazdığı şeirlərinin orijinalı və sətri tərcümələri, almanca şeirlərinin bədii tərcümələri verilmişdir. Şairin bu təranələrində ictimai-fəlsəfi ideyalar əsas yer tutur. Şairin yaşadığı dövrdə həmin ideyalar, bütün köhnə cəmiyyətə, onun həyat tərzi və geri qalmış görüşlərinə qarşı çevrilmişdir. O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə bilərdi. Mirzə Şəfi bu şeirlərində eyni zamanda, həyatdan zövq almağa çağırır.
...ещё
Обложка
Ölən dünyam, Namus qaçağı, Ölüləri qəbiristanlıqda basdırınИсмаил Шихлы
Xalq yazıçısı İsmayıl Şıxlının «„Ölən dünyam“» əsəri yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının «„Namus qaçağı“», «„Namərd gülləsi“» və «„Ölüləri qəbristanda basdırın“» hekayələri də daxil edilmişdir.
...ещё
Обложка
Nostaljiİlqar Fəhmi
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.
...ещё
Обложка
Knyaz Гусейн Джавид
“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.
...ещё
Обложка
Operasiya və hədiyyə əhvalatı Hüseyn Abbaszadə
Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl „Jiquli“, „Köhnə məhəllədə“, „Toy, od, teleqram“, „Qısa məzuniyyət“ və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı.
...ещё
Обложка
Min bir gecə 5-ci cildНародное творчество (Фольклор)
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir."
...ещё
Обложка
Dəhnamə Исмаил
Dəhnamə – Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poemadır. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir.1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır.Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərilər, buna görə də əsərin adı elə «„Dəhanmə“» («„On məktub“») qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir.
...ещё
Обложка
Azərbaycan nağıllarıНародное творчество (Фольклор)
Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:Heyvanlar haqqında olan nağıllar:M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s.Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s.Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s.Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s.lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür.Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür.Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.
...ещё