Xosrov və Şirin

Постер
""Xosrov və Şirin"" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış «„Xosrov və Şirin“» əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. «„Xosrov və Şirin“» poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.

Книги автора: Низами Гянджеви

Обложка
Leyli və Məcnun Низами Гянджеви
Leyli və Məcnun (fars لیلی و مجنون) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan «Məcnun» (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim «Leyli və Məcnun» dastanı dayanır.4600 beytdən ibarət olan poema «„Leyli və Məcnun“» haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır.[1] Nizami «Leyli və Məcnun» haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.[2]Nizami “Leyli və Məcnun” poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. “Leyli və Məcnun”da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.
...ещё
Обложка
İsgəndərnamə (İqbalnamə) Низами Гянджеви
İsgəndərnamə (fars اسکندرنامه) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır."İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə «Şərəfnamə», ikinci hissə «İqbalnamə» adlanır. «Şərəfnamə» Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, «İqbalnamə» isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır. İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin “Teymurnamə”si kimi İsgəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir Teymurnaməyə qəhrəmanlıq motivləri, Sədinin “Bustan”ına isə didaktik cəhətdən olmuşdur. İsgəndərnamədə əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.
...ещё
Обложка
Yeddi gözəlНизами Гянджеви
Yeddi gözəl (fars هفت پیکر – Həft Peykər) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə «„Həft Elahah“» (azərb. Yeddi İlahə) adı ilə tanınır.Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.
...ещё
Обложка
Sirlər xəzinəsiНизами Гянджеви
""Sirlər Xəzinəsi"" (fars مخزنالاسرار Məxzənül-əsrar) – Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. «„Sirlər Xəzinəsi“» zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə «„Kəlilə və Dimnə“», «„Qutadqu bilik“», «„Hədiqətül-həqiqə“», «„Siyasətnamə“», «„Qabusnamə“», «„Cəhar məqalə“» və sair kimi əsərlərə yaxın olan «„Sirlər Xəzinəsi“» həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist[2] və demokratik[2] istiqamət vermişdir.Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, Şerin epik-lirik janrda ilk qələm təcrübəsi olan «„Sirlər Xəzinəsi“»ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalə və müqəddimədə pərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalə və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir.H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir.[3] Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir.[4] F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.
...ещё
Обложка
Nizami Gəncəvinin lirikasıНизами Гянджеви
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Xəmsə” ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Nizaminin əldə olan lirik irsi klassik Şərq şeirinin üç əsas şəklini – qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir. Hal-hazırda əldə olmayan bu divandan yalnız altı qəsidə, yüz iyirmi qəzəl, otuz rübai məlumdur. Yüksək sənətkarlıqla yaradılan və məzmun zənginliyi, ideya dərinliyi ilə diqqəti cəlb edən bu şeirlərə nikbin ruh hakimdir.Lirikalarında xalq mövqeyindən çıxış edən şair dövrünün kəşməkəşli hadisələrinə ayıq münasibət bəsləyir, gah qəzəbini və heyrətini, gah xəbərdarlıq və şikayətlərini, gah qorxu və inamını əks etdirir, ədalətin, düzlüyün, dostluğun, əməksevərliyin bərqərar olmasına çalışır. Gah müəllim olub ağıllı nəsihətlər verir, gah ittihamçıya çevrilib haqsızlığa, zülmə, acgözlüyə, riyakarlığa ölüm hökmü oxuyur.
...ещё

Книги чтеца

Обложка
Azərbaycan xalq dastanları 1-ci hissəНародное творчество (Фольклор)
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.
...ещё
Обложка
Məhşərİsa Hüseynov
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.
...ещё
Обложка
Otuz milyonХалил Рза Улутюрк
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər,– Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
...ещё
Обложка
Mən 11-17-yəmВасилий Ардаматский
Mən 11-17 -yəm povesti Sovet kəşfiyyatçılarının düşmən arxasında təsadüflərlə, qeyi-adiliklərlə dolu çətin həyatından, həmçinin dövlət təhlükəsizliyi orqanlarıının əməkdaşlarının maraqlı, fədakar işindən bəhs olunur.
...ещё
Обложка
Aşıq Ələsgərin əsərləriАшуг Алескер
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.
...ещё
Обложка
Davam edir 37Халил Рза Улутюрк
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər, – Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
...ещё

Похожие книги

Обложка
Сайлес МарнерДжордж Элиот
Сайлас Марнер, мастер ткачества и ранее уважаемый член религиозного сообщества, столкнулся с предательством, несправедливостью и потерей всего, что он заработал за многие годы. Когда казалось, что ничего не сможет вернуть ему доверие к жизни и людям, накануне Рождества на его пороге оказывается маленькая сирота. Это событие пробуждает его душу.
...ещё
Обложка
АмундсенЭлис Манро
Молодая учительница Вивьен Хайд оставляет Торонто и приезжает работать в школу при санатории, расположенном в холодном и уединенном местечке под названием Амундсен. Она сталкивается с суровой реальностью жизни и смерти среди пациентов, а также знакомится с властным и циничным главным врачом, доктором Фоксом.
...ещё
Обложка
КитаёзаДжек Лондон
Французы проявили удивительную неразумность. В ходе расследования убийства Чун Га они задержали пятерых человек, которые оказались ни в чем не виноваты. Так как они не совершали преступления, им не угрожает суд.
...ещё
Обложка
Первая ледиСьюзен Филлипс
Кто такая первая леди? Это ли женщина, обладающая влиянием? Или та, за которой с интересом наблюдают миллионы людей? Возможно, это просто человек, ищущий любви и счастья. Кто сможет заполонить ее сердце страстью? Только самый добрый, сильный и чуткий мужчина, который сумеет понять ее тонкую, ранимую и открытую для любви душу.
...ещё
Обложка
Признания Ната ТернераУильям Стайрон
Выпущенная в 1967 году, эта книга стала одной из самых противоречивых в XX веке и принесла Уильяму Стайрону Пулитцеровскую премию. В своем произведении автор предлагает неожиданное, но убедительное объяснение событий 1831 года. Тогда США потряс бунт рабов под предводительством раба-проповедника Ната Тёрнера, который отличался невероятной жестокостью: восставшие без разбора убивали белых, включая женщин и детей. Подавление восстания также сопровождалось жестокостью — каратели пытали и казнили независимо от вины. Но что на самом деле двигало этим странным восстанием, участники которого видели в своем лидере боговдохновенного святого? Кто был Нат Тернер на самом деле? Как он жил, кого любил, что ненавидел и к чему стремился, поднимая людей на безнадежное дело?
...ещё
Обложка
Почти идеальная жизньЛорен К. Дентон
Многие семьи выглядят счастливыми на первый взгляд, но что скрывается за их историей? Представьте себе жизнь, в которой вы счастливы с супругом, у вас двое детей, красивый дом и любимая работа — все признаки идеальной семьи. Именно такой была жизнь Эди и Мака. Однако появление беременной девушки на их пороге может в одночасье всё изменить. Впервые под угрозой оказываются их образы как родителей, репутация уважаемых членов общества и сам фундамент их брака. Столкнувшись с кризисом как в личной, так и в профессиональной жизни, они вынуждены переосмыслить давние решения и определить новые цели для будущего. Смогут ли Эди и Мак преодолеть последствия событий того далекого лета? Это сложная и захватывающая история о неожиданных поворотах судьбы и кардинальных изменениях, которые могут произойти в одно мгновение, а также о том, как решения из прошлого влияют на будущее.
...ещё