Xəyyam

Постер
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.

Книги автора: Гусейн Джавид

Обложка
AnaГусейн Джавид
“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.
...ещё
Обложка
İblisin intiqamıГусейн Джавид
“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub.-Əsəri oxu.Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.
...ещё
Обложка
Knyaz Гусейн Джавид
“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.
...ещё
Обложка
SəyavuşГусейн Джавид
Dramaturqun mənzum faciələrindən biri də beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.
...ещё

Книги чтеца

Обложка
Daha nə, kiçik adamХанс Фаллада
20-ci əsr Alman ədəbiyyatının ən vacib adlarından biri olan Hans Falladanı, dünyada məşhurlaşdıran, 1932-ci ildə qələmə aldığı «Daha nə, kiçik adam?» əsəri, Fallada'nın əlyazmaları araşdırılan zaman həqiqətləri və sərt siyasi tərifləri yaymaqdan yayınan nəşriyyatçı tərəfindən senzuraya uğradı. Nəhayət 85 il sonra Falladanın bu «şah əsəri» nəşr olundu. Roman, İkinci Dünya Müharibəsindən öncə, iqtisadiyyatın çökməsi ilə nasist rejiminin güclənməyə başladığı anları özündə əks etdirir. . 1930-cu illərdə Almaniyada çətin həyat tərzi sürən milyonlarla "kiçik adamlardan biri olan Yohannes Pinneberq, üç nəfərlik ailəsinə baxmaq üçün var gücü ilə çalışır. Getdikcə çətinləşən yaşayış şəraiti onları demək olar ki, aclıq həddinə çatdırır. Pinneberg həyat mübarizəsində hər gün ümidini itirir. Nasizmin ayaq səslərinin yaxınlaşdığı bir mühitdə, Pinneberqin hiss etdiyi böyük bir qəzəb, çarəsizlik və ədalətsizliyə qarşı səsini qaldırmayan bir cəmiyyətin ümumi mənasını özündə cəmləşdirən bir obrazdır.
...ещё
Обложка
Qapı döyülürФранц Холер
Azərbaycan oxucusu ilə ilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən məşhur çağdaş yazıçılarından biridir, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. Franz Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə 2002-ci ildə Kassel mükafatına layiq görülüb, 2005-ci ildə Sürix şəhər müküfatını alıb. Uzun illər boyunca əsərləri Luchterhand Yayınevində basılıb. “Qapı döyülür” adlı bu romanda müasir İsveçrə ailə həyatının psixoloji qatları öz əksini tapıb.
...ещё
Обложка
AyvənhəuВальтер Скотт
Roman İngiltərə tarixinə həsr olunmuşdur. Yazıçı hakimiyyət uğrunda mübarizədə baş qaldıran hərc-mərcliyə son qoyacaq ideal bir kral obrazı – Riçard obrazını yaratmışdır.
...ещё
Обложка
Atalar və oğullarИван Тургенев
İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur.“Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır.“Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.
...ещё
Обложка
Qafqaz günləriБанин
Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların «milyonçuluğunun» çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir. Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё