Mətanət Eres

Felyetonlar II kitab (ardı)Джалил Мамедкулизаде
Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün, Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.
...ещё
Doqquz hekayəQan Turalı
“Doqquz hekayə” kitabı mərhum yazıçı Rafiq Tağının xatirəsinə ithaf olunub.
...ещё
Abbas Mirzə və AzərbaycanƏminə Pakrəvan
"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XİX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb.
...ещё
Sıfır nöqtəsində qadınNəval Əl Səədavi
""Kitabda Misir nümunə göstərilərək, geri qalmış ölkələrdə qadınların çətin həyatı ilə ilgili bilgi verilməkdədir. Qızların kənddən tutmuş şəhərə qədər həyatları üzərində mövcud olan kabus təsvir edilmiş.Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanmış, müsəlman ölkələrində qadın olmanın necə bir bədbəxtlik olduğu anladılmışdır.""
...ещё
H.X.Andersonun nağıllarıГанс Христиан Андерсен
Məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin bütün dünyada şöhrət qazanmış ecaskar nağılları, sehrli rəvayətləri və hekayələri indi də uşaqlar tərəfindən çox maraqla oxunur. Andersenin təsvir etdiyi qəhrəmanlar sevilməyə və təqlid edilməyə bütünlüklə layiqdirlər. Oxucu bu surətlərdən çox şey öyrənə bilir. O, bütün əsərlərində qoçaqlığı, cəsarətliliyi, igidliyi təlqin edir, insana bədbəxtlik gətirən bütün şər qüvvələrə qarşı isə dərin nifrət hissi oyadır…
...ещё
Fosforlu CevriyyəСуад Дервиш
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda insanın çətinliyə sinə gərməsi, onun mənəvi təkamülü problemi qoyulur. Bu romanda təsvir olunan hadisələr yalnız bir ölkəyə, bir xalqa, bir millətə aid olmadığı üçün bir məmləkət çərçivəsindən kənara çıxır və bəşəri əhəmiyyət kəsb edir.
...ещё