Kamal Yaşar

Обложка
Su sərgisiSərdar Amin
Ölümünə bir ay qaldığını öyrənən gənc türkəçarəçi qocadan xəstəliyini gizlədir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?Bəs təbiət – o hər an insanla vəhdətdə deyilmi? Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş… Səma, ölüm, qadın, su… Yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsi.""Su Sərgisi"" Sərdar Aminin ikinci romanıdır.
...ещё
Обложка
VarislərУильям Голдинг
1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir.“Varislər” romanında Qoldinq neandertal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.
...ещё
Обложка
Uilyam Qoldinqin nobel nitqiУильям Голдинг
Uilyam Jerarld Qoldinq 19 sentyabr 1910-cu ildə Sent-Kolamb Maynor kəndində Aleka Qoldinqa ailəsində dünyaya gəlmişdir. Hələ sağlığında ikən ədəbiyyat klassiki zirvəsinə yüksələn Uilyam Qoldinq «Milçəklər kralı», «Varislər», «Piramida», «Kağız adamcıqlar», «Yaxın qonşuluq», «İkili dil» və s. romanları ilə dünya oxucusunun rəğbətini qazanıb. İngilis yazıçısı Uliyam Qoldinq 1983-cü ildə "aydın və realist təhkiyə dili, çoxcəhətli yaradıcılıq bacarığı və universal mif yaratmaq ustalığı ilə insanın müasir dünyadakı varlığını yüksək səviyyədə təsvir edə bildiyi üçün «Nobel mükafatı»na layiq görülüb. Yazıçı 1993-cü ilin 19 iyun tarixində Kornulda (İngiltərə) vəfat edib.
...ещё
Обложка
İmadəddin Nəsiminin qəzəlləriИмадеддин Насими
Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
...ещё