Sərdar Rüstəm

Обложка
Zamanın oxuАртур Чарльз Кларк
Fantastika müasir ədəbiyyatşünaslıqda ən geniş mənalarda şərh olunan məfhumlardandır. Bu məfhumla müəyyən obrazlılıq tipi, ifadə və təsvir vasitələri sistemi, bir də fantastik ehtimal və elementlərin aparıcı olduğu ədəbiyyat növü göstərilir. Aydındır ki, bu kimi izah, əslində, heç nəyi izah etmir və deyilənlərin hər birinin ayrılıqda izaha ehtiyacı qalır. Fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir. Birmənalı şəkildə demək lazımdır ki, fantastika bədii ədəbiyyatın müstəqil qoludur. Onun əsasını qeyri-realistik vasitələr hesabına bədii vasitələrlə insan xarakterinin yaradılması, insanlar arasında qarşılıqlı münasibətlərin tipik əks etdirilməsi, tarixi qanunauyğunluqlar əsasında bəşəriyyətin ehtimal oluna biləcək inkişaf yolunun göstərilməsi və ən ümdəsi, ilk yaranışdan bədii söz sənətində aparıcı olan bəşəri problemlərin qoyulması və özünəməxsus şəkildə açılması durur. Belə fantastik əsərlərdən biri də A.Klarkın “Zamanın oxu” hekayəsidir. Hekayə elmi ixtiraların gətirə biləcəyi gözlənilməz nəticələrdən danışır: “ Çay qurumuşdu. Nəhəng heyvan çayın quru yatağı ilə enib batdaq cansız düzənliklə getməyə başlayanda gölün də suyu, demək olar, tamam çəkilmişdi. Bataqlığın hər yeri keçilən deyildi, hətta torpağın nisbətən bərk yerlərində də onun ağır pəncələri nəhəng bədəninin ağırlığı altında, azı, bir fut palçığa quylanırdı. Heyvan arabir dayanır, başını quş kimi cəld sola-sağa çevirərək düzənliyi gözdən keçirirdi. Bu məqamlarda onun pəncələri daha dərinə quylanırdı və əlli milyon il sonra insanlar həmin izlərə baxıb bu dayanacaqlann müddətini təyin edə bildilər.
...ещё
Обложка
Ulduz krallarıЭдмонд Гамильтон
Edmond Hamiltonun «Ulduz kralları»nda hadisələr dövrümüzdən 70 min il sonra cərəyan edir və uzaq gələcəyin aliminin ixtirasına səbəb XX əsrdə yaşayan adamın şüuru, «MƏN»i uzaq gələcəyə gedir və orada bir sıra gərgin hadisələrin iştirakçısı olur…
...ещё
Обложка
Seçilmiş əsərləri I cildСеид Азим Ширвани
Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvaninin üççildliyinin birinci cildində şairin qəzəlləri, rübailəri, qoşabeytləri, təkbeytləri, qitələri, tərkibbəndləri, müxəmməsləri, müsəddəsləri və müstəzadları yer almışdır. Bu əsərlər Seyid Əzimin bütün şeirlərini əhatə etmir. Onlar arasından bu günümüz üçün dil baxımından sadə olanlar, məna baxımından aktual və böyük tərbiyəvi əhəmiyyət kəsb edən şeirlər seçilib kitaba daxil edilmişdir.
...ещё
Обложка
Sevgi səhrasıФрансуа Мориак
Fransua Moriak “Sevgi səhrası" romanında ata ilə oğulun eyni vaхtda soyuq, hissiz və ehtirassız bir qadına bəslədikləri məhəbbəti psiхoloji planda təsvir etməyə çalışmışdı. Ümumiyyətlə, Moriak məhəbbət mövzusuna yaradıclığında geniş yer ayırmışdı və müхtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdı. Lakin хristian əхlaqının tələbləri və əndazə hissi hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi. Müəllifin bu romanı 1926-cı ildə Fransa akademiyasının qran-prisini alıb.
...ещё
Обложка
Seçilmiş əsərləriАхмед Джавад
“Cümhuriyyət” deyilən zaman yada hamıdan əvvəl Əhməd Cavad düşür.Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıbdır.Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağınş, əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazları qabarıq verilibdir. Bu kitabda görkəmli milli şairimizin mədrəsə şeirlərindən başlamış, Birinci dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakıillərdə qoşduğu mənzum əsərlər yer almışdır.
...ещё
Обложка
Cəhənnəmə gedən yolDərya Qılıc
“ Cəhənnəmə gedən yol” adlı kitabını Dərya Qılıc klassik roman üslubundan istifadə etməklə qəlımə alıb ,həbsxana mövzusuna müraciət etmişdir. Müəllif bu yolun cəhənnəm yolu olduğunu sadə, aydın dillə oxucusuna catdırmışdı. Əsərin qəhrəmanı olan Adiı adlı gənc əslındə ağıllı , dəyanətli, ismətıi oğlandır. Lakin tam təəssadüf nəticəsində həbsxana divarları arasına düşən Adil çox açınaçaqlı duruma düşsə də, cəsarəti dözümü və ağlının sayəsində həmin çirkabdan çamura bulanmadan çıxa bilir. Hadisə Sovetlər birliyinin dövrünə təsadüf etsə də müasir dövrümüz üçün çox aktualdır.
...ещё
Обложка
BuqələmunÜlviyyə Tahir
Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin Buqələmun romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və meşşan həyatı sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərən söhbət açılır. Romanda ər-arvad münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilabı usta bir qələmlə təsvir olunmuşdur.Maraqlı üslubu ilə seçilən əsərdə yalnız, insana təsir edən hadisələrin gedişatı yox, böyüksarsıntı keçirən bir ailəyə lazım olan önəmli elmi-psixoloji məsələlər də yer almışdır.
...ещё
Обложка
Bir dünya az olarGünel Məcidova
Hər zaman qəlbi və ağlı arasında qalanlar! Qərar vərməkdə çətinlik çəkənlər! Sevgini hislərin ən müəmmalısı hesab edənlər! Sosial şəbəkələrin istifadəçiləri! Müasir texnalogiyaların əsirləri ! Fəlsəfənin elmlə və insanla ortaq cəhətlərini axtaranlar! Reallıqla virtuallıq arasında çarpışanlar! Bu kitab sizin üçündür! Cavabsız suallarınızın izahı, bitməyən xəyallarınızın mənası, bir ömür bəs etməyən dünyanızın sirləri ElGüSelin yeni romanında " Bir dünya az olar
...ещё