Qisas

Постер
“Qisas fikri hadisənin özü kimi qəfil, gözlənilmədən doğulmadı. Tədricən, hətta sonrakı hadisələrin, kənar amillərin təsiri ilə formalaşıb möhkəmləndi…” – Eyvaz Zeynalovun “Qisas” romanındandı bu fikirlər… Bu romanda cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.

Книги автора: Эйваз Махмуд Зейналов

Обложка
Alın yazısıЭйваз Махмуд Зейналов
Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır.“Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.
...ещё
Обложка
BələdçiЭйваз Махмуд Зейналов
“Bələdçi” romanının əsas qəhrəmanı Rüstəm çox gəncdir. Əsgərlikdən təzə qayıdıb. Yaxşı oxusa da arzuladığı instituta qəbul olunmayıb. Elə buna görə də, kənd arasına çıxmağa utanır, hamıdan qaçır. Gözlənilmədən yük vaqonu bələdçisi işləyən qohumu Nuruşdan ona qoşulmaq təklifi alır. Hüquqşünas olmaq istədiyi halda yük vaqonu bələdçisi olur. Rusiyaya çaxır, konyak daşıyır. Yollarda və Rusiyanın şəhərlərində rus qızları ilə təkrarsız sevgi macəraları yaşayır…“Qisas” romanının qəhrəmanı isə orta yaşlarında istedadlı bir alimdir. Lakin əyriliklərin baş alıb getdiyi bir cəmiyyətdə özünü təsdiqləyə bilmir. Təsadüfən polis rəisi tərəfindən təhqirə məruz qalır. Onu öldürmək, qisas almaq istəyir. Məqsədinə çatmaq üçün cürbəcür vəsaitlərə əl atır. Başına maraqlı, həm də qeyri-adi hadisələr gəlir.Müəllifdən.
...ещё
Обложка
TələЭйваз Махмуд Зейналов
“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.
...ещё
Обложка
Ömürə atılan daşЭйваз Махмуд Зейналов
Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı hər şər qarışandan sonra təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur
...ещё

Книги чтеца

Обложка
Daha nə, kiçik adamХанс Фаллада
20-ci əsr Alman ədəbiyyatının ən vacib adlarından biri olan Hans Falladanı, dünyada məşhurlaşdıran, 1932-ci ildə qələmə aldığı «Daha nə, kiçik adam?» əsəri, Fallada'nın əlyazmaları araşdırılan zaman həqiqətləri və sərt siyasi tərifləri yaymaqdan yayınan nəşriyyatçı tərəfindən senzuraya uğradı. Nəhayət 85 il sonra Falladanın bu «şah əsəri» nəşr olundu. Roman, İkinci Dünya Müharibəsindən öncə, iqtisadiyyatın çökməsi ilə nasist rejiminin güclənməyə başladığı anları özündə əks etdirir. . 1930-cu illərdə Almaniyada çətin həyat tərzi sürən milyonlarla "kiçik adamlardan biri olan Yohannes Pinneberq, üç nəfərlik ailəsinə baxmaq üçün var gücü ilə çalışır. Getdikcə çətinləşən yaşayış şəraiti onları demək olar ki, aclıq həddinə çatdırır. Pinneberg həyat mübarizəsində hər gün ümidini itirir. Nasizmin ayaq səslərinin yaxınlaşdığı bir mühitdə, Pinneberqin hiss etdiyi böyük bir qəzəb, çarəsizlik və ədalətsizliyə qarşı səsini qaldırmayan bir cəmiyyətin ümumi mənasını özündə cəmləşdirən bir obrazdır.
...ещё
Обложка
Qapı döyülürФранц Холер
Azərbaycan oxucusu ilə ilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən məşhur çağdaş yazıçılarından biridir, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. Franz Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə 2002-ci ildə Kassel mükafatına layiq görülüb, 2005-ci ildə Sürix şəhər müküfatını alıb. Uzun illər boyunca əsərləri Luchterhand Yayınevində basılıb. “Qapı döyülür” adlı bu romanda müasir İsveçrə ailə həyatının psixoloji qatları öz əksini tapıb.
...ещё
Обложка
AyvənhəuВальтер Скотт
Roman İngiltərə tarixinə həsr olunmuşdur. Yazıçı hakimiyyət uğrunda mübarizədə baş qaldıran hərc-mərcliyə son qoyacaq ideal bir kral obrazı – Riçard obrazını yaratmışdır.
...ещё
Обложка
Atalar və oğullarИван Тургенев
İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur.“Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır.“Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.
...ещё
Обложка
Qafqaz günləriБанин
Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların «milyonçuluğunun» çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir. Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.
...ещё

Похожие книги

Обложка
Голос кровиДмитрий Мамин-Сибиряк
Во время плавания на пароходе по Волге Марья Александровна отметила необычное сходство между своим мужем и стариком, с которым он engaged in a heated argument...
...ещё
Обложка
Мамона и АмурО`Генри
Всегда ли счастье не в деньгах?
...ещё
Обложка
Гроздья гневаСтейнбек Джон
"""В душах людей созревают гроздья гнева - тяжёлые и уже недолговечные..."" Культовый роман Джона Стейнбека ""Гроздья гнева"" впервые вышел в Америке в 1939 году, получил Пулицеровскую премию, а сам автор позже был награждён Нобелевской премией по литературе. Во время Великой депрессии семья разорённых фермеров вынуждена покинуть свой дом в Оклахоме. По знаменитой ""Road 66"" через всю Америку, как и миллионы других безработных, они направляются на запад, в желанную Калифорнию. Но что их там ожидает? И есть ли хоть какая-то надежда на светлое будущее?"""
...ещё
Обложка
Рождество в охотничьем домикеТомас Майн Рид
Празднование Рождества обернулось осадой, которая впрочем окончилась для осаждённых благополучно. Правда, пострадали некоторые юные сердца, но это совсем другая история…
...ещё
Обложка
Необычайные, но истинные приключения графа Фёдора Михайловича Бутурлина, описанные по семейным преданиям московским ботаником Х.Александр Чаянов
Сюжет разворачивается во второй половине XVIII века. Молодой граф Фёдор Бутурлин собирался на ночное свидание, но случайно попал в дом чернокнижника Якова Брюса. После конфликта с колдуном у юноши начинается полное опасностей приключение по древней Москве, а затем и по Европе.
...ещё