Min bir gecə 5-ci cild

“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir."
Книги чтеца

Gəncə və gəncəlilərƏhməd İsayev
Bu kitabda Azərbaycanın qədim və müqəddəs guşəsi olan Gəncə şəhərinin ulu tarixindən, qeyrət və hünər yolundan: adət-ənənəsindən, inam və etibarından, neçə-neçə təzadlı insan taleyindən bəhs olunur. «Gəncə və gəncəlilər» hər dəfə daha kamil formada oxucuların görüşünə gəlir. Bu səfər o son illərin olayları fonunda yenidən işlənərək bir sıra dəyərli materialla zənginləşdirilib.
...ещё
Son cənnətOrxan Aras
“Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir. Müsəlman dünyasından çıxmış iki gənc Can və Aliyə cənnət hesab etdikləri Almaniya cəmiyyətinin əsil simasıyla rastlaşır. İranlı və türkiyəli iki ümidli gəncin arzuları gerçəkliklə toqquşur. Orxan Arasın usta qələmi bizi tanımadığımız aləmə aparır… “Son cənnət” gənclərin son ümididir…
...ещё
Tələbə məhbusun etiraflarıСабир Азери
Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları” adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı ilə təqdim etmişdir. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasına uyğundur: “Onda mənim də bəxtəvər günlərim idi”, “Arzularım payıza düşdü”, “Sənə pənah gətirirəm, doğma kəndim!”, “Xoş gördük, doğma universitet!”, “İlk təyinatım və rəsmi iş yerim”, ““Ulduz”da keçən ömrüm” və s. Əsər ümumilikdə on beş hissədən ibarətdir. Bu başlıqlar da əsərin obyektinin yazıçının məhz öz həyatının olmasını və hadisələrin mərkəzində özünün dayanmasını əks etdirir. “Tələbə məhbusun etirafları” romanında Sabir Azərinin öz obrazından başqa həmçinin ümumi şəkildə mətnin daxilində “gizlənən” Vətən və Söz obrazları da nəzərə çarpır. Yazıçı təsvir etdiyi hadisələr vasitəsilə həm də öz şəxsiyyətini şərh etmişdir. Belə ki, əsərin qələmə alınmasında həyat hadisələrinə seçici münasibətin əsas prinsipləri yazıçının özünü düşündürən məsələləri əks etdirmişdir. Bu isə oxucuya müəlifin öz psixoloji portretini və şəxsiyyətini açıqlaya bilir. Romanda müstəqilliyimizin əldə olunması, qanlı yanvar hadisələri, XX əsrin sonunda xalqımızın yaşadığı ən mühüm tarixi hadisələr “Azadlıq yanğısı və meydan hərəkatı” adlı sonuncu hissədə təsvir olunmuşdur. Bu hissədə müstəqilliyimizin, azadlığımızın yeni qazanıldığı dönəmlərdə xalqımızın böyük itkilərlə üzləşməsindən, kommunist rejiminin xalqımıza vurduğu son zərbələrdən, ermənilərin dövlətimizə qarşı xəyanətkar mövqeyindən bəhs edilmişdir.
...ещё
Şor cüllütüSüleyman Vəliyev
Süleyman Vəliyev 1916-cı ildə Bakının Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur. Yazıçı hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərmiş, rus və Azərbaycan yazıçılarının əsərlərini həvəslə mütailə etmişdir. O, ilk gənclik illərində Ramana kəndində yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində, sonra Bakıda təşkil olunmuş fəhlə müəllifləri dərnəyində fəal iştirak etmişdir. Bu dərnəklər onun bir yazıçı kimi yetişməsinə böyük kömək etmişdir. Onun respublikamızda çıxan qəzet və jurnallarda dərc olunmuş “Sədaqət”, “Rütbə”, “Fotoqraf”, “Hədiyyə” hekayələri və neftçilər həyatından yazdığı “Qaladan – Buzovnaya” oçerki oxucular tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa yazıçının uşaqlar üçün yazdığı, kitab halında nəşr edilmiş “Molla Məmiş və sandıq” əsəri ilə yanaşı 1938-ci ildə qələmə aldığı “Şor cüllütü” povesti də ayrıca kitab şəklində nəşr edilmişdir. “Şor cüllütü” povesti, inqilabdan əvvəlki Bakı fəhlələrinin və uşaqlarının ağır, məşəqqətli həyatı, onların ictimai quruluşa qarşı apardıqları inqilabi mübarizədən bəhs edir.
...ещё
Seçilmiş əsərləriМолла Панах Вагиф
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz, Molla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Şairin poeziyası əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütövlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Əlyazmalar əsasında, cünglərdən istifadə edilməklə tərtib olunmuş bu kitabda böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. – dən ibarət əsərləri toplanmışdır.
...ещёПохожие книги

Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века.
Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё






