Emin Sevdiməliyev

QumarbazФедор Достоевский
Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır («Qumarbaz» romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.
...ещё
İki od arasındaЮсиф Везир Чеменземинли
Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xəttlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «iki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhebbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqını iki böyük qonşu dövlətlərin – Rusiya ilə iranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir.Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözellikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.
...ещё