Eşitdiklərim, oxuduqlarım, gördüklərim

Azərbaycan Sovet yazıçısı M. Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, Bakının keşməkeşli günlərindən bəhs edir.Manaf Süleymanovun əsərlərində kapitalizmə xas olan mənəvi eybəcərliklər, o cümlədən neft qatlarının vəhşicəsinə istismarı özünün dolğun əksini tapmışdır. Burada sinfi təbəqə də, onun incəliyi də obrazlar şəklində təqdim edilmişdir. O,hər şeydən öncə həqiqəti əks etdirdiyinə görə əsərləri nə tarixi oçerq, nə də publisistik esse deyil.O, Azərbaycan gəncini savadlı və dünyadan xəbərdar biri kimi görmək istiyirdi.
Книги чтеца

Ötən günlərАбдулла Кадыри
Abdulla Qədiri 1919-cu ildə “Ötən günlər” romanını yazmağa başlayır. Romandan parçaları qəzet və jurnallarda çap etdirir. “Ötən günlər” romanı 1922-ci ildə “İnqilab” jurnalında, 1924-1926-cı illərdə isə ayrı-ayrı fəsillər halında kitabçalar kimi nəşr edilir. Əsər böyük əks-səda yaradır. Azərbaycan ali məktəblərində və texnikumlarında dərs deyən, Bakıda dilçiliyə dair “Qazax, özbək və türk dillərinin müqaisəli qramatikası” kitabını nəşr etdirən Xalid Səid Xocayev Abdulla Qədirinin “Ötən günlər” romanını özbəkcədən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 1929-cu ildə çap etdirir. “Ötən günlər” yalnız Azərbaycan türkcəsində deyil, SSRİ-də yaşayan bəzi xalqların da dillərinə çevrilir. «Ötən günlər»in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Əsər nəfis özbək ədəbiyyatının birinci romanlarından sayılır: əsərdə bir tərəfdən özbək həyatı, qadınların, qızların yaşayışı, onların yumşaq təbiətləri, sədaqətləri, şirin ədaları təsvir edilirkən, ikinci tərəfdən də onların kişilərin təhəqqümü altında qul kimi ömür sürdükləri, ailə içindəki çarpışmaları nəfis surətdə göstərilir. Romanın zəif cəhətləri də vardır. Azərbaycancaya çevirdikcə belə yerlər mümkün olduqca qısaldılmış, əsəri mahir qələmlə yazılmış bir roman siqlətinə salmağa çalışılmışdır. …Əsərin üslubu özbəklərin səciyyələrini tamamilə əks etdirir. Uslub təmkinli, … qəhrəman ən təhlükəli dəqiqələrdə belə vüqarını itirməz, qanlı mücadilələrdən sonra belə soyuqqanlılığı saxlar. Sirrini kimsəyə söyləməz. Qəhrəman özbək xalqının bütün səciyyələrini özündə toplayan bir özbəkdir. Əsər realist, bəzi yerdə də naturalistcəsinə yazılmışdır.
...ещё
Molla Nəsrəddinin lətifələriНародное творчество (Фольклор)
Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır.Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…
...ещё
Geriyə baxma qoca Ильяс Эфендиев
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir.Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır.Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb.Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir.Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib.Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. ""İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.
...ещё
On bir gecə Rasim Qaraca
İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir…Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi…Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.Rasim Qaraca: “On bir gecə”nin yazılma ideyası beynimdə çoxdan var idi. Qarabağ savaşında həlak olmuş gənclərin ilk sevgi əhvalatlarını yazmalıydım, məqsədim savaşda həlak olmuş 20 000 gənc vətəndaşımızın qaniçən savaşçılar deyil, ilk sevgilərini belə doyunca yaşamamış dünənki uşaqlar olduğunu çatdırmaq idi. Nəhayət 2013-cü illərin əvvəllərində yazmağa başladım. Kiçik həcmli olsa da tam bir il ərzində yaza bildim bu kitabı. İdeya var idi, amma 10 hekayənin yalnız 2-3-ü haqqında xəyali təsəvvür vardı. Bir əhvalatı yazıb bitirdikdən sonra növbəti hekayə haqqında düşünür və yazmağa başlayırdım. Hər əhvalatın yazılması təqribən bir ay vaxtımı alırdı. Eyni zamanda tanıdığım Qarabağ döyüşçülərilə görüşüb intervülər edir, material toplayırdım.
...ещё
Alın yazısıЭйваз Махмуд Зейналов
Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır.“Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.
...ещёПохожие книги

Сайлес МарнерДжордж Элиот
Сайлас Марнер, мастер ткачества и ранее уважаемый член религиозного сообщества, столкнулся с предательством, несправедливостью и потерей всего, что он заработал за многие годы. Когда казалось, что ничего не сможет вернуть ему доверие к жизни и людям, накануне Рождества на его пороге оказывается маленькая сирота. Это событие пробуждает его душу.
...ещё
АмундсенЭлис Манро
Молодая учительница Вивьен Хайд оставляет Торонто и приезжает работать в школу при санатории, расположенном в холодном и уединенном местечке под названием Амундсен. Она сталкивается с суровой реальностью жизни и смерти среди пациентов, а также знакомится с властным и циничным главным врачом, доктором Фоксом.
...ещё
КитаёзаДжек Лондон
Французы проявили удивительную неразумность. В ходе расследования убийства Чун Га они задержали пятерых человек, которые оказались ни в чем не виноваты. Так как они не совершали преступления, им не угрожает суд.
...ещё
Первая ледиСьюзен Филлипс
Кто такая первая леди? Это ли женщина, обладающая влиянием? Или та, за которой с интересом наблюдают миллионы людей? Возможно, это просто человек, ищущий любви и счастья. Кто сможет заполонить ее сердце страстью? Только самый добрый, сильный и чуткий мужчина, который сумеет понять ее тонкую, ранимую и открытую для любви душу.
...ещё
Признания Ната ТернераУильям Стайрон
Выпущенная в 1967 году, эта книга стала одной из самых противоречивых в XX веке и принесла Уильяму Стайрону Пулитцеровскую премию. В своем произведении автор предлагает неожиданное, но убедительное объяснение событий 1831 года. Тогда США потряс бунт рабов под предводительством раба-проповедника Ната Тёрнера, который отличался невероятной жестокостью: восставшие без разбора убивали белых, включая женщин и детей. Подавление восстания также сопровождалось жестокостью — каратели пытали и казнили независимо от вины. Но что на самом деле двигало этим странным восстанием, участники которого видели в своем лидере боговдохновенного святого? Кто был Нат Тернер на самом деле? Как он жил, кого любил, что ненавидел и к чему стремился, поднимая людей на безнадежное дело?
...ещё
Почти идеальная жизньЛорен К. Дентон
Многие семьи выглядят счастливыми на первый взгляд, но что скрывается за их историей? Представьте себе жизнь, в которой вы счастливы с супругом, у вас двое детей, красивый дом и любимая работа — все признаки идеальной семьи. Именно такой была жизнь Эди и Мака. Однако появление беременной девушки на их пороге может в одночасье всё изменить. Впервые под угрозой оказываются их образы как родителей, репутация уважаемых членов общества и сам фундамент их брака. Столкнувшись с кризисом как в личной, так и в профессиональной жизни, они вынуждены переосмыслить давние решения и определить новые цели для будущего. Смогут ли Эди и Мак преодолеть последствия событий того далекого лета? Это сложная и захватывающая история о неожиданных поворотах судьбы и кардинальных изменениях, которые могут произойти в одно мгновение, а также о том, как решения из прошлого влияют на будущее.
...ещё